Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                 

“Heydər Əliyevin ruhu Azərbaycan xalqının tarixindən, mədəniyyətindən yoğrulub” - deputat
Tarix: 18-01-2021, 08:52 | Çap et
“Heydər Əliyevin ruhu Azərbaycan xalqının tarixindən, mədəniyyətindən yoğrulub”
Xəbər verdiyimiz kimi, ölkə başçısı yanvarın 14-15-də Şuşa şəhərində səfərdə olub, erməni işğalından azad edilən şəhərin tarixi məkanlarını gəzib, bir çox məsələlərlə bağlı ciddi mesajlar səsləndirib. Səfər əsnasında Üzeyir Hacıbəyovun, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş heykəlləri də Şuşaya aparılıb, öz əzəli yerinə qoyulub.

Moderator.az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə ölkə başçısının Şuşa səfəri və bu səfər haqqında səsləndirdiyi bəzi mesajları şərh etməyə çalışdıq.

-Məşhur müəllim, öncə ölkə başçısının Şuşa şəhərinə tarixi səfəri ilə bağlı düşüncənizi bilmək istərdik. Sizcə bu səfərin ölkəmiz, onun bu günü və gələcəyi ilə bağlı önəmi nədən ibarətdir?

-Prezidentimizin Şuşa səfərini hər şeydən öncə “Qarabağ Azərbaycandır” şüarına qoyulan əməli nida kimi dəyərləndirmək mümkündür. Hansı ki, ilk gündən ölkə başçısı bütün beynəlxalq konfranslarda məhz bu şüarla çıxış edib. Bu, həm də bizim Şuşaya – Qarabağımıza qayıdışımızın başlanğıcıdır.

Şuşaya edilən bu səfər ölkə başçısının tariximizə, mədəniyyətimizə olan sevgi və qayğısının təzahürü idi. Bu səfər zamanı dahi şəxsiyyətlərimizin güllələnmiş heykəlləri əvvəlki yerinə qoyuldu, bu heykəllərin erməni vəhşiliyinə məruz qalması, işğalçıların insanlarla yanaşı, heykəllərə də divan tutması faktına yenidən diqqət çəkildi. Odur ki, bu səfər, həm də dünyaya bir mesaj idi.Hər zaman erməniləri müdafiə edən, onlara görə dünyanı ayağa qaldıran qüvvələrə, dövlətlərə ünvanlanan bu mesajın mahiyyəti ondan ibarət idi ki, görün siz necə vəhşi, barbar, mədəniyyət və sivilizasiyadan tamamilə uzaq bir toplumu müdafiə edirsiniz. Bir toplum, bir cəmiyyət ki, cansız heykəllərə belə güllə atır, onlara divan tutmağa çalışır, bu toplumun hansı mədəniyyətindən, hansı insani dəyərindən danışmaq olar?

Cənab prezident Şuşa səfərində dönə-dönə vurğuladı ki, bura Azərbaycanın mədəniyyət paytaxtı, islam dünyasının mədəniyyət mərkəzidir.

Ölkə başçısı Şuşadakı hər bir binanın qarşısında dayanıb onların hər birini xüsusi diqqətlə nəzərdən keçirdi, ürək yanağısı ilə Şuşanın keçmişi və gələcəyi ilə bağlı fikirlərini dilə gətirdi. Prezident İlham Əliyevin Şuşa səfərindən, orada səsləndirdiyi mesajlardan hər bir azərbaycanlı böyük qürur hissi keçirdi.

-Sizə bu səfər Şuşanın abadlaşdırılmasına, dirçəldilməsinə də öz töhfəsini verəcəkmi?

-Bəli. Hər kəs əmin ola bilər ki, prezidentimiz, dövlətimiz Şuşanın yenidən abadalaşması, onun bərpası və inkişafı üçün əlindən gələni edəcəkdir. Bununla da dünyaya Şuşamızın timsalında qədim, zəngin mədəniyyət ocağını yenidən qazandıracağıq.

Təbii ki, Şuşanın, Qarabağın, Qarabağ ətrafındakı rayonlarımızın inkişafı, tərəqqisi ümumilikdə dövlətimizin inkişafına, onun güclənməsinə, beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına səbəb olacaq.

-Ölkə başçısı “güllələnmiş heykəllər”lə bağlı maraqlı bir fakta toxundu və qeyd etdi ki, ermənilərin bu heykəlləri əridib metal kimi satmaq niyyəti olub. Məhz ümummili lider Heydər Əliyevin müdaxiləsindən sonra bu heykəllər ermənilərdən alınıb.

Sizcə ermənilərin büstləri, heykəlləri belə əridib satmaq niyyəti onların sivilizasiyadan uzaq toplum olduğunu göstərməklə yanaşı, Heydər Əliyevun bu heykəlləri düşməndən alması onun tariximizə, mədəni irsimizə olan sevgi və ehtiramının daha bir isbatı kimi dəyərləndirilə bilərmi?

-Şübhəsiz. Bizim üçün o heykəllər hər şeydən öncə mənəvi dəyərdir. O heykəllər bizim mədəniyyətimiz, ruhumuz, Qarabağımızın səsi, nəfəsidir. O heykəllər bizim üçün Bülbülün səsi, Üzeyirin bəstəsi, Xurşidbanu Natəvanın sözüdür. Bu səbəbdən də bu heykəllər bizim üçün çox qiymətlidir. Ermənilər üçün isə bu heykəllər sadəcə, metal parçasıdır. Çünki onların tarixi, mədəniyyəti yoxdur. Onların hər şeyi – tarixi də, musiqisi də, mədəniyyəti də, incəsənəti də, mətbəxi də, arxitekturası da oğurluqdur. Ermənilər sivilizasiyadan məhrum toplum olduqları üçün, bu cür dəyərlər onlara yaddır.

Ermənilər özlərini dünyaya xristian dininin təmsilçiləri kimi tanıtmağa çalışır. Məscidləri bir kənara qoyaq, ermənilərin kilsələrə olan münasibəti belə onların xristianlıqdan – dini dəyərlərdən uzaq olduğunu göstərir.

Heydər Əliyevin ruhu Azərbaycan xalqının tarixindən, mədəniyyətindən yoğrulub. Heydər Əliyev Azərbaycanın ruhu, zəngin mənəvi-mədəni dəyərləri ilə böyüyüb. Üzeyir bəy də, Bülbül də, Xurşidbanu Natəvan da digər böyük şəxsiyyətlərimiz kimi Heydər Əliyev üçün mənəvi sitimul, ruh və enerji mənbəyi idi. Onların hər biri Heydər Əliyev üçün Azərbaycanın bir parçası, onun bir hissəsi idi. Heydər Əliyev Azərbaycanı bu böyük şəxsiyyətlərsiz təsəvvür etmirdi. Ona görə də bu heykəlləri xilas etmək üçün düşmənlə danışığa getdi. Bu, ulu öndərin tariximizə, mədəniyyətimizə, dövlətimizə, xalqımıza, dəyərlərimizə olan sevgi və ehtiramından irəli gəlirdi. Bunu ancaq Heydər Əliyev kimi böyük bir şəxsiyyət edə bilərdi.

-Məşhur müəllim, son günlərin ən çox diqqət çəkən olaylarından biri ölkə başçısının fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaradılması oldu. Hansı ki, Vətən Müharibəsi, bu müharibə zamanı ölkə başçısının xarici KİV-lərə verdiyi müsahibələr medianın nə qədər önəmli olduğunu bir daha sübut etdi. Bu baxımdan söyləmək olarmı ki, Medianın İnkişafı Agentliyinin yaradılması milli maraqlarımızın, informasiya təhlükəsizliyimizin media müstəvisində, informasiya platformasında daha effektiv müdafiəsinə şərait yaradacaq?

-Vətən Müharibəsi zamanı düşmənlə yalnız hərbi müstəvidə mübarizə aparılmadı. Bu mübarizə həm də informasiya platformasında, diplomatiya müstəvisində - bütün cəbhə və koordinatlar üzrə reallaşdı. Ali Baş Komandanımızın rəhbərliyi altında qəhrəman ordumuz işğaldakı torpaqları azad etdiyi bir zamanda, mediamız düşmənin informasiya müstəvisindəki təxribatlarını uğurla ifşa etdi, Qarabağ həqiqətlərinin, ermənilərin müharibə əsnasında dinc, mülki insanları raket zərbələrinə məruz qoyması ilə bağlı reallıqların beynəlxalq miqyasda çevik və operativ şəkildə yayılmasını təmin etdi.

Bu məsələdə ölkə başçısının dünyanın nüfuzlu televiziyalarına, media orqanlarına verdiyi müsahibələrinin önəmini xüsusilə qeyd etmək lazımdır. Prezident İlham Əliyev bu müsahibələrdə nəinki Ermənistanın son 30 ildə törətdiyi cinayətləri təkzibedilməz faktlarla sübut etdi, həmçinin işğalçını, təcavüzkarı himayə edən qüvvələri, Azərbaycan xalqına qarşı törədilən cinayətləri uzun illərdir ki, susqunluqla izləyən bəzi beynəlxalq təşkilatları, iri dövlətləri də ifşa etdi. Məhz ölkə başçısının Vətən Müharibəsi dönəmində beynəlxalq media orqanlarına verdiyi açıqlamalar Ermənistanın informasiya müstəvisində uğur qazanmaq cəhdlərini heçə endirdi, rəsmi İrəvanın informasiya platformasında da ağır məğlubiyyətə uğraması ilə nəticələndi.

Bildiyiniz kimi, mili maraqlarımızın infromasiya platformasında etibarlı müdafiəsi medianın peşkarlığından, onun gücündən asılıdır. Ölkə daxilindəki neqativ olaylara qarşı mübarizə, cəmiyyətdəki eybəcərliklərin ifşa edilməsi də medianın fəaliyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan ölkə başçısının Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı fərmanı medianın peşəkarlığının artırılmasına, onun daha effektiv fəaliyyətinin təmin edilməsinə, beynəlxalq tələblərə uyğunlaşdırılmasına, daha güclü medianın formalaşdırılmasına hesablanıb. İnanıram ki, məhz ölkə başçısının qayğısı sayəsində yaxın gələcəkdə mediamızda ciddi inkişafın, mütərəqqi yeniliklərin şahidi olacağıq. Mən bu işdə Medianın İnkişafı Agentliyinə də uğurlar arzulayıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru