Biz də qonşu ölkələrdəki kimi bu sahəni dövlətdən ayırmalıyıq - ekspert
Tarix: 6-02-2021, 11:14 | Çap et
![Biz də qonşu ölkələrdəki kimi bu sahəni dövlətdən ayırmalıyıq Biz də qonşu ölkələrdəki kimi bu sahəni dövlətdən ayırmalıyıq](/uploads/posts/2021-02/thumbs/1612595652_1.jpg) 2013-2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri olmuş, ondan əvvəl isə 11 il Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etmiş Səlim Müslümov həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. S.Müslümov əlillər üçün fərdi yaşayış və internat evlərinin təmir-tikintisinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə, nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manata qədər rüşvət almaqda ittiham olunur.
Ümumiyyətlə, Səlim Müslümovun rəhbərliyi dövründə sosial nazirlik və DSMF-nin rayon strukturlarının fəaliyyəti ilə bağlı mediada davamlı şəkildə neqativ yazılar dərc olunub. Rüşvət almaqda ittiham olunaraq saxlanılan qurum əməkdaşları ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Əfsuslar olsun ki, qanunsuz əməllər və korrupsiya halları S.Müslümov istefaya göndəriləndən sonra da baş verib. Son aylarda nazirlik və Fond daxilində ciddi araşdırmanın getdiyi, istintaq tədbirlərinin davam etdiyi bildirilir. Hətta araşdırmalar nəticəsində kütləvi şəkildə ixtisarlar barədə məlumatlar da paylaşılır.
Dövlət qurumunda gedən proseslər və həbslərlə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əksər problemlərin həllində insan faktoruna fokuslandığımız üçün müsbət nəticəyə nail olmuruq. Ekspertin sözlərinə görə, “bu məmur pisdir, yerinə gələn problemləri həll edəcək” baxışı yanlışdır:
“Problemlərin həllinə sistemli yanaşmalıyıq. Dövlət Sosial Müdafiə Fondu ilə bağlı qüsurlar ictimaiyyətə çoxdan bəllidir. Səlim Müslümov nazir olanda mediada, sosial şəbəkələrdə dəfələrlə korrupsiya, saxta müavinətlər və pensiyalarla bağlı şikayətlər dərc olunurdu. İndi qurumda “təmizləmə” prosesi gedir, amma yenə insan amili üzərində dayansaq və problemə sistemli yanaşmasaq, neqativ məqamlar qalacaq. Sosial müavinətlərin, təqaüdlərin hesablanması, verilməsi, təyinatı tamamilə avtomatlaşdırılmalıdır. Proses insan faktorundan kənar getməlidir. Kriteriyalar elə dəqiq müəyyən edilməlidir ki, şərtlərə uyğun gələn insanların sosial müavinət alması avtomatik qərara bağlı olsun. Hansısa məmur, rayon şöbəsinin müdiri, nazirlik rəsmisi, elə nazirin özü prosedura birbaşa müdaxilə edə bilməsin. Obrazlı desək, “yaxşı oğlan” axtarışından vaz keçməli, yaxşı və qalıcı sistem qurmalıyıq”.
N.Cəfərli xatırladıb ki, Dövlət Sosial Müdafiə Fondu yaradılarkən bəyan edildi ki, bir müddət sonra Fond öz-özünü maliyyələşdirəcək. Konkret 2013-cü ildə qurumun özünü maliyyələşdirəcəyi deyilirdi:
“8 il keçməsinə baxmayaraq, Fond hələ də özünü maliyyələşdirə bilmir, dövlətdən dotasiya alan əsas qurumlardan biridir. Yeni konsepsiya hazırlanmalı və həyata keçirilməlidir. Qonşu ölkələrdə artıq yeni sistem tətbiq olunur. Rusiyada, Gürcüstanda, Ukraynada xeyli özəl təqaüd fondları fəaliyyət göstərir və rəqabət yaradırlar. Rəqabət nəticəsində dövlətin üzərinə düşən yük və məsuliyyət azalmış olur. Vətəndaşlara seçim imkanı verilir, yeni müqavilə öhdəlikləri formalaşır. Özəl təqaüd qurumları vətəndaşa daha yaxşı xidmət göstərmək üçün sanki yarışa girirlər. Biz də bu sahəni dövlətdən ayırmalıyıq. Qanunvericilikdə buna hansısa qadağa yoxdur. Amma praktikada mümkün olmur, görünür, bunun qarşısını alan ciddi maneələr var”
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48 |
|
|
|
• Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27 |
|
|
|
• "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23 |
|
|
|
• Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18 |
|
|
|
• Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15 |
|
|
|
• Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08 |
|
|
|
• Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05 |
|
|
|
• Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01 |
|
|
|
• Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59 |
|
|
|
• Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56 |
|
|
|
• Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53 |
|
|
|
• “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50 |
|
|
|
• Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48 |
|
|
|
• "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12 |
|
|
|
• Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11 |
|
|
|
• Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09 |
|
|
|
• Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07 |
|
|
|
• Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01 |
|
|
|
• Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59 |
|
|
|
• Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52 |
|
|
|
• “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02 |
|
|
|
• Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09 |
|
|
|
• Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08 |
|
|
|
• Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54 |
|
|
|
• Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42 |
|
|
|
• "Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39 |
|
|
|
• Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32 |
|
|
|
• Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22 |
|
|
|
• İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18 |
|
|
|
• Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14 |
|
|
|
• Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10 |
|
|
|
• Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07 |
|
|
|
• Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04 |
|
|
|
• Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00 |
|
|
|
• “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59 |
|
|
|
• Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57 |
|
|
|
• Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48 |
|
|
|
• Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44 |
|
|
|
• Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43 |
|
|
|
|