"Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                 

Avrasiya İqtisadi Birliyi qorxulu xüsusiyyət kəsb etmir - Ayaz Mütəllibov
Tarix: 23-04-2021, 08:13 | Çap et
Avrasiya İqtisadi Birliyi qorxulu xüsusiyyət kəsb etmir
Müstəqil dövlətçiliyimizin, ordumuzun hələ tam körpəlik çağlarında, bir yandan Qarabağda ermənilərlə savaş, digər yandan daxildə hakimiyyət uğrunda çəkişmələr getdiyi çox ziddiyyətli bir dövrdə Azərbaycan Respublikasının ilk Prezidenti olmuş Ayaz Mütəllibov “Həftə içi”nə geniş müsahibə verib. Sabiq dövlət başçısı 1991-ci ildə bu günlərdə erməni terrorçu və quldur dəstələrinə qarşı aparılmış məşhur “Həlqə” əməliyyatı, Azərbaycanın son 44 günlük müzəffər savaşının siyasi nəticələri, Qarabağda sülhməramlı adı altında yerləşmiş Rusiya hərbi kontingentinin bəzi nataraz davranışlarına münasibət, ölkəmizin Avrasiya İqtisadi Birliyinə daxil olması ehtimalı, məğlub, miskin, amma revanşist qüvvələrin hələ də qaynaşdığı Ermənistanda gözlənilən seçkilər və s. mövzularda diqqətəlayiq fikir və mülahizələr səsləndirib.

-Ayaz müəllim, 30 il öncə, demək olar ki, məhz bu gün – 1991-ci il aprelin 21-də sizin o vaxtkı SSRİ rəhbəri M.Qorbaçovla uğurlu siyasi-diplomatik danışıqlarınızdan sonra həm Azərbaycan, həm Ermənistan ərazisindəki erməni terrorçularına qarşı keçirilməsi nəzərdə tutulmuş məşhur “Həlqə” əməliyyatı başlandı. Aprelin 16-da Bakıda keçirdiyiniz müşavirədə bütün güc və təhlükəsizlik strukturlarına bununla bağlı tapşırıqlar verdiniz. Və aprelin 21-dən başlayaraq erməni terrorçularının o dövr üçün əsas və ən böyük bazasının yerləşdiyi indiki Göygöl rayonunun Çaykənd və digər ətraf kəndləri mühasirəyə alındı. Aprelin 29-30-dan başlayaraq iyul ayınadək həyata keçirilmiş uğurlu döyüş əməliyyatları nəticəsində yalnız həmin rayonda deyil, Qarabağda, eləcə də Şuşa rayonundakı bir sıra terrorçu bazaları tamamilə terrorçulardan təmizləndi. 30 illik baxış bucağından “Həlqə” əməliyyatının əhəmiyyətini necə dəyərləndirirsiz? Bu əməliyyat Azərbaycan dövlətinin Qarabağdakı sonrakı, artıq müstəqillik illərindəki uğurlu hərbi əməliyyatları üçün hansı rolu oynadı?

-“Həlqə” əməliyyatının müsbət əhəmiyyətini biz əsl mənada ondan sonrakı dövrlərdə dərk etdik. Bu da bizə Qarabağ məsələsinin həlli üçün o zaman daha hansı işlər görməli oldumuzu və sonradan nələri etməyin vacib olduğunu göstərdi. Sözsüz ki, bəhs edilən əməliyyatda güc tətbiq edilməsi müəyyən dərəcədə gələcək işlərimizin aydın fonunu yaratdı. “Həlqə” əməliyyatı nəticəsində, bildiyiniz kimi, 30-dan çox kənd, o cümlədən Gəncə şəhərinə yaxın olan strateji əhəmiyyətli Çaykənd də erməni terrorçularından azad edildi. Həmin məntəqə və ətraf digər kəndlər ondan əvvəl bir ildən çox müddətdə, demək olar ki, tam mühasirədə qalmışdı. Biz o vaxtkı İttifaq dövlətinin rəhbərliyini Qarabağdakı erməni separatçılara qarşı sülhə məcburetmə əməliyyatı keçirilməsinin vacibliyinə inandıra bildik. Çünki həmin separatçı və terrorçu liderlər dincliyə, sülhə apara biiləcək bütün addımlara hər vasitə ilə əngəl olmağa çalışırdılar. Təəssüf ki, “Həlqə” əməliyyatı tam yekunlaşmadı və nəzərdə tutulmuş bütün digər müsbət nəticələr əldə olunmadı. Ona görə “təəssüf” deyirik ki, Azərbaycanın məsələnin hərbi güc yoluyla həll edilməsi qərarı tamamilə özünü doğrultmuşdu və bu, yaxın gələcəkdə hər iki tərəfə lazım olan yaxşı sülhlə nəticələnəcəkdi. Ancaq Moskvada SSRİ rəhbərliyində baş vermiş “QKÇP” adlanan təbəddülatlar və həmin fonda Qarabağ separatçılarının öz təxribatçı əməllərini davam etdirməsi bizim qarşıya qoyulmuş vəzifəni yerinə yetirməyimizə əngəl oldu. Onu da demək lazımdır ki, hələ SSRİ tərkibində olduğumuz, müstəqilliyə yenicə can atdığımız o dövrdə keçirilmiş “Həlqə” əməliyyatı müəyyən dərəcədə sonradan keçmiş Dağlıq Qarabağ və ətrafında keçirilmiş digər uğurlu əməliyyatlarımızın və xüsusilə, parlaq nəticələrə gətirib çıxarmış sonuncu 44 günlük Zəfər savaşımızın ruhi bünövrəsini qoydu...

- 10 Noyabr üçtərəfli razılaşması əsasında sülhməramlı adı altında Laçın dəhlizi və keçmiş Dağlıq Qarabağ torpaqlarımızda yerləşdirilmiş Rusiya hərbi kontingentinin öz rəsmi missiyalarından kənar bəzi davranışları xalqımızda, ictimaiyyətdə haqlı narazılıqlar doğurur. Məsələn, Xocalı hava limanında Xankəndində keçirilməsi nəzərdə tutulan faşizm üzərində qələbənin 76-cı ildönümünə həsr olunmuş parada hazırlıq təlimləri, Azərbaycan dövlətinin razılığı olmadan “Sputnik V” vaksininin Qarabağa gətirilməsi və oradakı ermənilərin peyvəndlənməsinə başlanması. Eləcə də ilk olaraq separatçı-terrorçu erməni general Vitali Balasanyana məhz Rusiya ordusunun Xocalıdakı hərbi hospitalında və məhz Rusiya hərbi həkimləri tərəfindən peyvənd vurulması və s. Sizcə, Azərbaycan bunlara necə reaksiya verməlidir?

-Əlbəttə, Rusiya sülhməramlıları tərəfindən xalqı narazı salan davranışlar yolverilməzdir. Ancaq o da var ki, hər bir hərəkətdə təxribat, qıcıqlandırıcı məqamlar axtaran ayrı-ayrı xarici və daxili qüvvələr, şəxslər də bu cür davranışlardan yararlanaraq Ermənistan və Azərbaycan arasında yenidən lokal toqquşmalar yaratmağa, vəziyyəti gərginləşdirməyə bəhanə axtarırlar. Yəni Rusiya sülhməramlılarının bəzi davranışlarını əsas tutub situasiyanı gərginləşdirməyə dəyməz. Eyni zamanda hesab edirəm ki, bu cür cəhdlər Azərbaycanın Qarabağdakı son qələbəsindən və 10 Noyabr üçtərəfli razılaşmasından sonra Azərbaycan və ayrıca Qarabağla əlaqədar başlanmış böyük işlərin dinamizminə heç bir maneə törədə bilməyəcək. Və tamamilə əminəm ki, haqq-ədalət bizim – Azərbaycanın tərəfindədir. Çünki Azərbaycan dövləti və xalqı özünün tam haqlı olmasını dərk edərək torpaqlarının azadlığı üçün mübarizəni başladıb. Eyni zamanda rəsmi Bakı hərbi əməliyyatlardan sonra digər problemlərin də siyasi yolla yekun həlli üçün bütün razılaşmalara əməl etməkdə davam edir. Və bu məqam daim dövlətimizin diqqət mərkəzində olacaq.

-Son günlər Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmağa hazırlaşması barədə müxtəlif ideyalar, fikirlər səslənir. Ancaq Rusiyanın keçmiş və indiki bir sıra davranışlarına görə, o cümlədən “İsgəndər M” raketləri ilə bağlı qalmaqaldan sonra Azərbaycan cəmiyyətində ölkəmizin Kremlin hegemon olduğu Avrasiya Birliyinə daxil olmasının əleyhinə çıxış edənlər də xeylidir. Maraqlıdır ki, Ermənistan mediasında da Azərbaycanın bəhs edilən birliyə qoşulacağı ehtimalları səsləndirilir və eyni zamanda bir çox erməni siyasi liderləri və politoloqları buna etirazlarını bildirirlər. Etirazların da səbəbi odur ki, guya “Azərbaycan bizim torpaqlarımızı – Qarabağı işğal etdiyindən biz onlarla eyni birlikdə olmaq istəmirik”. Siz necə düşünürsüz, AİB-ə daxil olmaq Azərbaycanın suverenliyi, müstəqilliyi üçün təhlükədir, yoxsa?

-Bizim regionda, o cümlədən dünyada yaranmış digər birliklər kimi Avrasiya İqtisadi Birliyi də heç bir ciddi qorxulu xüsusiyyət kəsb etmir. Şəraitdən asılı olaraq istənilən birliyə daxil olmaq da olar, çıxmaq da. Bu məsələni hər bir ölkə özü öz maraqlarına uyğun həll edir. Ona görə də mən nədəsə tərəddüd etmək üçün heç bir əsas görmürəm. Eyni zamanda bundan sonra da Müstəqil Dövlətlər Birliyi ölkələrinin yaradıcı, qurucu ittifaqının vacibliyini görürəm. Azərbaycan bu məkanda olan ölkə kimi, əlbəttə, heç bir halda müstəqil dövlətçiliyinə xələl gətirmədən özünü bu birliklərdən də təcrid edə bilməz.

Ermənilərin guya bizim onların torpaqlarını işğal etməyimiz haqdakı iddialarına gəldikdə, bu haqda heç danışmağa, mübahisə etməyə dəyməz. Çünki beynəlxalq ictimaiyyət Azərbaycanın Yuxarı Qarabağ üzərindəki suverenliyini tam mənada tanıyıb. Ona görə də bu mövzuda problem olmamalı, suallar meydana çıxmamalıdır. Hansısa digər məsələlərdən əsas prinsiplərdən uzaq duraraq danışmaq isə doğru deyil. Ona görə ki, hər şey tamamilə aydındır. Və məlum razılaşmalar çərçivəsində Azərbaycanda və eləcə də ətraf ölkələrdə böyük işlər aparılır. Azərbaycanın son müzəffər savaşının əks-sədası çox böyük oldu. Və bunlar hamının gözü qarşısında baş verdi. Hamı əmin oldu ki, Azərbaycan böyük müdriklik göstərərək hərbi əməliyyatların ən qaynar fazasında onları dayandırdı. Eyni zamanda Rusiyanın sülhməramlılıq missiyasına razılıq verildi ki, bu da xeyli dərəcədə faydalı oldu. Odur ki, hər şey normal gedir. Azərbaycan Prezidenti daim öz deklorativ bəyanatlarına uyğun siyasət aparır və öz sözlərindən dönmür. Ona görə də bu, sözün əsl mənasında dünya birliyi tərəfindən hörmət və qarşılıqlı anlaşma ilə qarşılanır. Belə də davam etmək lazımdır. Azərbaycan, demək olar ki, 30 il ərzində səbrlə onun müstəqilliyi və ərazi bütövlüyünün, o cümlədən Qarabağ üzərində suverenliyinin dünya birliyi tərəfindən əsl mənada tanınmasını gözlədi. Və bu müddətdə son imkanlaradək Qarabağ məsələsinin pozitiv, siyasi, sülh yoluyla həll olunması kursundan dönmədi. Baxmayaraq ki, Azərbaycanın haqlılığı göz qabağında idi. Və bunu sonda bütün beynəlxalq birliklər, Avropanın bütün demokratik institutları etiraf etdi. Bu cür qarşılıqlı anlaşma sonadək davam etməlidir. Doğrudur, daim ayrı-ayrı qüvvələr hansısa lokal hadisələr törədə bilər. Amma necə deyərlər, yel qayadan heç nə aparmaz...

- Prezident İlham Əliyev ADA-da məşhur beyin mərkəzlərinin nümayəndələriylə görüşündə bir daha ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin tənqid etməklə yanaşı, həmin qurumdan yeni konstruktiv təkliflər gözlədiyini ifadə etdi. Və bundan bir neçə gün sonra, sanki Ali Baş Komandanın həmin çıxışından “ruhlanan” həmsədrlər Qarabağ məsələsi ilə bağlı bir bəyanat verdi. 30 illik fəaliyyəti göz qabağında olan bir qurumun bu addımını siz necə dəyərləndirirsiz?

-Mən Minsk Qrupunun son bəyanatını Azərbaycan dövlətinin son 44 günlük Zəfər savaşı sayəsində görmüş olduğu işlərə qarşı növbəti bir təxribat hesab edirəm. Amma bu cür təxrubatlarla biz dəfələrlə qarşılaşmışıq. Və Minsk Qrupu kimi qurumların davranışları, bütövlükdə fəaliyyəti zamanın sınağından keçərək öz əsl mahiyyətini göstərib. Biz yaxşı anlayırıq, bunları kimlər edir, hansı qüvvələr buna təhrik edir, Azərbaycanın müstəqil addımları kimlərə sərf etmir və kimlər yenidən münaqişə ocağını qızışdırmağa çalışır. Ancaq Azərbaycanda dövlətin və xalqın birliyinə arxalanaraq bunları artıq keçmiş hesab etmək olar. Həmçinin Azərbaycanın Qarabağ məsələsində haqlılığı, eləcə də siyasi münasibətlərin son durumu onu deməyə əsas verir ki, kimlərin əli ilə yönlənməsindən asılı olmayaraq heç bir təxribat bizi yolumuzdan döndərə bilməz. Bu, sadəcə, mümkün deyil... Və xalq da hər şeyi, o cümlədən Minsk Qrupunun 30 illik fəaliyyətinin mahiyyətini gözəl anlayır. Odur ki, bunu Ermənistan da dərk etməli və bütün revanşist notları, çağırışları tarixin arxivinə atmalıdırlar... Bilmək lazımdır ki, məsələ həll olub. Bütün tərəflər və vasitəçi qüvvələr, bundan sonra, sadəcə, regionda sülh və əmin-amanlıq şəraitində yaşayışın təmin olunması haqda düşünməlidir...

- Ayaz müəllim, bildiyiniz kimi, iyun ayında Ermənistanda növbədənkənar seçkilər nəzərdə tutulub. Necə hesab edirsiz, bu seçkilər nəticəsində revanşist qüvvələr, o cümlədən sizin də hakimiyyətiniz dövründə yaxşı bələd olduğunuz Köçəryanların, Sərkisyanların başçılıq etdiyi faşist, terrorçu xislətli Qarabağ klanı yenidən hakimiyyətə gələ bilərmi?

-Əvvəla, demək lazımdır ki, bu, erməni xalqının öz işidir. Amma Ermənistan əhalisi də kimin haqlı, kimin haqsız olduğunu yaxşı bilir. İnanmaq istərdim ki, erməni xalqı, heç olmazsa, bundan sonra kimlərinsə onu axmaq yerinə qoyub yenidən bu ölkəyə çox baha başa gələn mənasız düşmənçilik, hərbi qarşıdurma və itkilərə aparmasına yol verməyəcək...

Onu da bir daha vurğulamaq lazımdır ki, Ermənistanda nə baş verməsindən asılı olmayaraq Azərbaycan xalqı və dövləti daim öz haqlı yoluyla gedəcək, azad olunmuş torpaqlarımızda bərpa və quruculuq işlərini davam etdirməklə yanaşı, daim Cənubi Qafqaz xalqları arasında sülh və əmin-amanlıq yaranması uğrunda istər siyasi, istərsə də iqtisadi formatlarda əlindən gələni edəcəkdir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru