Xalqı meydanlara səsləyənlərin məqsədləri nədir? - Partiya sədri
Tarix: 5-05-2021, 09:02 | Çap et
“Belə olduğu halda, mənasız yerə dirəniş göstərib, ordumuzu və xalqımızı qırdırmaq lazım idimi?! Siz olsaydınız, Rusiyanın təxribatını və gücünü bildiyiniz halda, hansı addımlar atardınız?! Hər kəs öz vicdanı qarşısında, insafla, müharbəyə cavabdeh şəxs qismində bu suallara cavab axtarsın”.
Bismillahir-Rahmənir-Rahim!
Ədalət anlayışı hər hansı bir hadisəyə qərəzsiz, tərəfsiz, maraqsız yanaşmaq və özünü qarşıdakının yerinə qoymaq məcmusudur. Yaddan çılxarmayaq ki, hər birimiz, danışdığımız sözlərə görə, hər şeydən əvvəl ədaləti qoruyub-qorumadığımıza görə, Böyük Allah qarşısında cavab verəcəyik. Nəzərə alaq ki, ədalətli haqq savaşı apardığımız yerdə kimsə həqiqətləri, gerçəklikləri bilmədən özünün doğru bildiyi zənnini ortaya qoyur və belə olan halda, apardığımız mübarizənin fəsadlarını təsəvvür etmək çətin deyil. Necə ki, bir xəstəyə zənnlə təyin edilmiş yanlış dəva-dərman onu sağaltmaq əvəzinə, məhv edər. İllərdi siyasi proseslərdə baş verən hadisələrə verilmiş təhlillərin, sonradan nə qədər absurd və gülünc olduğunu görürük. Siyasi proseslərdə liderə çevrilmiş şəxslərin kimliyinə və apardığı mübarizənin motivinə baxdıqda, çoxluğun zənnə qapılıb, nə qədər yanlışlıq etdiyi açıq-aydın görsənir. Hamı yaxşı bilir ki, İkinci Qarabağ savaşı təkcə ərazilərimizin alınmasıyla yaddaşlarda qalmadı, həm də gözümüzün önündə Azərbaycana qarşı ermənilərə dəstək verən ölkələri gördük. Həmçinin Azərbaycan da ona dost olan ölkələri sınaqdan çıxartdı. Ölkə daxilində isə, müharibə zamanı siyasi partiyaların davranışları çox mətləbləri ortaya qoydu. Bu gün sosial şəbəkələrdə xaricdə yaşayan, daxildə saxta profillərlə trolluq edən insanların yazılarına və təbliğatlarına baxdıqda, fərqli sözlərlə ifadə olunsa da, ortaq anonim fikir olaraq, hədəfin Qarabağ savaşının zəfərini gözdən salmaq və “inqilabi” yolla Azərbaycanı qarışdırıb, hakimiyyəti qəsb etmək olduğu tam məlum olur. Vətənimiz, dövlətimiz üçün olduqca həssas və çətin keçən belə bir məqamda bu cür fikirləri yayanların və təbliğ edənlərin məqsədləri, birbaşa, düşmənin maraqlarına xidmət etmək deyilmi?! Hər kəs bu yazımın əvvəlində və indi qoyduğum sualların cavabını yaxşı-yaxşı fikirləşsin. Ümumiyyətlə götürdükdə, ədalət məcmusuna daxil olan dediyi sözə, etdiyi əmələ görə, biri özünü qarşıdakının yerinə qoymaq istəyir. Bu gün bu yazımla, elə, onu demək istəyirəm ki, ədaləti pozmamaq üçün, hər kəs özünü dövlət başçısı İlham Əliyevin yerinə qoysun. Qarabağ savaşına girib müharibə aparır, qonşuluqda Rusiyanın, qərbdə isə, müəyyən Batı ölkələrin təzyiqinə baxmayaraq, müharibəni uğurla aparır. Ağla gəlməyən məğlubiyyətə düçar olan ermənilərin arxasında duran Rusiyanı Azərbaycana qarşı çıxardır. Rusiya da, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə sərhədində, Ermənistanda olan öz hərbi vertolyotunu vurdurur və Azərbaycana hərbi müdaxilə edir. Eyni vaxtda isə, bizə dəstək verən Türkiyəyə qarşı 5 ölkənin ordusu ayağa qaldırılır, hətta Suriyada və Livyada Türk əsgərlərinə qarşı Rusiya tərəfindən bombardıman törədilir. Bir də, yazımın əvvəlindəki sualları ortaya qoyuram: -- Belə olduğu halda, mənasız yerə dirəniş göstərib, ordumuzu və xalqımızı qırdırmaq lazım idimi?! Siz olsaydınız, Rusiyanın təxribatını və gücünü bildiyiniz halda, hansı addımlar atardınız?! Bir daha deyirəm, hər kəs vicdanı qarşısında, insafla, müharibəyə cavabdeh şəxs qismində bu suallara cavab axtarsın. Qarabağ savaşı həm də ölkə daxilində hakimiyyətə, ölkənin iqtisadi sahələrinə hansı dövlətin və hansı terror təşkılatarın nümayəndəlrini də tanıtdırdı. İllərdi xalqı ağır duruma salan, onun sərvətlərini talayan, hökuməti xalq qarşısında etimadsız və insanları haqqsız-hüquqsuz kölə edən bu cinayətkar "çete", artıq ifşa olunub. İnanıram ki, bu cinayətkar "çetenin" üzvləri hakimiyyətdən kənarlaşdırıldıqdan sonra, cəzasız qalmayacaqlar. Bu heç kəsə sirr deyil ki, dövlət baçısı çoxdandır ki, iki cəbhədə -- bir tərəfdə erməni -- rus, digər tərəfdə daxili "çeteləri' ilə savaşır. Belə olan halda, bəs, bizlər, xalqın nümayəndələri olaraq nə etməliyik?! Bu suala da, hər kəs öz vicdanı qarşısında, insafla cavab versin və dövlətçilik baxımından, hansı addımlar atmaq lazım olduğunu yaxşı-yaxşı fikirləşsin! Tarixdə hansı ölkələrdə müharibə olubsa, bunun daha acı nəticələrinin olduğu da mütləq görünüb. Müqayisə aparanda, bizim apardığımız savaşda şəhidlərimiz, qazilərimiz olsa da, acılara qarşı zəfərimiz belə ortadadır. Şükür Allaha ki, ağır və dərin iqtisadi böhranlarla üz-üzə deyilik və bunu qarşılayacağımız da görünmür. İndi hər kəs mövcud vəziyyətdə ölkəmizin siyasi səhnəsinə diqqətlə nəzər yetirsin. Hakimiyyətin içərisindəki cinayətkar "çetenin" təmizləndiyi bu dövrdə, dövlət başçısına dəstək vermək əvəzinə, xalqı təbliğat aparmaqla meydanlara səsləyənlərin məqsədləri nədir?! Yaxşı - yaxşı fikirləşin, bu çağırışı edənlər, aranı qatmaqla, cinayətkər "çeteni" məsuliyyətdən yayındırmaq məqsədi güdmürlərmi?! Yazımın sonunda, yenə də, hər kəsi, verilən suallara ədalət naminə, dövlət maraqlarını üstün tutaraq, vicdanı çərçivəsində cavab axtarmağa səsləyirəm. Bunu, hər kəs, həm də mənim bir vətəndaş çağrım kimi qəbul etsin! Tahir ABBASLI, Azərbaycan İslam Demokrat Partiyasının sədri, AXH TK-nın üzvü. //araz.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29 |
|
|
|
• Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19 |
|
|
|
• Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06 |
|
|
|
• Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02 |
|
|
|
• “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45 |
|
|
|
• “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25 |
|
|
|
• “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05 |
|
|
|
• "Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02 |
|
|
|
• Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58 |
|
|
|
• "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51 |
|
|
|
• Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49 |
|
|
|
• "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02 |
|
|
|
• Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58 |
|
|
|
• "Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21 |
|
|
|
• “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19 |
|
|
|
• Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16 |
|
|
|
• Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14 |
|
|
|
• Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21 |
|
|
|
• Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19 |
|
|
|
• Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15 |
|
|
|
• “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13 |
|
|
|
• Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11 |
|
|
|
• "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10 |
|
|
|
• “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04 |
|
|
|
• Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02 |
|
|
|
• İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58 |
|
|
|
• “Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56 |
|
|
|
• Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53 |
|
|
|
• Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49 |
|
|
|
• Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39 |
|
|
|
• Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35 |
|
|
|
• Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28 |
|
|
|
• Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23 |
|
|
|
• Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19 |
|
|
|
• MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18 |
|
|
|
• “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08 |
|
|
|
• Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06 |
|
|
|
• “Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38 |
|
|
|
• Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25 |
|
|
|
• Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14 |
|
|
|
• Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08 |
|
|
|
|