“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                 

Həbslərdən dərs almayan məmurlarla nə etməli? - Deputat danışır...
Tarix: 20-05-2021, 09:02 | Çap et
Həbslərdən dərs almayan məmurlarla nə etməli?
Ölkəmizdə bir çox istiqamətlərdə aparılan islahatlar müsbət nəticəsini versə də, rüşvətxorluq və korrupsiyanın kökünü kəsmək mümkün olmur. Mübarizə son illər çox sərt şəkildə aparılır, rüşvətxor məmurlar həbs edilir, işdən, vəzifədən uzaqlaşdırılır. Amma rüşvət aradan qalxmır, dövriyyə zəifləmir. Bir rayonda icra başçısı rüşvətə, qanunsuz əməllərinə görə qandallanır, digər rayonlarda korrupsiya il bağlı hərəkətlilik bir zərrə də zəifləmir, bir məmurun həbsindən digərləri nəticə çıxarmır. Son olaraq, bir neçə həkim, baş həkim, klinika rəhbəri rüşvət alarkən yaxalandı, lakin digər xəstəxanalarda rüşvətxorluq bütün gücü ilə davam edir. Həmçinin bəzi nazirliklərdə, dövlət qurumlarında eyni proses gedir.

Bəzi rayonlardan gələn informasiyalar deməyə əsas verir ki, müxtəlif icra strukturları əhalini incitməkdə, qanunsuzluqlar, talançılıq etməkdən çəkinmirlər.

Elə isə korrupsiyanın sonunu gətirmək üçün hansı metodlara əl atılmalıdır? Vəzifədən çıxarıldıqdan sonra sabiq məmurların uzun illər yığdıqları vəsait hesabına firavan həyatına davam etməsi digərləri üçün nə dərəcədə təşviqedici amildir? Bu gün həbs olunan, kreslosunu itirən vəzifəlilərdən mənimsədikləri vəsait nə dərəcədə geri alınır və kimlər alır? Bundan başqa, iri korrupsionerlər iş başında, azadlıqda olarkən, xeyli kiçik ranqlı məmuru 10-20 minlik rüşvətə görə tutmaq nə dərəcədə effektli olacaq? Yanaşma hansı formada dəyişməlidir?

Suallar çoxdur və bu sualları cavablandıran millət vəkilləri də hesab edir ki, “təmizləmə”, sağlamlaşdırma bütün sahələrdə eyni vaxtda aparılmalıdır.

Millət vəkili Razi Nurullayevin sözlərinə görə, həbslərdən, kadr dəyişikliklərindən sonra rüşvətxorluğun forma və metodları dəyişir, daha sakit, səssiz şəkildə proses davam edir: “Rüşvətxorluq və korrupsiya ilə mübarizə getsə də, həbslər həyata keçirilsə də, məmurlara daha şəffaf işləməklə bağlı tapşırıqlar verilsə də, artıq hər şeyin dəyişdiyini desək, yalan olar. Rüşvətxorluq və korrupsiya əslində libasını dəyişir, formasını dəyişir və davam edir. Yəni əvvəlki metodlar, daha yeni, görünməyən, daha münasib üsullarla əvəz edilir. Ancaq yenə də tanışlıq, öz adamını qabağa çəkmək, pul alıb işə götürmək və sair məsələlər davam edir. Dövlət büdcəsinin vəsaitlərini qeyri-standart şəkildə, öz mənafeyi naminə istifadə etməkdə də davam edirlər. Təəssüflər olsun ki, bütün bunlar azalmayıb. Mənə elə gəlir ki, korrupsiya ilə mübarizə sistemli şəkildə aparılır deyilsə də, əslində sistemli şəkildə aparılmır. Bir neçə qurum yaradılıb , orada korrupsiya, rüşvətxorluq yoxdur. Bu sistemli mübarizənin bir nümunəsidir ki, ”ASAN Xidmət" timsalında bunu görə bilərik".

Deputat hesab edir ki, ümumilikdə korrupsiya ilə mübarizə bərabər şəkildə aparılmalıdır: “Yəni icra hakimiyyəti səviyyəsində korrupsiya ilə mübarizə aparılırsa, icra hakimiyyəti işlədiyi , əməkdaşlıq etdiyi və ya birbaşa tabeliyində olan sahələr də, onlar qədər təmizliyə və şəffaflığa məruz qalmalıdır ki, bütün sahələr düzəlsin. Əgər hansısa xəstəlik bütün orqanizmə yayılıbsa, yalnız bir orqanı müalicə etməklə sağlamlıq əldə etmək mümkün deyil. Müalicə etdiyimiz orqan digər xəstə orqanların təsiri ilə yenidən xəstələnəcək. Bizdə ayrı-ayrılıqda sanki kampaniya xarakterli mübarizə aparılır ki, filan yerdən başladıq, mübarizə aparırıq, burada iş bitdikdən sonra digərinə keçərik. Digərində mübarizəyə başlayanda köhnə ünvanda hər şey əvvəlki vəziyyətinə qayıdır. Ona görə də daha sistemli mübarizəyə ehtiyac var. Tam olaraq köhnə idarəçiliyin dəyişdirilməsinə ehtiyac var ki, şəffaflıq olsun. Məmurlar da bilməlidir ki, korrupsiya ilə mübarizə təkcə onun başında çatlamır, kimliyindən, vəzifəsinin böyüklüyündən, kiçikliyindən, pulunun azlığından, çoxluğundan asılı olmayaraq hamıya aiddir. Azərbaycanda isə bu şəkildə tətbiq olunur desək yalan olar. Korrupsiya ilə mübarizədə bir az da səmimi olmaq lazımdır”.

R.Nurullayev onu da vurğuladı ki, vəzifədən çıxarılan, həbs olunan məmurların illər ərzində mənimsədiyi, qanunsuz yolla yığdığı bütün vəsaitlər onların əlindən alınmalıdır: “Dövlət büdcəsi hesabına o pulları yığıbsa, hamısı alınıb büdcəyə geri qaytarılmalıdır. Bizdə isə alınırmı? Yox. Məmur işdən çıxarılır və ya həbs olunur, daha sonra kabinetlər gəzir. Bir kabinetdən o biri kabinetə, ondan çıxır digərinə, müxtəlif idarələr, nazirliklər, şöbələr gəzir. Hər kabinetdən çıxdıqca onun pulu bir az azalır, azalır və nəticədə dövlət büdcəsinə qəpik-quruş gedir. Onun pulları yenə də kabinetlərdə itir, büdcəyə heç nə çatmır. Oğurladıqlarının heç 1-2 faizi də büdcəyə getmir. Qalanlarını da başının altına qoyub kef içində yaşayır. Bu da mübaribəzinin effektivliyinə ciddi şəkildə təsir göstərir”.

Deputat Asim Mollazadə də qeyd etdi ki, dövlət strukturlarının sayı azaldılmalı, ciddi islahatlar, ixtisarlar aparılmalı və çevik, şəffaf qurumlar yaradılmalıdır: “Korrupsiya ilə mübarizə istiqamətində uğurlu bir misal kimi ”ASAN Xidmət" nümunəsidir. Vətəndaşlarımız məmurlarla birbaşa kontaktdan xilas olublar. Əvvəllər xırda bir sənəd və ya arayış almaq üçün rüşvət verməli olurdular, bu problemdən xilas olublar. Digər sahələrdə isə korrupsiya ilə mübarizə üçün sadəcə həbslərlə kifayətlənmək olmaz, çox ciddi ictimai nəzarət, medianın nəzarəti olmalıdır. Məmurların fəaliyyəti media, ictimaiyyət üçün şəffaf olmalıdır. Onlar hər zaman bu işığı öz üzərlərində hiss etməlidirlər ki, hansısa qapalı, qaranlıq məkanlarda korrupsiya ilə məşğul olmasınlar. Vətəndaş cəmiyyətinin, medianın gücü və ali hakimiyyətin siyasi iradəsi korrupsiya ilə mübarizədə bir çox müsbət dəyişikliklərə gətirib çıxara bilər. Bununla yanaşı, ciddi struktur dəyişiklikləri də həyata keçirilməlidir. Məmurların sayı ciddi şəkildə azaldılmalıdır. Azərbaycan 10 milyonluq ölkədir, ancaq 80-dən artıq inzibati vahid var. Bu qədər quruma ehtiyac yoxdur. Nazirliklərin sayı çoxdur, bu qədər nazirlik ola bilməz, struktur dəyişiklikləri çərçivəsində ictimai nəzarəti gücləndirməklə, məmurların sayı azaldılmalıdır. Bir çox məmurlar əgər indiyə qədər məşğul olduqları özəl bizneslə məşğul olsaydılar, həm dövlət büdcəsinə, həm də ölkənin iqtisadiyyatına faydalı olardı".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Dünən, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Dünən, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Dünən, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Dünən, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Dünən, 14:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru