"Rusiyanın quruma üzv olmaq istəyinin arxasında iki niyyətdən biri dayanır" - Partiya sədri
Tarix: 25-05-2021, 08:24 | Çap et
!["Rusiyanın quruma üzv olmaq istəyinin arxasında iki niyyətdən biri dayanır" "Rusiyanın quruma üzv olmaq istəyinin arxasında iki niyyətdən biri dayanır"](/uploads/posts/2021-05/thumbs/1621916648_0001.jpg) Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvanın türkdilli ölkələrlə daha sıx əməkdaşlıq etmək istədiyini bildirib. XİN rəhbəri vurğulayıb ki, Rusiya Türk Şurasına qoşulmağa hazırdır: “Başa düşürük, bu birlik türkdilli ölkələr üçün yaradılıb, amma bizim də içimizdə tatar, altay, çuvaş, başqırd, yakut kimi türk xalqları var. Razılıq olsa, qatılmağımızda bir problem olmamalıdır”. Lavrov bu təklifi 2019-cu ilin iyul ayında da səsləndirmişdi. Bu dəfə Lavrov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlətlərarası bir təşkilat olduğunu xatırladaraq üzvlük üçün dominant əhalinin türk olmasının problem olmadığını bəyan edib. Bəzi politoloqlar Rusiyanın bu təkliflə türkün gücünü etiraf etmiş olduğunu dilə gətirirlər.
Digər qisim isə hesab edir ki, bu “təşəbbüs” daha çox türkləri nəzarətdən kənarda saxlamamaq cəhdinə, onların arasında olub, yeni nifaqlar yaratmaq istəyinə daha çox bənzəyir. Son dövrlər Türk Şurası regional təsir gücünə malik təşkilata çevrilməkdədir. Şuraya daxil olan dövlətlərin əksəriyyəti yeraltı təbii sərvətlərlə zəngindir. Türkiyənin bu ölkələrlə yaxınlaşmasını Rusiya özü üçün təhdid hesab edə bilər. Həmçinin, Türk Şurasına daxil olan dövlətlər beynəlxalq nəqliyyat qovşağının üzərində yerləşir. Təşkilatın güclənməsi regionda yeni gücün formalaşması deməkdir ki, bu da əsas strateji bölgələrin Rusiya tərəfindən itirilməsinə gətirib çıxarır. Bir məqamı da vurğulayaq ki, Rusiyada yaşayan türkdillilərin sayı 35 milyondan çoxdur. Bu günə qədər onlar Rusiya Federasiyası daxilində subyektlər kimi fəaliyyət göstəriblər. Zaman-zaman Rusiyadakı bəzi siyasi elitadan Türk Birliyinin qurulmasına qarşı sərt reaksiyaların şahidi olmuşuq. Eyni zamanda Rusiyadakı siyasi müxalifətin bəzi nümayəndələri də türk dövlətlərinin birliyindən narahat olduqlarını bu və ya digər formada dilə gətiriblər.
Sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Şərq”ə bildirib ki, son yaşananlardan sonra türk dövlətləri dünya gündəmindədir. Partiya rəhbərinin sözlərinə görə, artıq super güclər türk dünyası ilə hesablaşmaq məcburiyyətini hiss edirlər:
“Türk Şurasının genişlənməsi və qüdrətlənməsi bu qurumu Avropa Birliyi kimi təşkilatlardan daha da güclü edəcək. Türkiyənin dünya gücünə çevrildiyi etiraf olunur. Azərbaycan isə ən azından bölgə gücü sayılır.
Bütün bu reallıqlar onu göstərir ki, gələcək inteqrasiyada, digər türk dövlətləri bir araya gəldikdən sonra çox nəhəng iqtisadi ev formalaşacaq. Bu həm də özünümüdafiə blokunun təşkil olunması deməkdir. Qələmə aldığım “Yeni dünya düzənində Azərbaycanın yeri və rolu” kitabında Turan adlı bir blokdan bəhs etmişdim. Hesab edirdim ki, dünyanın qəlbi deyilən bir yerdə mütləq Türk Evi yaranmalıdır”.
F.Quliyev vurğulayıb ki, dünənə qədər Türkiyənin üzərinə gələnlər, indi qardaş ölkənin ayağına gəlmək məcburiyyətində qalıblar:
“Türkiyə ilə zor dilində danışmağın mümkünsüzlüyünü görənlər Ankara hökuməti ilə yaxınlaşmaqda maraqlı görünürlər. Əlbəttə, burada iki niyyətin olması gözləniləndir. Məqsədlərdən biri türk birliyinə daxil olaraq onu içəridən parçalamaq və qurumda təşəbbüskar olaraq önə çıxmaqdır.
Digər məqsəd isə öz iqtisadiyyatını və gələcəyini müəyyənləşdirmək üçün həqiqi dostluq və əməkdaşlıq qurmaqdır.
Ancaq düşünürəm ki, vurğuladığım iki seçim bunu təklif edən Rusiyanın özünə belə tam aydın deyil. Moskva son və həqiqi istəyinin nədən ibarət olduğuna qərar verə bilmir. Məncə, ilk etapda təşəbbüskarlığı öz üzərlərinə almaq üçün cəhdlər edəcək.
Əgər görsələr ki, bunu edə bilmirlər, o halda əməkdaşlıq mərhələsinə keçəcəklər. Əsas məqam odur ki, Türk Şurası aparıcı qurum kimi şahmat dili ilə desək, “ağlarla oyuna başladı”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25 |
|
|
|
• “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05 |
|
|
|
• "Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02 |
|
|
|
• Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58 |
|
|
|
• "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51 |
|
|
|
• Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49 |
|
|
|
• "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02 |
|
|
|
• Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58 |
|
|
|
• "Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21 |
|
|
|
• “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19 |
|
|
|
• Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16 |
|
|
|
• Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14 |
|
|
|
• Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21 |
|
|
|
• Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19 |
|
|
|
• Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15 |
|
|
|
• “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13 |
|
|
|
• Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11 |
|
|
|
• "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10 |
|
|
|
• “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04 |
|
|
|
• Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02 |
|
|
|
• İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58 |
|
|
|
• “Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56 |
|
|
|
• Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53 |
|
|
|
• Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49 |
|
|
|
• Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39 |
|
|
|
• Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35 |
|
|
|
• Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28 |
|
|
|
• Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23 |
|
|
|
• Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19 |
|
|
|
• MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18 |
|
|
|
• “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08 |
|
|
|
• Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06 |
|
|
|
• “Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38 |
|
|
|
• Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25 |
|
|
|
• Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14 |
|
|
|
• Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08 |
|
|
|
• Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Dünən, 15:02 |
|
|
|
• Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Dünən, 14:58 |
|
|
|
• Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Dünən, 14:51 |
|
|
|
• Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Dünən, 14:48 |
|
|
|
• Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Dünən, 14:43 |
|
|
|
|