"İran ruhaniləri dini təhsil adı altında öz adamlarını yetişdirirlər" - deputat
Tarix: 4-05-2022, 09:24 | Çap et
“May ayının 2-də Facebook-da Ramazan bayramı ilə bağlı bir yazı paylaşmışdım. İranda bu günün, əksər İslam ölkələrindən fərqli tarixdə qeyd edilməsini vurğulamaqda niyyətim bu idi ki, sadə məsələlərdə ikitirəlik olmasın. Məzhəb ayrılığını tamamilə aradan qaldırmaq çətindir, lakin bunu şişirtməkdənsə, son vaxtlar tez-tez səsləndiyi kimi, “Quran İslamı”nın tələblərini əsas götürmək lazımdır.
Doğrudur, yanlışdır... bu mənim fikrimdir. Bəyənmək də olar, bəyənməmək də. Lakin bu fikri bir tərəfə qoyub yorumlarda məni İran düşməni, İslamdan-dindən xəbərsiz, dini məsxərəyə qoyan, İsrailin adamı, rüşvətlə deputat seçilən, xalqın dərdindən xəbərsiz, Milli Məclisdə səsi çıxmayan, nəvəsinə azan əvəzinə qurd kimi ulamaq öyrədən, dindən danışmağa haqqı olmayan və s. ifadələrlə təhqir etdilər”. DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, bu fikirləri Mili Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.
Deputat qeyd edib ki, fikirlərinə qarşı çıxanlardan on qat artıq insan onun xoş niyyətimi düzgün dəyərləndirib: “Ancaq istər-istəməz adamın ürəyi bulanır. Niyə bizim milli əxlaqımız bu qədər dəyişilib, bu düşmənçilik toxumunu səpən kimlərdir, niyə gənc adamlar ya qəsdən, ya tanımayaraq atası yerində olan bir tanınmış qələm sahibinə belə böhtanlar yağdıra bilir, onlara bu cəsarəti verən hansı ölkələr, hansı pullar, hansı maraqlardır? Mirzə Cəlil demiş bu İran marallarının niyyəti nədir? Mən onların hər birinə ayrıca cavab verib, öz qələtlərini anlatmağa çalışardım və inanıram ki, dəfələrlə olduğu kimi, bu dəfə də onların bəziləri real dəlil-sübut qarşısında səhvlərini etiraf edərdilər. Lakin buna vaxt yoxdur və söhbət tək-tək adamlardan yox, İranın adını çəkən hər kəsə qarşı bu hücum kampaniyası üçün yaranmış mühitdən, bu ayrı- seçkiliyin arxasında dayanan Azərbaycan-türk düşmənçiliyindən gedir”.
S.Rüstəmxanlı necə millət vəkili olduğunu bilmək istəyənlərə bunu seçildiyi Neftçala camaatından soruşmağa çağırıb: “Milli Məclisin stenoqramlarına baxsınlar, “Dərdə əyilmə” kitabımı oxusunlar!
Məni taleyimiz siyasətçi eləyib və 30 ildir siyasət didişmələrində, partiyalararası gizli savaş meydanında öyrədilmiş adamlar 70-80-ci illərdə ədəbiyyatda qazadığım şöhrəti baltamaqla, gözdən salmaqla məşğuldurlar. Şükür bacarmayıblar. Haq nazilsə də, üzülməz. Kimsəyə böhtan atmamışam, kimsəyə pislik eləməmişəm, milli birlikdən, Vətənimizin azadlıq və bütövlüyündən başqa məqsədim olmayıb. Dünyanın müxtəlif ölkələrində 90-a yaxın kitabım çıxıb və bu kitablardan biri də İran İslam Cümhuriyyətinin dini rəhbəri Ağaye Seyid Əli Xameneyiyə açıq məktubdur. Bəlkə bu böhtançıların xəbəri yoxdur, bu günlərdə o məktubu yenidən sosial mediyada paylaşaram”.
Deputat ondan “İran düşməni” qayırmaq istəyənlərə səslənərək deyib: “Məni İrana kin bəsləməkdə günahlandıranlara bəyan edim ki, tam tərsinə, İran adlandırılan ölkəyə heç bir kinim yoxdur, paylaşılan videodan da göründüyü kimi, mən İranın inkişafını, güclənməsini istəyirəm. Çünki İrana da öz dövlətim kimi baxıram. Əhalisinin yarısı bacı-qardaşlarımızdır, türklərdir. Üç min ildir o ərazidə İranla Turan bir yerdədir, farsla türk iç-içədir. Yaxın Doğu projesi ortaya çıxandan sonra mən İranın da Liviyanın, Əfqanıstanın, Surianın, İraqın yaşadığı facələri yaşamasıni istəməmişəm və bu fikrimi çox nüfuzlu görüşlərdə də səsləndirmişəm. Əksinə, biz istərdik ki, İran, Türkiyə, İraq, Suriya, Əfqanıstan, Pakistan və diğər qonşularımız bu bölgədə Avropa birliyinə bənzər bir birlik yaratsınlar. Bir-birinin əlehinə işləməsinlər.
Amma neyləyək ki, İranda din siyasətin alətinə çevrilib, digər tərəfdən də bu ölkədə, öz tarixi vətənlərində yaşayan 35 milyondan çox azərbaycanlının hüquqları tapdalanır, ana dilində məktəbləri yoxdur, hətta doğulan uşaqlarına da Azərbaycan-türk adı qoya bilməzlər. Torpaqlarımızın işğal altında olduğu illərdə də İranın erməni sevgisini hamımız görmüşük.
Azərbaycan Respublikası ilə İranın rəsmi mövqelərinin son dönəmlərdə yaxşılaşmasına sevinirəm. Belə bir yaxınlıq şəraitində İrandakı qardaşlarımızın haqları da unutdurulmamalıdır”.
“Mən İranın ruhanilərinin Azərbaycanda yorulmadan işlədiklərini, dini təhsil adına öz adamlarını yetişdirdiklərini bilirəm. Lakin ətrafımızda bu qədər farspərəst, bu qədər Azərbaycan-türk düşməni olduğunu blməzdim. Qarabağ savaşını çox tez unudurlar”,- S.Rüstəmxanlı əlavə edib.
Deputat sosial şəbəkədə onu ittiham edənlərilə bağlı araşdırma apardığını da qeyd edib: “Onların kimliyini araşdırdım. Başı üstə Xomeyninin şəkli, başında molla əmmaməsi olanlar gedib din işləri ilə məşğul olsalar yaxşıdır, onlara kim haqq verib ki, bu millətin dəyərlərinə əl uzatsınlar, başqalarının ayağına verməyə çalışsınlar? Bu qaragüruh dövlətçilik üçün ciddi təhlükədir və məncə, əlaqədar qurumlar bu barədə düşünüb tədbir görməlidirlər. İslam barış, xoş niyyət, xeyirxahlıq, insanlar arasında birliyi gücləndirən dindir. Lakin cahillər onu millətin inkişafına mane olan buxova və ya bataqlığa çevrmək istəyirlər..
Bu tipli adamlar neçə müddətdir, ara –sıra nifrətlərini ifadə etmək üçün başqa bəhanə tapmayanda mənim nəvəmlə şəklimi yayır və onun boz qurd kimi ulamasını öz ağılları və ya ağılsızlıqları səviyyəsində yozurlar: “Niyə dord yaşlı uşaq namaz qılmır, qurd kimi ulayır?”. O uşağın inanclı atasıyla yanaşı durub atasını yamsılaya-yamsılaya namaz qıldığını göstərən şəkilləri də var, lakin ona mifologiyamızdan gələn boz qurd kimi ulamağı kim qadağan edə bilər? Təki bütün ömrü boyu qurd kimi ulamağı ilə düşmən bağrı yarsın, İran gölməçələrində bəslənən qurbağalar kimi quruldamasın.
Hər kəs öz övladının dərdini çəksə yaxşıdır. Bizim balacalar dağda-daşda at üstündə qurd kimi ulamağa öyrəşiblər, kim Mazandaran eşşəyi kimi anqırırsa, bu da onun öz demokratik seçimidir.
Nəhayət yazılarda tez-tez “dini bilməyənlər dindən danışmasın” deyirlər. Əvvəla kim yoxlayıb ki, mən Din tarixini, Din fəlsəfəsini, Peyğəmbərlər tarixini, Həzrəti Peyğəmbərimizin həyatını, Quranı hansı səviyyədə bilirəm və bu məsələlərdə yalançı dindarlar mənimlə danışa bilərlər, yoxsa yox?
İkincisi, din Vicdan işidir, İnsanin Allahla rabitəsidir; hər kəs hesabatı öz vicadanına verir; burda dini kimin nə dərəcədə bilməsindən daha çox, kimin Allahına nə qədər bağlı olmasından danışıla bilər; din heç bir ayətullanın, Qum mollasının və ya din xadımınin şəxsi əmlakı deyil. Heç kim heç kimin inancını tərəzidə ölçə bilməz. Tərəzi sahibi Yaradandır və o da öz ədalət tərəzisinin başında dayanıb onun müqəddəs dinindən sui-istifadə edən, inancla cahilliyi qarışıq salan, işləri başqalarıni yaralamaqdan ibarət olan, düşüncələri şərlə, kin-küdrətlə dolu olan, böhtançı, nankor bəndələrinin yolunu gözləyir...”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
|