Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                 

"Zəhmət çəksinlər 5-6 kilometr məsafədir, gedib aksiyalarını keçirsinlər" - deputat
Tarix: 13-05-2022, 10:03 | Çap et
"Zəhmət çəksinlər 5-6 kilometr məsafədir, gedib aksiyalarını keçirsinlər"
Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiyanın məqsədi “ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə etiraz məqsədi daşıyır”. Aksiya keçirmək istəyənlərin yaydıqları açıqlamalarda “hesab edirik ki, bu cinayətlər son deyil və cəmiyyət olaraq etiraz etməsək daha ağır cinayətlər, o cümlədən siyasi qətllər baş verəcək” kimi fikirlər yer alıb. Aksiyanın Təşkilat Komitəsinə 24 nəfər ictimai, vətəndaş cəmiyyəti fəalının daxil olduğu da yayılan məlumatlar sırasındadır.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ölkədə ictimai-siyasi proseslər qanunla tənzimlənir. “Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq”. diaaz.space xəbər verir ki, Yeni Azərbaycan Partiyasının deputatı Elman Nəsirov da “Yeni Müsavat”a açıqlamasında şəhərin mərkəzində razılaşdırılmamış istənilən kütləvi aksiyanın qanunsuz hesab ediləcəyini və məsuliyyətin aksiyaçıların, çağırışı edənlərin üzərinə düşəcəyini bildirdi: “Əvvəla, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilib. Bunun üçün yetər ki, Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olsun. Bakı Şəhər İcra Hakimiyyəti də bu məsələyə baxdıqdan sonra müraciətə cavab verilir. Bilirsiniz ki, uzun müddətdir Bakının çox gözəl məkanlarından biri olan Qaradağ rayonunun ərazisində kütləvi aksiyalar üçün yer ayrılıb. Qaradağ rayonu ərazi baxımından Bakının ən böyük rayonudur. Şəhərin mərkəzindən də Qarabağ rayonu ərazisində aksiyalar üçün ayrılmış yerə məsafə çox qısadır, həm də yollar çox yüksək səviyyədədir, meydanın özü də çox yaxşı vəziyyətdədir. Özünü ictimai fəal adlandıran aksiya keçirmək istəyən şəxslərin niyyətləri bu və ya digər hadisəyə münasibətdə öz fikirlərini sərbəst və açıq şəkildə qanuni formada ifadə etməkdirsə, zəhmət çəksinlər 5-6 kilometr məsafədir, gedib aksiyalarını keçirsinlər. Amma indi onların Bakı şəhərinin mərkəzində razılaşdırılmadan, özbaşına, ictimai asayişi, insanların şəhər mərkəzində rahatlığını pozaraq hansısa aksiya keçirməsi qanuna ziddir. Qanuna zidd olan istənilən addımın qarşısı hüquq çərçivəsində müvafiq dövlət qurumları tərəfindən alınacaq. Buna heç kimin şübhəsi olmasın. Bütün məsuliyyət də həmin qeyri-qanuni aksiyanı keçirməyə cəhd göstərənlərin üzərinə düşəcək”.

Elman Nəsirov onu da dedi ki, burada qəribə bir sinxronluq da diqqətdən yayınmır: “Belə ki, bugünlərdə Ermənistan paytaxtında hakimiyyət əleyhinə etiraz aksiyaları keçirilir. Sübut etməyə ehtiyac belə yoxdur ki, burada xarici qüvvələrin əli var, bu aksiyalar təkcə Qarabağ klanının özfəaliyyəti deyil, onları xaricdən idarə edənlər var. Ermənistanı daxildən çalxalayırlar. Belə bir reallıq fonunda Azərbaycanda sinxron addımların atılmasına cəhdlərin işartılarının şahidi oluruq. Həm Ermənistan, həm Azərbaycan paytaxtında qarışıqlıq yaradılması, ictimai asayişin pozulması, gərginlik ocaqlarının yaradılması kimi paralel cəhdlər edilir. Eyni niyyətli insanların xaricdəki müəyyən anti-Azərbaycan siyasi dairələr tərəfindən idarə olunması şübhə doğurmur. Ona görə də özünü ictimai fəal adlandırıb qanuna zidd hərəkətlərə cəhd etmək istəyənlər bilsinlər ki, Azərbaycan Ermənistan deyil. Azərbaycan güclü dövlətdir, insan haqları qorunur, müdafiə olunur və əhalinin təhlükəsizliyini və asayişin qorumaq üçün Azərbaycan polisi addımlarını atacaq. Mayın 14-də Bakının mərkəzində icazəsiz aksiyaya cəhdin qarşısı əminəm ki, bütün qanuni vasitələrlə alınacaq”.

Qeyd edək ki, 14 mayda şəhərin mərkəzində kütləvi aksiya keçirmək çağırışları edənlərdən biri ictimai fəal Bəxtiyar Hacıyevdir. Ona görə də ortaya çıxan sual və iddiaları Bəxtiyar Hacıyevə ünvanladıq. “Aksiyaya icazə üçün BŞİH-ə rəsmi müraciət etmisinizmi” sualına Bəxtiyar Hacıyevin cavabından bəlli oldu ki, belə müraciət etməyiblər: “Dinc yürüşümüzlə bağlı məlumat geniş şəkildə sosial şəbəkələrdə, mətbuatda yayılıb. Sərbəst toplaşmaq hər bir vətəndaşın hüququdur və bu hüquqdan istifadə etmək üçün qanunda nəzərdə tutulmuş bütün məlumatlar, yürüşün məqsədi, şüarları, tələbləri, iştirakçıları haqqında hər şey artıq yayılıb və müvafiq icra hakimiyyəti orqanının da bundan məlumatı var”.

“Qaradağ rayonu ərazisində mitinqlər üçün yer ayrıldığı bildirilir. Orada razılaşdırılmış aksiya keçirmək variantına nə deyirsiniz” sualından isə belə məlum oldu ki, təşkilatçıların sözügedən ünvanda aksiya keçirmək niyyəti yoxdur: “Bizim yürüş zamanı əsas etiraz edəcəyimiz problem Bakı şəhərinin mərkəzində müxtəlif tənqidçilərə, fəallara, jurnalistlərə qarşı basqılar, cinayətlər, bu cinayətlərin araşdırılmaması olacaq. Cinayətlər Qaradağ rayonunda baş verməyib ki, biz də ora gedib, orada etiraz edək. Biz şəhərin mərkəzində oğurlanmışıq, döyülürük, boğazımıza bıçaq dirənir, hakimiyyət vətəndaşların təhlükəsizliyini qorumaq vəzifəsini icra edə bilmir, buna görə də biz Fəvvarələr meydanından DİN qarşısına qədər dinc yürüş edərək bu problemə cəmiyyətin və hakimiyyətin diqqətini çəkməyə, etirazımızı bildirməyə çalışacağıq”.

B.Hacıyevin razılaşdırılmamış aksiyaların qarşısının alınacağı, məsuliyyətin isə təşkilatçıların üzərinə düşəcəyi barədə DİN-in xəbərdarlığına münasibəti belə oldu: “DİN-in köhnə adətidir ki, bütün gücünü dinc etiraz edən əliyalın vətəndaşlara yönəltsin. Yaxşı olardı ki, DİN razılaşdırılmamış cinayətləri araşdırsın, cinayətkarları tapsın, hüquqi məsuliyyətə cəlb etsin ki, belə aksiyalara da ehtiyac qalmasın. DİN aksiya təşkilatçılarının məsuliyyətini xatırladırsa, özünün də məsuliyyətini xatırlasın ki, bu cinayətlər açılmayana, cinayətkarlar qanun qarşısında cavab verməyənə qədər məsuliyyət DİN-in üzərində qalacaq. Biz bu problemə, polis zorakılığına etiraz olaraq dinc yürüşə çıxacağıq. Əgər Azərbaycan polisi dəyişən geosiyasi durumda Azərbaycan hakimiyyətinə ciddi təzyiqlərə əsas vermək istəyirsə, o zaman aksiyanı güc yolu ilə dağıdar, əks halda, imkan versinlər dinc şəkildə etirazımızı bildirək”.

“Bir sıra siyasi şərhçilər, həmçinin deputat Elman Nəsirov deyir ki, Ermənistandakı mitinqlərdə xarici qüvvələrin əli var. Belə bir vaxtda Azərbaycan daxilində qarışıqlıq yaratmaq istəyənlər ortaya çıxır, razılaşdırılmamış aksiyaların xaricdəki anti-Azərbaycan dairələr tərəfindən sifariş verilməsi şübhə doğurmur. Nədən məhz Ermənistanda mitinqlər keçirildiyi vaxtda sizlər də Bakıda aksiya keçirmək istəyirsiniz? Bu aksiyalarda kənar qüvvələrin marağı varmı” sualını da B.Hacıyevə ünvanladıq. Cavabında dedi ki, YAP da, YAP-ın deputatı Elman Nəsirov da köhnə adətləri üzrə ölkədə baş verən hər şeydə xarici maraq, Ermənistan izi axtarırlar: “Əgər belədirsə, o zaman məni paytaxtın mərkəzində oğurlayaraq insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qoyanlar və bu cinayəti araşdırmayanlarda, Tofiq Yaqublunu polis bölməsindən sağlam çıxarıb, naməlum şəxslərə təhvil verib, döyülmüş şəkildə naməlum yerdə buraxdıran və ”özü-özünü döyüb" deyənlərdə, Aytən Məmmədovanın boğazına bıçaq dirəyib, bu cinayəti törədənləri tapmayanlarda axtarsınlar erməni izini və xarici marağı. Biz müxtəlif kriminal, mafioz hədələrə, cinayətlərə məruz qalmışıq və buna etiraz edirik, əgər hakimiyyət ictimai-siyasi sabitliyin pozulmasını istəmirsə, bu cinayətləri törədənləri tapıb, onlarla haqq-hesab aparsın, cinayət qurbanları ilə yox".

Qeyd edək ki, təşkilatçıların adlarını çəkdikləri hadisələrlə bağlı polis dərhal araşdırmaya başlayıb, müvafiq instansiyalar hərəkətə keçib. Yəni jurnalistin hədələnməsi də daxil, baş verən hadisəyə görə cinayət işi başlanıb.

Belə görünür ki, bu kimi hadisələr bəzi dairələrin əlinə fürsət verib. Dünyanın indi əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə cəlb edilib. Bu arada isə Ermənistanda anti-Azərbaycan qüvvələr neçə vaxtdır küçələrdən çəkilmirlər. Erməni revanşistlərin Qarabağ ermənilərinə “təhlükəsiz həyat” tələb etdikləri bir vaxtda Azərbaycanda guya ictimai fəalların və siyasət adamlarının həyatına “təhlükə yaranması” adı altında küçəyə çıxmaq Qərbdəki bəzi anti-Azərbaycan və erməni revanşistlərin dəyirmanına su tökmək kimi qiymətləndirilə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru