“Ya qısa müddətdə Rusiya bir dövlət kimi sıradan çıxacaq, ya da...” - Sərdar Cəlaloğlu
Tarix: 11-03-2024, 14:00 | Çap et
Şimali Atlantika Alyansının (NATO) Rusiya-Ukrayna müharibəsinə qoşulması dünya mediasının son günlərdə əsas müzakirə predmetinə çevrilib. Xüsusilə də, Fransa Prezidenti Emmanuel Makronun NATO ölkələrinin, Avropa ölkələrinin Ukraynaya silah tədarükü ilə yanaşı, canlı qüvvə ilə də dəstək verməsinin mümkünlüyü barədə çıxışından sonra NATO-nun müharibənin rəsmi tərəfinə keçəcəyi ehtimalları artır.
Ukraynadakı müharibənin Rusiya-NATO müharibəsinə çevrilə biləcəyini istisna etməyən beynəlxalq ekspertlər hesab edirlər ki, bu, Üçüncü Dünya müharibəsinin başlaması gerçəkliyinin təsdiqi demək olacaq. Analitiklərin qənaətincə, NATO-nun Şərqi Avropada genişmiqyaslı təlimlər keçirməsi də onu göstərir ki, Alyans Rusiya ilə mümkün müharibəyə hazırlaşır.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi isə davam etməkdədir. Ukrayna cəbhəsində son həftələrdə Rusiya ordusunun müəyyən uğurları barədə məlumatlar da mövcuddur. Xüsusilə Avdeyevkanın Rusiya tərəfindən işğalı baş verdikdən sonra ruslar qələbəyə yaxın olduqlarını hesab edirlər.
Həqiqətən, Rusiya-NATO müharibəsi başlayırmı və demək olarmı ki, bəşəriyyət Üçüncü Dünya müharibəsinin astanasındadır?
AYNA-nın mövzu ilə bağlı suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb. Siyasətçi deyib ki, Birinci və İkinci Dünya müharibələrinə baxsaq, görərik ki, hər iki müharibənin bir tərəfi rus dövləti olub:
- Bu müharibələrin, bəşəriyyət üçün qanlı faciələrin həmmüəlliflərinin hər zaman biri rus dövləti olub. Bu gün də Rusiya Üçüncü Dünya müharibəsinin başlaması istiqamətində prosesləri böyük sürətlə aparır. Mən əvvəllər də demişəm, Qərb heç zaman Ukraynanın bu müharibədə məğlub olmasına imkan verməyəcək. Ukrayna Rusiyanın qarşısında durduğu müddətdə Qərb ona silahla, maliyyə ilə kömək edəcək. O zaman ki, Ukrayna Rusiyanın qarşısında canlı qüvvə ilə dayana bilməyəcək, onda NATO biləvasitə müharibəyə girəcək. Bununla bağlı NATO-da müzakirələr aparılıb. Söhbət açıq şəkildə, canlı qüvvə ilə Kiyevə dəstəkdən gedir.
- İndi dediyiniz həmin zamandırmı?
- NATO-dakı bu müzakirələr zamanı ümumi qərar verildi ki, belə bir addımı atmaq olmaz. Amma Slovakiyanın Baş naziri bildirdi ki, Ukrayna ilə ikitərəfli hərbi müqavilələr əsasında Kiyevə hərbi qüvvələr göndərməyə hazırıq. Bu bəyanatı Britaniya da səsləndirib. Həmçinin Fransa açıqladı ki, NATO tərkibində yox, birtərəfli qaydada Ukraynaya quru qoşunları göndərəcək.
Bu gün Ukraynanın Rusiyaya itkilər verdirməsinin arxasında duran Qərbin Ukraynadakı mütəxəssisləri və Qərbin texnikasıdır. Rusiya Avdeyevkanı işğal edən zaman böyük itkilərə məruz qalıb. Demək istəyirəm ki, bu itkilər Rusiyanı dayandırmayacaqsa, NATO mütləq öz qoşunlarını Ukraynaya yeridəcək. Bu gün tarixdə ilk dəfə Finlandiya və İsveçin də iştirakı ilə Rusiya sərhədində NATO təlimlər keçirdi. Və ilk dəfədir ki, bu qədər hərbçi, texnika təlimlərə cəlb edilib. Tarixdə bu qədər güclə, bu qədər miqyasla NATO təlimləri olmayıb. Aydındır ki, hərbi təlim müharibədən öncəki məşqlərdir.
- Bu təlimlərə Moskvadan sərt münasibət bildirildi, Rusiya faktiki olaraq NATO-nu təhdid etdi. Bu təhdidin nəticəsi olacaqmı?
- Heç bir nəticəsi olmayacaq. Məsələn, Rusiyadakı nüvə başlıqlarının sayı nüvə dövlətlərinin hər birindəki başlıqlardan çoxdur. Amma bütövlükdə Qərb ölkələrinin nüvə başlıqlarının sayı Rusiyanın nüvə başlıqlarının sayından üç dəfə çoxdur. Hər bir Avropa dövləti ayrılıqda Rusiyadan az hərbçi sayına malikdir, eləcə də əhaliyə malikdir. Amma ümumilikdə NATO üzvü olan ölkələrin əhalisinin sayı bir milyarddan çoxdur. Eyni zamanda, aviasiya qüvvələri, hərbi texnika sayı və s. Rusiyadan dəfələrlə çoxdur. Belə olan halda, Rusiyanın NATO ilə müharibə aparmaq potensialı yoxdur. Ona görə də Rusiyanın təhdidləri blefdən başqa bir şey deyil.
- Nüvə silahı demişkən, Moskva rəsmilərinin dilindən belə bəyanatlar səsləndirilir ki, Rusiya nüvə silahına əl ata bilər. Bu, nə qədər mümkündür?
- Bu da Rusiyanın blefindən başqa bir şey deyil. Çünki ABŞ-ın dünyadakı bütün nüvə silahlarına ciddi şəkildə nəzarət etmək imkanı var. Özü də, söhbət kosmik nəzarətdən gedir. ABŞ Rusiyanın nüvə başlıqlarını harada, nə qədər, hansı şəraitdə saxladığını dəqiq bilir. ABŞ-ın keçmiş dövlət katibi Kondalina Rays o vaxt çıxışlarının birində demişdi ki, Amerika hər il Rusiyaya üç yüz milyon dollar verir ki, nüvə başlıqlarını normal vəziyyətdə saxlasın. Çünki Rusiyanın nüvə başlıqlarını saxlamaq yerləri o qədər pis vəziyyətdədir ki, bu başlıqlar elə öz yerlərində partlaya, bəşəriyyət üçün böyük fəlakət yarada bilər.
Təsəvvür edin, ABŞ Rusiyanın nüvə başlıqlarını hansı şəraitdə saxlamasınadək hər şeyi dəqiqliklə bilir. Bu halda, Rusiya nüvə silahını necə ata biləcək?! Medvedyevin dili ilə səslənən nüvə təhdidi gülüncdür. Ümumiyyətlə, Rusiyanın “nüvə silahına əl ata bilərik” təhdidi bu dövlətin məğlubiyyətinin göstəricisidir. Bir milyon qoşunu olan, dünyanın “ikinci ən güclü ordusuna malik” bir dövlət nüvə silahı niyə atır?! Ona görə də Rusiyanın nüvə silahı atacağını bəyan etməsi qorxutmaqdan başqa bir şey deyil.
- Demək istəyirsiniz ki, Rusiya məğlubiyyətə doğru gedir?
- Əlbəttə, məğlubiyyət Rusiya üçün qaçılmazdır. Bu gün Rusiya Şimali Koreyadan, Çindən, İrandan mərmilər alır, silahlar alır. Rusiya özünün silah, mərmi istehsal etmək potensialını itirib. Xaricdən isə uzun müddət mərmi, silah ala bilməz. Bir ölkənin öz daxilində fasiləsiz silah istehsalı yoxdursa, o ölkə uzunmüddətli müharibə apara bilməz.
Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsində iki çıxış yolu var. Ya bu müharibə qısa müddətdə Üçüncü Dünya müharibəsinə çevriləcək və Rusiya dövlət kimi sıradan çıxacaq. Çünki Rusiyanın NATO-ya heç bir halda gücü çata bilməz. Ortada statistika var, silahların sayı var, hərbi güc balansı var. Bu, statistika Rusiyanın əleyhinədir. Məsələn, ABŞ-ın hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən çoxdur. Belə olan halda, Rusiya necə qalib gələ bilər. Ya da Rusiyaya təklif olunanları Moskva qəbul etməli, sülh şərtlərini yerinə yetirməlidir.
- Rusiya Kiyevdən, dolayısı ilə Qərbdən gələn şərtləri qəbul etməyəcəyini qəti şəkildə bildirir. NATO isə müharibəyə qoşulmayacağını bəyan edir. Bu halda Üçüncü Dünya müharibəsi real görünürmü?
- İndi baş verən proseslər, verilən bəyanatlar İkinci Dünya müharibəsi öncəsi ilə o qədər oxşardır ki... Baxın, 1941-ci ildə Çörçil Hitler Almaniyasına qarşı ikinci cəbhənin açılması barədə danışıqlara başlayır. Bu zaman dəfələrlə ABŞ-a gedir, müzakirələr aparır. Ruzvelt isə bildirir ki, ABŞ Hitler Almaniyasına qarşı heç bir cəbhə yaratmayacağını qəti şəkildə bəyan edir. Ondan iki il sonra, 1943-cü ildə ikinci vəbhə yarandı. İndi bu gün Fransa məsələ qaldırır ki, mütləq NATO Rusiyaya qarşı müharibəyə girməlidir. NATO isə bəyan edir ki, yox, bu addımı atmayacaq. O vaxt ABŞ da deyirdi ki, müharibəyə girməyəcək, amma iki ildən sonra girdi. NATO-da Rusiyaya qarşı müharibəyə qoşulmağın müzakirəsi dünyaya mesajdır ki, NATO məsələni gündəmində saxlayır. Əgər Rusiya Ukraynadakı “qırmızı çizgiləri” keçəcəksə, NATO mütləq tərəf kimi müharibəyə qoşulacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
|