
“Müsavat Partiyası sentyabrın 27-də qurultayını keçirməkdə israrlıdır”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.
O bildirib ki, partiya qurultayına yer ayrılması ilə üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmək fikrindədir. Onun sözlərinə görə, BŞİH-in qərarından asılı olmayaraq, partiya qurultayını keçirəcək: “Son halda qurultayımızı öz qərargahımızda keçirə bilərik”.