Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir? .....                     Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb .....                     Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq? .....                     Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb .....                     Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Bəzi mahnılar var ki, özü yazır" .....                     Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir .....                     Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın .....                     ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər .....                     "AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib .....                     İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır .....                     İrəvandan sülh açıqlaması: .....                     Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı .....                     Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... .....                     “Asan İmza” .....                     "Bolkart debet kartdan imtina edirəm..." .....                     Aİ Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır .....                     Narkoloji Mərkəzin rüşvətə görə həbs edilən vəzifəli şəxslərinin .....                     "Məqalələr yazmışam, TV verilişləri aparmışam" .....                     Kollecin direktoru işdən çıxarıldı .....                     Ukraynalı deputatdan Zelenskiyə çağırış: .....                     Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi .....                     Təbriz və Zəncanda yenidən etirazlar başladı .....                     Vardanyan susqunluq "şou"ları: .....                     “Real Ermənistan” üçün real addım gözləntisi... .....                     "Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" .....                     Ukraynada da biznesi olan deputatımız QUBADA ÖZBAŞINA QALIB... .....                     Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ... .....                     Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana… .....                     "Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." .....                     “Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!” .....                     “AMAL GROUP” yenidən qurulan Qubadlının “MAYASINA NECƏ HARAM QATIR"... .....                     Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur .....                     Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR .....                     Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb .....                     Musa Kılıç saxta diplomla çalışır? .....                     "Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb .....                     Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... .....                     Od çərşənbəsində ətrafa OD QOYMAYIN... .....                 

"Əski Müsavat irsini yaratmış adamların indi qəbirdə çevrildiklərinə heç kəsin şübhəsi olmasın"
Tarix: 29-09-2014, 08:50 | Çap et
"Əski Müsavat irsini yaratmış adamların indi qəbirdə çevrildiklərinə heç kəsin şübhəsi olmasın"
Millət vəkili Zahid Oruc Müsavat Partiyasının qurultayı və yeni seçilən başqan Arif Hacılı haqda fikirlərini bölüşüb. Deputatın sosial şəbəkədə paylaşdığı fikirlərini olduğu kimi təqdim edirik:
“Hərəkat dövründə təhsil auditoriyasından meydanlara, sonra parlamentə, nəhayətdə nazir kreslosuna yerini dəyişən bir cəbhəçi köhnəliklə-bolşevizmin kök saldığı təfəkkür sahibləri ilə savaşlarını obrazlı şəkildə belə ifadə etmişdi: ”Biz hamımız ilan kimi qabıq qoysaq da mahiyyətimiz dəyişilməz olaraq qalır”.
İnqilabın önündə gedənlərin əksəriyyəti əvvəlki partnomenklaturanı inkar etməyə çalışarkən yalnız formaca fərqli idi, məzmunca isə sonrakı tarixin və ictimai-siyasi proseslərin göstərdiyi kimi kommunistlərin ən gerilikçi, yabançı, qeyri-milli sayılanlarından da daha çox Azərbaycana ziyan vurdular.
Qaragürüh təkcə meydanlara deyil, siyasi idarəçilik sisteminə də daşındığından insanlarda belə bir fikir möhkəmlənirdi ki, Xalq Cəbhəsi ölkəni elə meydanlardan yönləndirəcək və Liviya Cəmahiriyyəsində olduğu kimi İnqilab Komitələri fəaliyyətini heç zaman dayandırmayacaq. Cəmi bir illik hakimiyyədə qalmaq, 21 illik müxalifət ömrü yaşamaq belə sübut etdi ki, Müsavat yeniləşməyə, islahatlara, dünyəvi aparıcı tendensiyaları çevik bir şəkildə nəzərə almağa qadir olmayan təşkilatdır. Müxalifətdən hakimiyyətə deyil, təqaüdə yola salınan bu adamlar İsa Qəmbərin növbəti layihəsinin qurbani oldular. O salona toplaşanların hamısı bir adamın iradəsindən asılı qaldı.
Gerçəklikdən qopmuş qurultay belə təsəvvür yaradırdı ki, adamlar təzədən 1992-ci ilə qayıdıblar. Müstəqilliyin qorunmasındakı rollarından danışanda, iki “mücahidin” qurban getdiyini dinləyəndə vaxtilə partiyalar üzrə bölünən şəhidlərimizi xatırladım. Hər təşkilat kürəyinin arxasında qoyub gəldiyi cəsədlərlə öyünürdü və belə təsəvvür yaranırdı ki, xalq diri halında deyil, cansız vəziyyətində onu təmsil edən partiyaların işinə daha çox yarayır. Yəqin ötən illər ərzində Azərbaycanın dünya birliyində möhkəmlənən yeri,neft-qaz savaşındakı uğuru, səngərdə hər gün can savaşı verən Azərbaycan əskərinin rəşadəti də bu partiyanın aktivinə yazılacaq hadisələrdir. Əsrin ironiyasıdır, deyilmi!
İqtidardan fərqini qabardan bir siyasi qurumun rəhbəri 22 iilk əvəzsizliyini, keçmişdə qazandığı alternativsiz birinciliyini başqa necə əsaslandırsın ki?1993-cü ildə doğulan körpələr indi ata olublar, bunlar isə bir partiyanın kürəyi üzərində qurduqları gələcək şahmat rokirovkalarını mühüm nailiyyət və qeyri-adi demokratik islahatlar kimi təqdim edirlər. Məgər Arif Hacılı bu illər ərzində hətta ən buludlu havada belə kölgə, yaxud iki ayrı cisimdə gəzən klonlaşmış ruh olmayıb ki?
Yəqin onlar bunu tərif hesab edir və monolitlik nümunəsi sayırlar.Lakin üzərində bir illik hakimiyyətin bütün faciələrini-səriştəsizlikdən siyasi avanütaraya qədər keyfiyyətlərin hamısını daşıyan şəxsin təşkilati müavinliklə başqanlıq vəzifəsi mahiyyətcə bir-birindən heç nəylə fərqlənmir. Çünki özünü baron Mülnhauzen adlandırsan, yaxud Napoleonun taxt-tacına iddiada göstərsən belə nəticədə sənin dubl rolunda oynadığını pərdələmək mümkün deyil. 538 nəfər qarşısında nümayiş edilən tamaşanın təntənəli təqdimatı, canlı yayımla translyasiyası və aşkarlıq şəraitində düzənlənən səssayımı da pərdənin arxasındakı Vahid Əli gizlədə bilmir. Başqaları lider adı ilə pərdələnib siyasi mülkiyyətə çevirdikləri qurumu kənardan idarə edirdilərsə, bu dəfə daha eybəcər və hibrid bir yerdəyişmənin şahidi olduq. Sən demə Müsavat partiyasının təzə başqanı köhnə İsa Qəmbərin prezidenliyi uğrunda mübarizəyə bu təşkilatı səfərbər etmək üçün seçilibmiş. Ötən əsrin əvvələrində əski Müsavat irsini yaratmış adamların indi qəbirdə çevrildiklərinə heç kəsin şübhəsi olmasın.Yəqin, əvvəlki 6 başqan ondan ötrü vuruşublar ki, Cümhuriyyətimizin sabahına iddia edən şəxs 7-ci müqəddəs yeri özünün ruh ekizinə təqdim eləyə bilsin. Rəsulzadənin portreti ilə yanaşı qoyub öyün yeni liderinizi və cəmi 100 ilə getdikcə balacalaşıb tarixin səhnəsindən necə çıxdığınızın fərqində olmayın.
Ancaq titullu salonlar uğrunda dava apararkən niyə çox sadə bir dillə söyləmirdiniz ki,Seçkilər üzrə Qərərgah yaratmaq fikrindəsiz və teatral səhnələşdilimiş oyunun da adı “Keçmişin Gələcək üzrərində qələbəsi”dir. Məgər birinci adama ayrı bir ad tapa bilmirdiniz?
Miqyasca nə qədər fərqli olsa da Putinin Medvedyevi öz yerinə prezident təyin etməsinə qarşı çıxanların zehniyyəti indi özlərinə qarşı çevrilir. Bəs deyirdiniz ki, yalnız avtoritar rejimlər özlərinin əbədiliklərini təmin etmək üçün hər cür kombinasiyalara getməyə hazırdılar ki, xalqı aldatsınlar və milli sərvətləri əldə saxlasınlar. Sizin ki, bölüşdürcəyiniz bir kapital yoxdur, elə isə niyə həqiqi demokrat ola bilmirsiniz? Əlbəttə, bir pariyanın içində də diktatura qoyub özünü Qəzzafiyə bənzətmək olar, lakin bədəvi ərəblərin liderinin heç olmasa, dünyəvi xarizması vardı və onu cismən öldürsələr də ruhu Liviya çöllərində hələ yaşayır. Bəs sizin nəyiniz var?
Yoxsa Nizamnamə fondu təkcə İsa bəyin cibindən formalaşn bir təşkilatın Himayəçilər Şurasına və ya örtülü ödənəklərinə hələ ki,bərabər miqyasda para yatıracaq oğullar hələ ortaya çıxmayıblar?!Bu təsisçiləri bir neçə şəxs olan banklardan da miskin bir kökdə olan bizim siyasi klubların son dərəcə bərbad və bir əldən asılılığını göstərən ən mühüm fakt deyilmi? Sonra da deyirsiniz ki. Romada qulların savaşı sadəcə kralları əyləndirmək və kütləni ehtizaza gətirmək üçün qurulmuş tamaşa idi.Məgər indi balaca qəsrlərdən guya xalq içinə çıxmağa çağrılan Müsavat keçmiş qladiator döyüşlərindən çox fərqlənir?Nəticəni qazananlara baxanda bunun əksini görmək mümkün deyil,axı!
Hesabı ödəyən musiqini də sifarriş edir! Ortada olanlar heç kəsi çaşdırmasın. Sorbonnalı yetirmələrin,orta reytinqli Avropa universitetlərini bitirmiş nəslin,yaradıcı enerjiyə və intellektual dünyagörüşə əsaslanan bir sinfin üz tutmadığı təşkilat gəncliyə cəmi 19 səs verməliydi.Donor qandan və vaxtilə çiyinlərinə çıxdıqları tələbə hərəkatından məhrum olanlar yaşdan daha çox təfəkkürcə qocalıbar. Zaman onlardan yan keçib. Nəhəng siyasi dəyişmələr belə qapalı strukurların “qış yuxusu”na toxunmayıb.Artıq özünü inqilab qatarının altına atmağa hazır olan fədailər də yoxdur. Bilirsinizmi niyə?Çünki o vaxt ürəklə meydana çıxıb canını bunlara qurban edənlər indi qəbirlərdə uyururlar.”Ölülər isə yalnız cümə günləri səs verirlər”!
Siyasi rəqabət nöqteyi-nəzərindən hakimiyyətin bir təşkliatı informasiya məkanında vurmasına qoruyucu zirehlə cavab verməyə çalışanlar heç olmasa Qubad bəyin sərhədlərimizdən bir az kənara çıxan sifətindən yararlana bilərdilər.Lakin 200-ün üstünə çıxan zehniyyyət buna haqq tanımır.Çünki təbiətdə də belədir:bir çox əyriləri düzəltməyə çalışanda onlar sadəcə qırılırlar..O havada-siyasi romantizmlə əyalətçiliyin hökm sürdüyü məkanlarda başqa qalib ola bilməzdi.İqtisadi-liberal dairələrin içərisində yer almaq,Qərb institutları ilə yaxşı maddi münasibətlər qurmaq başqanlığa deyil,yalnız namizədliyə yarayır.Yəqin,Qubad İbadoğlu İsa Qəmbərin gələcək namizədliyinə deyil,öz gerçək siyasi planlarına aludə olacaqdı. Sovetlər birliyinin 27-ci qurultayı da eyni coşqu və eyforiyalara səhnə olmuşdu,lakin üstündən cəmi bir neçə ay keçəndən sonra 350 milyonluq ordudan bir əskər belə qalmadı.
Qurultay bitdi,lakin əvvəlki məhrumiyyətlər-ənənəvi mübarizə üslubu, təkbaşına idarəçilik,”geriyə gedən yolla,irəli” şüarı altında fəaliyyət davam edir. Hakimiyyətin ssenarisini qalib gəlmiş saya bilərsiniz.Yeni rəhbərin-köhnə hərəkatçının tərcümeyi-halına nə qədər dəbdəbəli sətirlər yazılsa da o,üzərində daşıdığı bütün ittihamları “yeni başqan”ın əyləşəcəyi kreslyoa köçürmüş olur.O da həmin gerçək stulu ona versələr!
Cəmi iki gün sonra həyatın qoyduğu suallara Müsavat belə cavab verəcək:onlar Azərbaycan adına qurduqları platformanı öz kiçik relslərinə və parovozlara uyğunlaşdırmağa çalışacaqlar.Necə deyələr, bədənin nə qədər böyüməsi o qədər önəmli deyil:əsas dəyişməyən libasdır!
Lenin sizin qurultaya məktub yazsa,bilirsizm nə deyərdi?Proletar inqilabının banisi sizə üzünü tutaraq söyləyərdi ki,bəli tarix təkrar olunur,bu doğrudur.Lakin əvvəlcə faciə,sonra isə komediya şəklində!
\\ editor.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir?
Bu gün, 12:39
Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb - FOTO, VİDEO
Bu gün, 12:36
Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq? - GƏLİŞMƏ
Bu gün, 12:33
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 12:28
Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı - DETALLAR
Bu gün, 12:23
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:18
"Bəzi mahnılar var ki, özü yazır"
Bu gün, 12:13
Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir – “Üzv olmaq mənim də istəyimdir”
Bu gün, 12:11
Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın ŞOK SƏS YAZILARI
Bu gün, 12:09
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Bu gün, 12:02
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Bu gün, 12:01
İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır - AKTUAL
Bu gün, 11:59
İrəvandan sülh açıqlaması: - “Yaxın günlərdə çox maraqlı hadisə ola bilər”
Bu gün, 11:54
Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 11:51
Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... - İLGİNC...
Bu gün, 11:46
“Asan İmza” niyə İŞLƏMİR?
Bu gün, 11:36
"Bolkart debet kartdan imtina edirəm..." - vətəndaş BOĞAZA YIĞILDI
Bu gün, 11:23
Aİ Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır - Kiyev rusun qarşısında ƏLİYALIN QALIR...
Bu gün, 11:20
Narkoloji Mərkəzin rüşvətə görə həbs edilən vəzifəli şəxslərinin məhkəməsi keçirilib
Bu gün, 11:16
"Məqalələr yazmışam, TV verilişləri aparmışam" - Nura Suri iradlara cavab verdi
Bu gün, 11:13
Kollecin direktoru işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 11:11
Ukraynalı deputatdan Zelenskiyə çağırış: - "Trampdan üzr istə!"
Bu gün, 11:07
Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi
Bu gün, 11:05
Təbriz və Zəncanda yenidən etirazlar başladı
Bu gün, 11:03
Vardanyan susqunluq "şou"ları: - Ağaları ona uğursuz məsləhətlər verirlər
Bu gün, 10:52
“Real Ermənistan” üçün real addım gözləntisi... - “Acı məğlubiyyəti unutmayıblar”
Bu gün, 10:50
"Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" - ETİRAZ VAR...
Bu gün, 10:38
Ukraynada da biznesi olan deputatımız QUBADA ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 10:25
Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ... - ARAŞDIRMA
Bu gün, 10:19
Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana… - KİV
Bu gün, 10:12
"Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
Bu gün, 10:08
“Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!” - REAKSİYA
Bu gün, 10:00
“AMAL GROUP” yenidən qurulan Qubadlının “MAYASINA NECƏ HARAM QATIR"... - İLGİNC FAKTLAR...
Bu gün, 09:59
Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur - ETİRAZ
Bu gün, 09:54
Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 09:47
Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb - FOTO
Bu gün, 09:43
Musa Kılıç saxta diplomla çalışır? - BU DA FAKT!
Bu gün, 09:38
"Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb - DETALLAR
Bu gün, 09:36
Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... - İTTİHAM VAR...
Bu gün, 09:28
Od çərşənbəsində ətrafa OD QOYMAYIN... - FHN UYARDI...
Bu gün, 09:25
«Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... - NARAZILIQ VAR...
Bu gün, 09:20
Sənayeləşdirmə Evtikmə İstehsalat Birliyinin 136 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:14
Ödənişli əmək məzuniyyəti... - Ekspert danışır...
Bu gün, 09:12
6 aydır buralar başçısız qalıb... AMMA... - İLGİNC İDDİA
Bu gün, 09:06
“Kontakt Home”dan TOTAL NARAZILIQ... - əksər müştəriləri düşünür ki...
Bu gün, 09:04
Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri... - NƏ ETMƏLİ?
Bu gün, 09:00
`AAAF Park` tikilindən bu problem var - GİLEY
Bu gün, 08:57
Ukrayna Prezidenti Zalujnını yeni vəzifəyə təyin edib
Bu gün, 08:50
Həm ödəniş etməli, həm də ac qalmalı... - AXI NİYƏ?..
Bu gün, 08:49
Bölgəmizdə hər hansı hərbi əməliyyatlar gözlənilmir - ÇÜNKİ...
Bu gün, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru