“Rusiyanın bir nömrəli dostu mən olacam” - Sərdar Cəlaloğlu
Tarix: 30-09-2014, 10:50 | Çap et
 ADP sədri Sərdar Cəlaloğlu Moderator.az və “Hürriyyət” qəzetinə açıqlamasında rus politoloqu Pavel Klaçkovun onun barəsində səsləndirdiyi fikirlərə etirazını bildirdi. Rus xalqına düşmən olmadığını bildirən S.Cəlaloğlu rus imperializminə qarşı düşmən olduğunu vurğulayıb: “Biz Rusiyanın düşməni deyilik. Biz Rusiyada Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik siyasətinə tərəfdar olan şəxslərin düşməniyik. O qüvvələrin ki, onlar bizim ərazilərimizi işğal ediblər, ilhaq ediblər, 200 il Azərbaycan xalqını əsarətdə saxlayıblar. Xalqın milli-tarixi sərvətlərini talan ediblər. Onların bu gün də Azərbaycan torpaqlarında gözü var. Onlar Azərbaycanın müstəqilliyi, suverenliyi ilə barışa bilmirlər. Onlar Azərbaycan üçün təhdid təşkil edirlər. Biz belə bir fəlsəfənin, düşüncənin düşməniyik. Vaxtiylə eyni vəziyyətlə Məmməd Əmin Rəsulzadə də üzləşmişdi. O, deyirdi ki, bizim Azərbaycanı müstəqil dövlət elan etməyimizi bir çoxları rus xalqına qarşı düşmənçilik kimi başa düşür. Onlar bir şeyi bilsinlər ki, biz rus xalqına yox, öz xalqını əsarətdə saxlayan rus imperiyasına qarşı düşmənik”. S.Cəlaloğlunun bildirdiyinə görə, onun düşmən olduğu qüvvələr rus xalqının özünü də inkişafdan saxlamaqda, beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmaqdadır: “Rusiya demokratikləşəndən sonra onun bir nömrəli dostu mən olacam” “Bu gün bizim düşmənçiliyimiz rus xalqının özünü də inkişafdan saxlayan, onun dünyadakı nüfuzuna zərbə vuran, rus xalqına qarşı dünya xalqlarını düşmənə çevirən qüvvələrin siyasətinədir. Hesab edirəm ki, Rusiya demokratikləşəndən sonra onun bir nömrəli dostu çox güman ki, mən olacam. Həm strateji, həm coğrafi, həm də tarixi nöqteyi-nəzərdən Rusiya bizə çox yaxındır. Ancaq bu gün bizim aramızda siyasi uzaqlıq var. Biz demokratiya istəyirik. Rusiya isə imperiyanı bərpa etməyə çalışan qüvvələrin əlindədir. Təbii ki, biz belə siyasətə, belə qüvvələrə qarşı düşmənik”. “Dağıstan Azərbaycana qaytarılmalıdır” S.Cəlaloğlu Klaçkovun açıqlamasında yer alan digər fikirlərə də etirazını bildirdi: “Rus politoloqu öz açıqlamasında yanlış olaraq bildirir ki, guya mən Rusiyaya hücum etməyi təklif etmişəm. Ruslar Qusar ərazisinin Dağıstana birləşdirilməsi şüarı qaldırılanda mən bildirdim ki, Dağıstan bütünlükdə Azərbaycanın tarixi ərazisidir. Dağıstan Dərbənd xanlığının timsalında bizim xanlıqlardan biri olub. Buna görə də ruslar əslində həmin əraziləri bizə qaytarmalıdır. Bütün Dağıstan Azərbaycanın tarixi torpaqlarıdır”. S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycanın tarixi torpaqların önəmli bir qismini zəbt edən Rusiya bu gün də bəzi ərazilərimizi öz tərkibinə daxil etməyə çalışır: “Ruslar uzun illər Dağıstanı ilhaq edərək üzərində oturub, bu əraziyə özünün dədə-baba torpağı kimi baxır. Bu azmış kimi orada yaşayanları da müəyyən addımlara təhrik edir, Azərbaycandan Qusar və s. əraziləri qoparmağa çalışır. Mən bununla bağlı bildirmişəm ki, ruslar Dağıstanı Azərbaycana qaytarmalıdır. Bu gün də o fikirdəyəm ki, Dağıstanın ruslara heç bir aidiyyatı yoxdur. Uzun illərdir ki, Dağıstan Rusiyanın qanunları ilə idarə olunmur. Orada rus hökumətinə qarşı çox ciddi silahlı müqavimət var. Şeyx Şamilin 25 illik mübarizəsi də sübut edir ki, Dağıstanda yaşayan insanlar özlərini Rusiya ilə deyil, Azərbaycanla bir yerdə görürlər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı - DETALLAR
Bu gün, 12:23 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:18 |
|
|
|
• "Bəzi mahnılar var ki, özü yazır"
Bu gün, 12:13 |
|
|
|
• Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir – “Üzv olmaq mənim də istəyimdir”
Bu gün, 12:11 |
|
|
|
• Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın ŞOK SƏS YAZILARI
Bu gün, 12:09 |
|
|
|
• ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Bu gün, 12:02 |
|
|
|
• "AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Bu gün, 12:01 |
|
|
|
• İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır - AKTUAL
Bu gün, 11:59 |
|
|
|
• İrəvandan sülh açıqlaması: - “Yaxın günlərdə çox maraqlı hadisə ola bilər”
Bu gün, 11:54 |
|
|
|
• Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 11:51 |
|
|
|
• Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... - İLGİNC...
Bu gün, 11:46 |
|
|
|
• “Asan İmza” niyə İŞLƏMİR?
Bu gün, 11:36 |
|
|
|
• "Bolkart debet kartdan imtina edirəm..." - vətəndaş BOĞAZA YIĞILDI
Bu gün, 11:23 |
|
|
|
• Aİ Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır - Kiyev rusun qarşısında ƏLİYALIN QALIR...
Bu gün, 11:20 |
|
|
|
• Narkoloji Mərkəzin rüşvətə görə həbs edilən vəzifəli şəxslərinin məhkəməsi keçirilib
Bu gün, 11:16 |
|
|
|
• "Məqalələr yazmışam, TV verilişləri aparmışam" - Nura Suri iradlara cavab verdi
Bu gün, 11:13 |
|
|
|
• Kollecin direktoru işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 11:11 |
|
|
|
• Ukraynalı deputatdan Zelenskiyə çağırış: - "Trampdan üzr istə!"
Bu gün, 11:07 |
|
|
|
• Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi
Bu gün, 11:05 |
|
|
|
• Təbriz və Zəncanda yenidən etirazlar başladı
Bu gün, 11:03 |
|
|
|
• Vardanyan susqunluq "şou"ları: - Ağaları ona uğursuz məsləhətlər verirlər
Bu gün, 10:52 |
|
|
|
• “Real Ermənistan” üçün real addım gözləntisi... - “Acı məğlubiyyəti unutmayıblar”
Bu gün, 10:50 |
|
|
|
• "Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" - ETİRAZ VAR...
Bu gün, 10:38 |
|
|
|
• Ukraynada da biznesi olan deputatımız QUBADA ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 10:25 |
|
|
|
• Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ... - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana… - KİV
Bu gün, 10:12 |
|
|
|
• "Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
Bu gün, 10:08 |
|
|
|
• “Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!” - REAKSİYA
Bu gün, 10:00 |
|
|
|
• “AMAL GROUP” yenidən qurulan Qubadlının “MAYASINA NECƏ HARAM QATIR"... - İLGİNC FAKTLAR...
Bu gün, 09:59 |
|
|
|
• Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur - ETİRAZ
Bu gün, 09:54 |
|
|
|
• Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 09:47 |
|
|
|
• Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb - FOTO
Bu gün, 09:43 |
|
|
|
• Musa Kılıç saxta diplomla çalışır? - BU DA FAKT!
Bu gün, 09:38 |
|
|
|
• "Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb - DETALLAR
Bu gün, 09:36 |
|
|
|
• Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... - İTTİHAM VAR...
Bu gün, 09:28 |
|
|
|
• Od çərşənbəsində ətrafa OD QOYMAYIN... - FHN UYARDI...
Bu gün, 09:25 |
|
|
|
• «Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... - NARAZILIQ VAR...
Bu gün, 09:20 |
|
|
|
• Sənayeləşdirmə Evtikmə İstehsalat Birliyinin 136 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:14 |
|
|
|
• Ödənişli əmək məzuniyyəti... - Ekspert danışır...
Bu gün, 09:12 |
|
|
|
• 6 aydır buralar başçısız qalıb... AMMA... - İLGİNC İDDİA
Bu gün, 09:06 |
|
|
|
• “Kontakt Home”dan TOTAL NARAZILIQ... - əksər müştəriləri düşünür ki...
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri... - NƏ ETMƏLİ?
Bu gün, 09:00 |
|
|
|
• `AAAF Park` tikilindən bu problem var - GİLEY
Bu gün, 08:57 |
|
|
|
• Ukrayna Prezidenti Zalujnını yeni vəzifəyə təyin edib
Bu gün, 08:50 |
|
|
|
• Həm ödəniş etməli, həm də ac qalmalı... - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Bölgəmizdə hər hansı hərbi əməliyyatlar gözlənilmir - ÇÜNKİ...
Bu gün, 08:40 |
|
|
|
• Zaqatalada qanunsuz ağac budaması: Akif Məmmədov saxta rəy verib - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur - GƏLİŞMƏ
Bu gün, 08:30 |
|
|
|
• Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur -ŞƏRH
Bu gün, 07:30 |
|
|
|
• Azərbaycanda qurban kəsmək qadağan edilə bilər? – Şok səbəb
Bu gün, 07:29 |
|
|
|
|