Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR .....                     Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb .....                     Musa Kılıç saxta diplomla çalışır? .....                     "Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb .....                     Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... .....                     Od çərşənbəsində ətrafa OD QOYMAYIN... .....                     «Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... .....                     Sənayeləşdirmə Evtikmə İstehsalat Birliyinin 136 min manatdan çox .....                     Ödənişli əmək məzuniyyəti... .....                     6 aydır buralar başçısız qalıb... AMMA... .....                     “Kontakt Home”dan TOTAL NARAZILIQ... .....                     Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri... .....                     `AAAF Park` tikilindən bu problem var .....                     Ukrayna Prezidenti Zalujnını yeni vəzifəyə təyin edib .....                     Həm ödəniş etməli, həm də ac qalmalı... .....                     Bölgəmizdə hər hansı hərbi əməliyyatlar gözlənilmir .....                     Zaqatalada qanunsuz ağac budaması: Akif Məmmədov saxta rəy verib .....                     Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur .....                     Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur .....                     Azərbaycanda qurban kəsmək qadağan edilə bilər? .....                     Tramp Rusiyaya böyük sürpriz hazırlayır .....                     Xəstə, yaşlı məhkumlar vaxtından tez əfv edilsə yaxşıdır .....                     Sərkisyan və Paşinyanı birləşdirən hadisə .....                     Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırdı .....                     Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi .....                     Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? .....                     "Mən yaşıla vurğunam..." .....                     "Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" .....                     Sabiq deputat nazirin geyiminə "ilişdi" .....                     Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir .....                     İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi .....                     Bu gün od çərşənbəsidir .....                     Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” .....                     Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! .....                     "Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi" .....                     Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi .....                     Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər .....                     Səs yazısı yayılan direktor işdən çıxarıldı .....                     İrəliləyiş olmayacaq: .....                     Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu .....                 

Tural Abbaslı və Ellada Məmmədlidən Müsavat rəhbərliyinə sərt mesajlar... - “Müsavatçıları söyənləri vəzifə ilə mükafatlandırırlar”
Tarix: 21-10-2014, 12:54 | Çap et
 Tural Abbaslı və Ellada Məmmədlidən Müsavat rəhbərliyinə sərt mesajlar...
Müsavatda başqanlıq seçkilərindən sonra narazılıq və polemikalar səngimək bilmir. Hər keçən günü yeni iddialar meydana çıxır. Əsas narazılıq isə hazırkı başqan Arif Hacılı və başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarları arasında gedir. Başqanlığa gənclərin namizədi olmuş Tural Abbaslı və onun gənc komandası bu proseslərdə susqun görünür.

Tural Abbaslı musavat.com-a açıqlamasında özünün və tərəfdarlarının proseslərdə susqun görünməsinə belə aydınlıq gətirdi: “Qurultaydan keçən 20 gün ərzində hələ də problemlərin qaldığı doğrudur. Bunlar partiya üzvlərinin sosial şəbəkələr və mətbuatda səsləndirdikləri fikirlərdə daha aydın görünür. Hər keçən gün gərginlik daha aydın şəkildə görünür. Seçkidən qabaq belə fikir var idi ki, seçkiqabağı yaranan emosional hisslərdir. Təəssüf edirik ki, 20 gündür baş verənlər səngimir. Alovlana-alovlana gedir. İstefalar olanda mən bunun qarşısının qısa zamanda alınmasını qeyd etmişdim. Bu fikirlərimizi partiya rəhbərliyinin nəzərə almadığı ortadadır. Çalışmalıyıq ki, hər bir üzvümüzü qoruyaq. Qarşıdan parlament seçkiləri gəlir. Biz buna hazır olmalıyıq. İndiki partiya rəhbərliyi bu məsuliyyəti dərk etməlidir. Biz susqun deyilik. Problemləri hamıdan gözəl bilirik. Ən çox səs toplamış namizədlərin tərəfdarları arasında “soyuq müharibə” gedir. Təəssüf ki, bu reallıqdır. Biz bu məsələnin həllinə çalışırıq. Sosial şəbəkələrdə və mətbuatda yox, partiya daxilində. Bu baxımdan mövqeyimiz susqun görünə bilər. Amma qətiyyən belə deyil. Biz narazı tərəflərlə, istefa verənlərlə görüşmüşük. İstefa qərarının yanlış olduğunu bildirmişik. Partiya daxilində görüşlər keçiririk. Çıxış yolları axtarırıq. Bunlar bizim borcumuzdur. Amma təkcə bizlər yox, partiya rəhbərliyi bu məsələdə daha aktiv olmalıdır. Narazı qüvvələrlə görüşlər keçirməli, onları gələcəyə inandırmalıdır. Seçkidən sonra artıq “mənim tərəfim” anlayışı qalmır. Müsavat başqanı bütün partiyanın başqanıdır. Bütün partiyanı qucaqlamağı bacarmalıdır. Güman edirəm ki, Arif bəy lazımı addımları atacaq. Müsavat 100 ildir öz mövcudluğunu qoruyur. Təbii ki, istəyirik daha güclü Müsavat olsun”.

Tural Abbaslı Müsavat Məclisinə düşə bilməməsi ilə bağlı bunları dedi: “Mən və tərəfdarlarım obyektiv və subyektiv səbəblərdən Məclisə düşmədik. Bu məsələni texniki anlaşılmazlıqla izah etməyə çalışırlar. Biz heç kəsə bununla bağlı etiraz bildirmirik. Seçkinin nəticəsini tanıyırıq. Amma düşünmək lazımdır ki, Müsavat rəhbərliyində partiyanı irəli aparmaq gücündə olan şəxslər təmsil olunmalıdır. Buna şərait yaradılmalıdır. Artıq “mənim tərəfim”, yaxud “mənim əks tərəfim” anlayışları ilə seçkilər keçirilməməlidir”.

Başqanlığa keçmiş namizəd oktyabrın 25-də keçiriləcək Məclisə seçkilərdə boykot ehtimalının ola biləcəyini də qeyd etdi: “Bu ayın 25-də keçiriləcək seçkilərdə iştirakla bağlı qəti qərar verməmişik. Boykot ehtimalı var. Çünki artıq insanlar seçkidən-seçkiyə narazı qalırlar. Mənəvi zədə alırlar. Bunu haqsızlıq hesab edirlər. İnsanları namizədliyini verməyə məcbur etmək də olmur. Çalışacağıq qərara gələk. 25-də Müsavat Divanında 10 yerə seçkilər keçiriləcək. Bunları yanlış hesab edirəm. Məclisdə də dedim. Partiyanın bir orqanı formalaşmadan digərinə seçkilərin keçirilməsi tamamilə yanlışdır. İnsanları fakt qarşısında qoymaq olmaz. Elə müsavatçılar var ki, Məclisə belə düşməyiblər. Amma Divanda təmsil olunmağa layiqdirlər. Son seçkilərdə 6 nəfərin Məclisə düşməyi Divan seçkilərinə bir işarədir. Güman edirəm ki, belə seçkilər davam edərsə, vəziyyət gərginləşəcək. Divana seçkilər olsa, partiyada vəziyyət heç də xoş olmayacaq. Məclisə əgər namizəd olub seçilsək, namizədliyimizi Divana verəcəyik. Mən yenə qeyd edirəm ki, Müsavatın sıravi üzvü olmaq belə mənə fəxrdir. İndiyə qədər partiyanın güclənməsi üçün etdiklərimizin artığını etmək bizim üçün daha fəxrdir. Əgər müsavatçılar bizi layiq görsələr, Müsavatın varlığını qoruması üçün yox, hakim partiya olması üçün çalışacağıq. Vəziyyətin bu yerə çatması hazırki başqanın mövqeyindən asılıdır. “Mən düz deyirəm, qarşı tərəf səhvdir” anlayışı indiki situasiya uyğun deyil. Hamı düşünməlidir ki, partiya hamımızındır. Bu, 4 illiyə hesablanmış partiya deyil. Hərə üzərinə düşəni dərk etməlidir. Dərk etmək də şərt deyil. Uğurlu addımlar atılmalıdır”.

Seçkilərdə Qubad İbadoğlunun tərəfdarlarından olmuş, Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli baş verənlərlə bağlı daha kəskin danışdı: “Seçkidən bir müddət keçməsinə baxmayaraq, hələ də pozuntularla bağlı şikayətlərə baxılmayıb. Vaxtında şikayətləri təqdim etdikdə müxtəlif bəhanələr gətirərək, onu bizdən qəbul etməmişdilər. Şikayət e-mail poçtla göndərildikdən sonra video çarxı bəhanə edirlər. Bu da şikayətlərə obyektiv baxılmasını şübhə altına alır. Verəcəkləri cavab hər şeyi müəyyənləşdirəcəkdir”.

Ellada Məmmədli kimin seçilməsindən asılı olmayaraq, Qadınlar Təşkilatı olaraq sona qədər fəaliyyət göstərəcəklərini söylədi: “Müsavat Qadınlar Birliyi Şura tərəfindən təsdiq olunmuş fəaliyyət proqramı əsasında öz işini davam etdirəcəkdir. Qurultaydan öncə Şuramızın qərarı var. Kimin seçilməsindən asılı olmayaraq, bu qurum öz fəaliyyətini davam etdirəcəkdir. Sıralarımızı genişləndirməklə”.

Müsavatçı qadınların sədri indiyə qədər yeni başqanın gördüyü işlərin qənaətbəxş olmadığından söz açdı: “Yeni rəhbərlik narazı tərəflə eyni masa arxasında problemləri həll etməlidir. Sözdə qucaq açmaq, əməldə geri çəkilmək düz deyil. Görülən işlər məni qane etmir. Gizli qrupun iştirakçıları müsavatçıları təhqir etmələrinə baxmayaraq, vəzifə ilə mükafatlandırıldılar. Belə çıxır ki, opponentlərin tərəfdarlarını kim möhkəm söysə, vəzifə alacaqlar. Gedənlərin qarşısını almaq əvəzinə onlara xəyanətkar damğası vurmaq düzgün deyil. Bu ifadə yüksək məsuliyyət tələb edir. Xəyanətlər isbat olunmalıdır”.
\\ musavat.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 09:47
Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb - FOTO
Bu gün, 09:43
Musa Kılıç saxta diplomla çalışır? - BU DA FAKT!
Bu gün, 09:38
"Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb - DETALLAR
Bu gün, 09:36
Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... - İTTİHAM VAR...
Bu gün, 09:28
Od çərşənbəsində ətrafa OD QOYMAYIN... - FHN UYARDI...
Bu gün, 09:25
«Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... - NARAZILIQ VAR...
Bu gün, 09:20
Sənayeləşdirmə Evtikmə İstehsalat Birliyinin 136 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:14
Ödənişli əmək məzuniyyəti... - Ekspert danışır...
Bu gün, 09:12
6 aydır buralar başçısız qalıb... AMMA... - İLGİNC İDDİA
Bu gün, 09:06
“Kontakt Home”dan TOTAL NARAZILIQ... - əksər müştəriləri düşünür ki...
Bu gün, 09:04
Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri... - NƏ ETMƏLİ?
Bu gün, 09:00
`AAAF Park` tikilindən bu problem var - GİLEY
Bu gün, 08:57
Ukrayna Prezidenti Zalujnını yeni vəzifəyə təyin edib
Bu gün, 08:50
Həm ödəniş etməli, həm də ac qalmalı... - AXI NİYƏ?..
Bu gün, 08:49
Bölgəmizdə hər hansı hərbi əməliyyatlar gözlənilmir - ÇÜNKİ...
Bu gün, 08:40
Zaqatalada qanunsuz ağac budaması: Akif Məmmədov saxta rəy verib - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur - GƏLİŞMƏ
Bu gün, 08:30
Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur -ŞƏRH
Bu gün, 07:30
Azərbaycanda qurban kəsmək qadağan edilə bilər? – Şok səbəb
Bu gün, 07:29
Tramp Rusiyaya böyük sürpriz hazırlayır - Röyters
Bu gün, 07:24
Xəstə, yaşlı məhkumlar vaxtından tez əfv edilsə yaxşıdır - Novella Cəfəroğlu
Bu gün, 07:22
Sərkisyan və Paşinyanı birləşdirən hadisə - O gizli sənədlər ortaya çıxarsa...
Bu gün, 07:20
Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırdı - “Bloomberg”
Bu gün, 07:17
Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi - AÇIQLAMA
Bu gün, 00:57
Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? - ARAŞDIRMA
Bu gün, 00:54
"Mən yaşıla vurğunam..." - FOTO
Bu gün, 00:50
"Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" - Starmer
Bu gün, 00:33
Sabiq deputat nazirin geyiminə "ilişdi" - "Ayıbdır…"
Bu gün, 00:31
Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir - KİV
Bu gün, 00:23
İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi - İLGİNC
Bu gün, 00:22
Bu gün od çərşənbəsidir
Bu gün, 00:10
Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” - FAKT BUDUR!
Bu gün, 00:04
Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Bu gün, 00:00
"Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi"
Dünən, 23:58
Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi – Sui-qəsd olacaq?
Dünən, 23:56
Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər – General
Dünən, 21:22
Səs yazısı yayılan direktor işdən çıxarıldı - rəsmi
Dünən, 21:18
İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Dünən, 19:02
Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Dünən, 19:00
Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Dünən, 18:58
Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Dünən, 18:20
Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Dünən, 18:17
Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Dünən, 18:11
Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Dünən, 18:07
Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Dünən, 18:01
Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Dünən, 17:58
Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Dünən, 17:56
Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Dünən, 17:49
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru