Azərbaycan müxalifətində savaşa hazır olan gizli qruplar
Tarix: 24-10-2014, 10:40 | Çap et
 Azərbaycanda keçirilən son prezident seçkilərində məğlubiyyət sözün əsl mənasında müxalifətin tənəzzül dövrünün başlanğıcı olmaqla yanaşı, özlərini "demokratiya təəssübkeşi" adlandıran “ana müxalifətin” əsl simasını ortaya qoymuş oldu.
Tənəzzülün ilk simptomları özünü təmtəraqla, hay-küylə yaradılan, “bu dəfə bizim qarşımızda heç kim dayana bilməyəcək” kimi iddialı bəyanatlarla gündəmə gələn Milli Şurada büruzə verdi. Belə desək, Milli Şurada qaçhaqaç, qovhaqov başladı. Milli Şuranın iclasları artıq istefalar, qalmaqallar məkanına çevrildi. Müsavat Partiyasının Milli Şuradan istefası isə hadisələri pik nöqtəyə çatdırdı, AXCP ilə uzun illər davam edən gizli müharibəni aşkara çıxardı. Özlərini uzun müddətdir cəmiyyətə etibarlı tərəfdaşlar kimi sırımağa çalışan Müsavat-AXCP arasında açıq savaş nəhayət ki, başladı, polemikalar, atmacalar, qarşılıqlı ittihamlar, “elə etməyin, açım sandığı, töküm pambığı” kimi ifadələr işə düşdü. Qəzet demədilər, internet, sosial şəbəkə demədilər, kim kimi harada gəldi suçladı, söz, ittiham atəşinə tutmağa başladı.
İndi isə bu savaş bir az da genişlənərək artıq partiyaların daxilinə keçib, sən demə, partiyaların daxilində də savaşa hazır olan gizli qruplar var imiş, uyğun məqamı gözləyirmişlər. Müsavat Partiyasında dörd il hazırlıqdan sonra güc-bəla ilə baş tutan qurultay isə əsl məqam oldu. AXCP ilə savaşdan başı açılmamış Müsavat qurultaydan sonra daxili çəkişmələrlə üz-üzə qaldı, özü də nə çəkişmələr. Demək olar ki, artıq Müsavat Partiyası bir neçə cəbhəyə bölünüb, indiyə qədər görmədiyi istefalar qarşısında aciz qalıb. Qurultaydan sonra yaranmış bu gərgin vəziyyəti, narazılıqları demokratiyanın təzahürləri kimi qələmə verməyə çalışsalar da, sonradan məlum oldu ki, yox, bu həna o hənadan deyil.
Hələ ki atəşkəs elan etmək, narazılıqları aradan qaldırıb partiyada sabitlik yaratmaq cəhdləri heç bir nəticə vermir, əksinə, savaş daha da güclənir. Gözləyək, görək axırı nə olur.
AXCP-dən də tez-tez istefalar sədası gəlir, görünür, burada da vəziyyət ürəkaçan deyil.
Bunlar barədə çox danışmaq olar. Ancaq məni maraqlandıran bir sual var. Adi bir qurultayı səssiz-küysüz keçirə bilməyən, daxilində sabitliyi təmin edə bilməyən bu partiyalar hansı baza, potensial, iradə, təcrübə ilə dövləti idarə etmək iddiasındadırlar?
Elçin Mehdiyev Trend-in icmalçısı


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Musa Kılıç saxta diplomla çalışır? - BU DA FAKT!
Bu gün, 09:38 |
|
|
|
• "Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb - DETALLAR
Bu gün, 09:36 |
|
|
|
• Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... - İTTİHAM VAR...
Bu gün, 09:28 |
|
|
|
• Od çərşənbəsində ətrafa OD QOYMAYIN... - FHN UYARDI...
Bu gün, 09:25 |
|
|
|
• «Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... - NARAZILIQ VAR...
Bu gün, 09:20 |
|
|
|
• Sənayeləşdirmə Evtikmə İstehsalat Birliyinin 136 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:14 |
|
|
|
• Ödənişli əmək məzuniyyəti... - Ekspert danışır...
Bu gün, 09:12 |
|
|
|
• 6 aydır buralar başçısız qalıb... AMMA... - İLGİNC İDDİA
Bu gün, 09:06 |
|
|
|
• “Kontakt Home”dan TOTAL NARAZILIQ... - əksər müştəriləri düşünür ki...
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri... - NƏ ETMƏLİ?
Bu gün, 09:00 |
|
|
|
• `AAAF Park` tikilindən bu problem var - GİLEY
Bu gün, 08:57 |
|
|
|
• Ukrayna Prezidenti Zalujnını yeni vəzifəyə təyin edib
Bu gün, 08:50 |
|
|
|
• Həm ödəniş etməli, həm də ac qalmalı... - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Bölgəmizdə hər hansı hərbi əməliyyatlar gözlənilmir - ÇÜNKİ...
Bu gün, 08:40 |
|
|
|
• Zaqatalada qanunsuz ağac budaması: Akif Məmmədov saxta rəy verib - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur - GƏLİŞMƏ
Bu gün, 08:30 |
|
|
|
• Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur -ŞƏRH
Bu gün, 07:30 |
|
|
|
• Azərbaycanda qurban kəsmək qadağan edilə bilər? – Şok səbəb
Bu gün, 07:29 |
|
|
|
• Tramp Rusiyaya böyük sürpriz hazırlayır - Röyters
Bu gün, 07:24 |
|
|
|
• Xəstə, yaşlı məhkumlar vaxtından tez əfv edilsə yaxşıdır - Novella Cəfəroğlu
Bu gün, 07:22 |
|
|
|
• Sərkisyan və Paşinyanı birləşdirən hadisə - O gizli sənədlər ortaya çıxarsa...
Bu gün, 07:20 |
|
|
|
• Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırdı - “Bloomberg”
Bu gün, 07:17 |
|
|
|
• Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi - AÇIQLAMA
Bu gün, 00:57 |
|
|
|
• Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? - ARAŞDIRMA
Bu gün, 00:54 |
|
|
|
• "Mən yaşıla vurğunam..." - FOTO
Bu gün, 00:50 |
|
|
|
• "Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" - Starmer
Bu gün, 00:33 |
|
|
|
• Sabiq deputat nazirin geyiminə "ilişdi" - "Ayıbdır…"
Bu gün, 00:31 |
|
|
|
• Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir - KİV
Bu gün, 00:23 |
|
|
|
• İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi - İLGİNC
Bu gün, 00:22 |
|
|
|
• Bu gün od çərşənbəsidir
Bu gün, 00:10 |
|
|
|
• Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” - FAKT BUDUR!
Bu gün, 00:04 |
|
|
|
• Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Bu gün, 00:00 |
|
|
|
• "Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi"
Dünən, 23:58 |
|
|
|
• Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi – Sui-qəsd olacaq?
Dünən, 23:56 |
|
|
|
• Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər – General
Dünən, 21:22 |
|
|
|
• Səs yazısı yayılan direktor işdən çıxarıldı - rəsmi
Dünən, 21:18 |
|
|
|
• İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Dünən, 19:02 |
|
|
|
• Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Dünən, 19:00 |
|
|
|
• Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Dünən, 18:20 |
|
|
|
• Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Dünən, 18:17 |
|
|
|
• Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Dünən, 18:11 |
|
|
|
• Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Dünən, 18:07 |
|
|
|
• Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Dünən, 18:01 |
|
|
|
• Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Dünən, 17:58 |
|
|
|
• Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Dünən, 17:56 |
|
|
|
• Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Dünən, 17:49 |
|
|
|
• Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Dünən, 17:42 |
|
|
|
• ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Dünən, 17:40 |
|
|
|
• Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Dünən, 17:36 |
|
|
|
|