Deputat Mübariz Qurbanlının təklifi cavabsız suallar doğurub .....                     Cavad Zərif istefa verdi .....                     "Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..." .....                     " 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." .....                     Rusiya Kiyevin İrəvan və Bakı ilə münasibətlərini pozmaq üçün informasiya əməliyyatına başladı... .....                     Azərbaycanlı ailə İsveçrədən qovuldu .....                     Oval ofisdəki mübahisə və ya ABŞ-ın məğlubiyyətinə doğru daha bir addım .....                     “Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir” .....                     "Əvvəl evli kişi ilə münasibəti gizlədirdilər, indi efirdə danışırlar" .....                     Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? .....                     Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab .....                     İran dəyişikliyə gedir... .....                     “Putini dayandırmasaq, bu ölkələrə girə bilər” .....                     Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… .....                     Ağ Evdəki davanın ən üzücü nəticəsi: .....                     Rasizadə bunu bizə qadağan etmişdi .....                     Azərbaycanın strateji rolu dünya gündəmində .....                     “Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” .....                     Azərbaycanda siyasətçi vəfat etdi .....                     "Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" .....                     Zəngəzura görə hərbi müdaxilə… .....                     "Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." .....                     Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi .....                     Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq .....                     Azərbaycanlı müğənni 3-cü dəfə ailə qurur .....                     Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir? .....                     "Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..." .....                     "Yazıçının oğlunun evdən qaçmasının günahkarı…" .....                     Sumqayıtda bu təhsil ocağında BAZAR AÇIBLAR .....                     “Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” .....                     Tramp-Zelenski qalmaqalında Putini narahat edən detal: Bakı ehtiyatlı olmalıdır .....                     Norveç ABŞ gəmilərinə xidmət göstərmir .....                     Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı .....                     Tramp Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb .....                     Axtarışa verilən meyxanaçıdan xəbər var .....                     Ağ Evdəki fiaskodan sonra BÖYÜK ANLAŞMA .....                     Siyasi partiyaların hakimiyyətlə əməkdaşlığı... .....                     Ah, Amerika..! .....                     Məhəmməd Məmmədovun adı QARANLIQ İŞLƏRDƏ... .....                     Elvin nazirliyə və AFFA-ya müraciət etdi .....                 

Azərbaycanda hansı müxalifət liderinin silahlı cangüdəni var? - “Bəzi məmurların xoşuna gəlmirəm”
Tarix: 26-03-2015, 10:34 | Çap et
Azərbaycanda hansı müxalifət liderinin silahlı cangüdəni var?
Əksər ölkələrdə fəlaiyyət göstərən siyasi partiyaların çoxunda mühafizə xidməti təşkil olunur. Bu, həm partiya, həm də onun liderinin təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyır.

Bəs Azərbaycanda fəaliyyət göstərən partiya və onların liderləri necə mühafizə olunur?! Hər hansı təhlükəyə qarşı tədbirləri görülürmü?!

Modern.az saytı Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının necə mühafizə olunduğunu araşdırıb.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa mühafizə sisteminin təşkil olunması ilə bağlı müraciət etməyin əhəmiyyətsiz olduğunu düşünür.

“Demək olar ki, nə mənim, nə də partiyanın mühafizəsi var. Deyə bilmərəm ki, indiyədək buna ehtiyac duymamışam. Təbii ki, ehtiyac duymuşam. Sadəcə olaraq, mühafizə məsələlərinin təşkili imkanla bağlıdır. O cümlədən, silahla təminat və başqa məsələlər var ki, müraciət olunsa belə, icazə verməyəcəklər. Ona görə də müraciət etməyin faydası qalmır. Allah ümidinə özümün və partiyamızın fəaliyyətini davam etdiririk”.

Müsavat Partiyası başqan müavini Gülağa Aslanlı mühafizənin təşkil olunmasına ehtiyac duymadıqlarını deyir.

“Hazırda Müsavat başqanının mühafizəçisi yoxdur və bu, heç bir formada da təşkil olunmayıb. O cümlədən partiyanın da xüsusi mühafizəçisi yoxdur. Sadəcə olaraq, partiyanın gözətçisi var. Onun da işi səhər qərargahın qapılarını açmaq, axşam isə bağlamaqdır. Gözətçinin üzərinə götürdüyü öhdəlik budur. Vəssalam. Eyni zamanda, bu günə qədər mühafizənin təşkil olunması ilə bağlı ehtiyac hiss etməmişik və elə bir təşəbbüsdə də olmamışıq”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin mühafizə olunduğunu deyir.

“Əvvəla, partiyamızın qərargahı olmadığı üçün daimi fəaliyyət göstərən mühafizə xidməti də yoxdur. Sadəcə olaraq, cəbhəçilər könüllülük əsasında partiya sədrini mühafizə edirlər. Yəni Əli Kərimlinin mühafizə olunmasında cəbhəçilər müxtəlif vaxtlarda könüllü olaraq iştirak edirlər. Azərbaycanda vətəndaşlara silah gəzdirmək hüququ verilmədiyi üçün AXCP- də də kimsə icazə əsasında silah daşımır. Əli bəyi də mühafizə edənlər silahsız AXCP-çilərdir”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev silahlı mühafizəçisinin olub-olmadığı haqqında danışmaq istəmir.

“Bizim mühafizəmiz ən yüksək səviyyədə təmin olunur. Amma mühafizəmizin silahlı olması barədə heç nə deməyəcəyəm. Qoyun bu sirr olaraq qalsın. Açığı deyim ki, partiya üzvləri tərəfindən mühafizə olunuruq. Biz xalqın içində olduğumuza görə xalqdan təhlükə gözləmirik. Gözlədiyimiz təhlükə tamam başqa cinahlardandır. Əgər sabah hər hansı təxribat törədilərsə, mühafizənin onun qarşısını alması mümkün deyil. Eyni zamanda, həm partiyamızın qərargahı, həm də şəxsi mühafizəm tam nəzarət altındadır. Bizi narahat edən daxili qüvvələr yox, xarici qüvvələrdir. Azərbaycanda qarışıqlıq salmaq və hakimiyyəti devirmək istəyən xarici qüvvələr var. Həmin qüvvələrə qarşı çıxan da Hafiz Hacıyevdir. O cümlədən, hakimiyyət daxilində olan, bir-birinə silah çəkən məmurlara qarşı çıxan da Hafiz Hacıyevdir. Özümü xarici qüvvələrdən qoruyuram, amma daxili qüvvələr haqqında bunu deyə bilmərəm. Çünki Azərbaycan hakimiyyətində bəzi məmurlar var ki, onların xoşuna gəlmirəm. Qorxduğum da budur. Ona görə də mühafizə mütləq lazımdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də mühafizənin təşkil olunmasına ehtiyac duymayan siyasətçilər arasındadır.

“Bu vaxta kimi nə partiyamızın, nə də mənim şəxsi mühafizəm olub. Çünki özümü bu milləti mühafizə edən adamlar kimi, əsgər kimi hiss edirəm. Heç kimdən, heç nədən qorxum yoxdur. Xalqımın içində oluram və xalqımdan da ehtiyatlanmıram. Mühafizə saxlamağa heç bir ehtiyac görmürəm. Ehtiyacım olmadığına görə mühafizəmin təşkili ilə bağlı heç yerə müraciət etməmişəm və düşünmürəm də”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan silahlı mühafizə saxlamağı müxalifət düşərgəsi üçün məqbul saymır.

“Bizim partiyada silahlı mühafizəçi yoxdur. Müxalifət partiyası silahlı mühafizəçi saxlayarsa, dərhal Azərbaycan şəraitində həbs oluna bilər. Təbii ki, kənara çıxanda həm partiya, həm də partiyanın liderinin təhlükəsizliyi təmin edilir. Amma bu, partiyamızın və liderimizin mühafizəsinin olması anlamına gəlməməlidir. Sadəcə olaraq, partiya üzvlərinin köməkliyi ilə mühafizə olunuruq. O da silahsız”.

KXCP-nin sədri Mirmahmud Mirəlioğlu özünü və partiyasını Allahın ümidinə buraxdığını deyir.

“Bizi Allah qoruyur. Ümumi şərtlərlə partiyamız və özümüz qorunuruq. Partiyamızın yerləşdiyi ərazi elədir ki, 24 saat kamera ilə təchiz olunub. Belə deyək də, hamımız bir-birimizi, hamımızı da Allah qoruyur. Bu vaxta qədər mühafizə məsələsi ilə bağlı heç yerə müraciət etməmişik”.

Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər mühafizə məsələsinin təşkil olunmasından əvvəl müxalifət haqqında qanunun zəruriliyini önə çəkir.

“Nə özümün nə də partiyamın mühafizə xidməti təşkil olunub. Buna ehtiyac görmürəm. Düzdür, yaxın qonşu ölkələrdə bu olsa da, Azərbaycanda yoxdur. Ona görə ki, Azərbaycanda çox şey yoxdur. Azərbaycanda birinci müxalifət haqqında qanun olmalıdır. Həmin qanunda siyasi liderlərin, müxalif partiyalarının statusu müəyyən olunmalıdır və bu çərçivədə partiyaların mühafizəsi məsələsinə də baxıla bilər. Eyni zamanda, bu, ikitərəfli ola bilər. Ya dövlət özü ümumi qaydada mühafizə ayıra bilər, ya da partiya lideri müraciət etdikdə onun xahişi əsasında dövlət mühafizə tədbirləri görə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputat Mübariz Qurbanlının təklifi cavabsız suallar doğurub - AÇIQLAMA
Bu gün, 00:57
Cavad Zərif istefa verdi - "Fars News"
Bu gün, 00:53
"Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..."
Bu gün, 00:14
" 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." - İTTİHAM VAR...
Bu gün, 00:12
Rusiya Kiyevin İrəvan və Bakı ilə münasibətlərini pozmaq üçün informasiya əməliyyatına başladı... -Ukrayna MN Baş Kəşfiyyat İdarəsi
Bu gün, 00:06
Azərbaycanlı ailə İsveçrədən qovuldu - ŞOK DETALLAR
Bu gün, 00:04
Oval ofisdəki mübahisə və ya ABŞ-ın məğlubiyyətinə doğru daha bir addım - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
“Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir” - GƏLİŞMƏ
Dünən, 23:30
"Əvvəl evli kişi ilə münasibəti gizlədirdilər, indi efirdə danışırlar" - MALƏSƏF... Bu faktdır...
Dünən, 23:27
Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? - AKTUAL
Dünən, 23:25
Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab - “Rusiya vətəndaşları deyil”
Dünən, 23:22
İran dəyişikliyə gedir... - Prezident günahı sistemin üzərinə yıxır
Dünən, 15:14
“Putini dayandırmasaq, bu ölkələrə girə bilər” - Makron
Dünən, 15:10
Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… - Abramyan
Dünən, 13:47
Ağ Evdəki davanın ən üzücü nəticəsi: - “Şantaj” başladı
Dünən, 13:44
Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri
Dünən, 13:43
Azərbaycanın strateji rolu dünya gündəmində - İNCƏLƏMƏ
Dünən, 12:42
“Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” - AKTUAL
Dünən, 12:36
Azərbaycanda siyasətçi vəfat etdi - DOSYE
Dünən, 12:34
"Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" - ETİRAZ
Dünən, 12:31
Zəngəzura görə hərbi müdaxilə… – İrəvandan gözlənilməz sərhəd həmləsi
Dünən, 12:28
"Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." - deputat
Dünən, 12:24
Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi
Dünən, 10:48
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq - BŞTİ
Dünən, 10:45
Azərbaycanlı müğənni 3-cü dəfə ailə qurur
Dünən, 09:16
Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:12
"Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..."
Dünən, 08:48
"Yazıçının oğlunun evdən qaçmasının günahkarı…" - ŞOK AÇIQLAMA
Dünən, 08:45
Sumqayıtda bu təhsil ocağında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Dünən, 08:27
“Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” - ETİRAZ
Dünən, 08:21
Tramp-Zelenski qalmaqalında Putini narahat edən detal: Bakı ehtiyatlı olmalıdır - NƏ BAŞ VERİR?
Dünən, 08:18
Norveç ABŞ gəmilərinə xidmət göstərmir - SƏBƏB ZELENSKİDİR
Dünən, 08:14
Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı - NƏ ETMƏLİ?
Dünən, 01:51
Tramp Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb
Dünən, 01:47
Axtarışa verilən meyxanaçıdan xəbər var - “10 ildən çoxdur ki...”
Dünən, 01:44
Ağ Evdəki fiaskodan sonra BÖYÜK ANLAŞMA - London Kiyev üçün bu addımı atdı
Dünən, 01:00
Siyasi partiyaların hakimiyyətlə əməkdaşlığı... GƏRƏKLİDİRMİ?
Dünən, 00:48
Ah, Amerika..! - Ukraynanın taleyi necə olacaq?
Dünən, 00:44
Məhəmməd Məmmədovun adı QARANLIQ İŞLƏRDƏ... - TƏFƏRRÜAT
Dünən, 00:25
Elvin nazirliyə və AFFA-ya müraciət etdi - FOTO
Dünən, 00:20
Naxçıvanda sabiq sədr saxlanıldı - MR-da NƏ BAŞ VERİR?
Dünən, 00:15
Bu, öncədən hazırlanan pusqu idi, ya da... - "Tayms"
Dünən, 00:10
İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir - ŞƏRH
1-03-2025, 19:00
Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
1-03-2025, 18:58
Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? – Hədəfi prezident olmaqdır
1-03-2025, 18:23
Zelenskiyə qarşı çevriliş planı hazırlanır? - “Ehtimallar kifayət qədər...”
1-03-2025, 18:08
Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil - ONA GÖRƏ DƏ...
1-03-2025, 18:00
Əmək müqaviləsinə xitam verilərkən - Ekspert danışır...
1-03-2025, 17:51
Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi - BELƏ DAVAM EDƏRSƏ...
1-03-2025, 17:44
Norveç Ukraynaya maliyyə yardımını artıracaq - Baş nazir
1-03-2025, 17:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru