"Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..." .....                     " 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." .....                     Rusiya Kiyevin İrəvan və Bakı ilə münasibətlərini pozmaq üçün informasiya əməliyyatına başladı... .....                     Azərbaycanlı ailə İsveçrədən qovuldu .....                     Oval ofisdəki mübahisə və ya ABŞ-ın məğlubiyyətinə doğru daha bir addım .....                     “Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir” .....                     "Əvvəl evli kişi ilə münasibəti gizlədirdilər, indi efirdə danışırlar" .....                     Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? .....                     Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab .....                     İran dəyişikliyə gedir... .....                     “Putini dayandırmasaq, bu ölkələrə girə bilər” .....                     Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… .....                     Ağ Evdəki davanın ən üzücü nəticəsi: .....                     Rasizadə bunu bizə qadağan etmişdi .....                     Azərbaycanın strateji rolu dünya gündəmində .....                     “Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” .....                     Azərbaycanda siyasətçi vəfat etdi .....                     "Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" .....                     Zəngəzura görə hərbi müdaxilə… .....                     "Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." .....                     Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi .....                     Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq .....                     Azərbaycanlı müğənni 3-cü dəfə ailə qurur .....                     Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir? .....                     "Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..." .....                     "Yazıçının oğlunun evdən qaçmasının günahkarı…" .....                     Sumqayıtda bu təhsil ocağında BAZAR AÇIBLAR .....                     “Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” .....                     Tramp-Zelenski qalmaqalında Putini narahat edən detal: Bakı ehtiyatlı olmalıdır .....                     Norveç ABŞ gəmilərinə xidmət göstərmir .....                     Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı .....                     Tramp Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb .....                     Axtarışa verilən meyxanaçıdan xəbər var .....                     Ağ Evdəki fiaskodan sonra BÖYÜK ANLAŞMA .....                     Siyasi partiyaların hakimiyyətlə əməkdaşlığı... .....                     Ah, Amerika..! .....                     Məhəmməd Məmmədovun adı QARANLIQ İŞLƏRDƏ... .....                     Elvin nazirliyə və AFFA-ya müraciət etdi .....                     Naxçıvanda sabiq sədr saxlanıldı .....                     Bu, öncədən hazırlanan pusqu idi, ya da... .....                 

“Bu gün mənə desələr ki, gəl baş nazir ol, deyərəm ki, məni ələ salmısınız?”
Tarix: 13-04-2015, 09:03 | Çap et
“Bu gün mənə desələr ki, gəl baş nazir ol, deyərəm ki, məni ələ salmısınız?”
Keçmiş baş nazir Rəhim Hüseynovun Moderator.az saytına və "Hürriyyət" qəzetinə verdiyi müsahibənin ikinci-sonuncu hissəsini təqdim edirik:

Əvvəli BURADA

-Bu cür sərt devalvasiyaya getməyə ehtiyac vardımı?

-Xeyr, yox idi. Mən bu işlərə qarışmıram. Istəmirəm ki, heç fikir də bildirim. Amma bu barədə fikir bildirmək üçün iqtisadiyyatı bilməyə də ehtiyac yoxdur, belə bir addıma gərək yox idi.

-Hələ 2009-cu ildə qlobal maliyyə böhranı yenicə başlayanda o vaxtkı Hesablama Palatasının sədri Milli Məclisdə belə bir ifadə işlətmişdi ki, böhran Azərbaycan iqtisadiyyatına sürtünüb keçdi. Amma bu dəfə deyəsən böhran iqtisadiyyatımızı ortadan dəlib keçdi...

-Bilirsiniz, heç kimə sirr deyil ki, bizim iqtisadiyyatımız neftdən asılıdır. Mərkəzi Bank da bilmirəm nəyə əsaslanıb belə bir oyun çıxardı və manatın məzənnəsini korladı. Hökumət gərək suyu üfürə-üfürə içərək kövrək dayaqlar üzərində dayanan iqtisadiyyatımızın təlatümə düşməməsi, az maaş alan imkansız təbəqənin bu dəyişikliklərdən əziyyət çəkməməsi üçün önləyici tədbirlərdən sonra belə bir addım ataydı.

-Manatın məzənnəsinin hələ xeyli düşəcəyi və az qala bir dolların 3 manat səviyyəsində qərarlaşacağı proqnazlaşdırılır. Sizin qənaətinizə görə, Mərkəzi Bank obrazlı desək, manatın arxasından əlini çəksə onun real məzənnəsi təxminən nə qədər olar?

-Əgər siz dediyiniz kimi manatın məzənnəsi bu templə düşsə, iqtisadiyatımız da çox zərər görəcək, millətimiz də. Əksinə, Azərbaycan kimi ölkələrdə Mərkəzi Bank çalışmalıydı ki, qeyri-təbii yolla olsa belə manat dollardan həmişə baha, heç olmasa onunla bərabər olsun. Mərkəzi Bankın da bunu etməyə imkanı vardı, amma buna baxmayaraq tamam fərqli addım atıldı.

-Axı Elman Rüstəmov Milli Məclisdə and-aman etdi ki, bu addımı atmasaydıq, qısa zamanda 12 milyardlıq rezervimizin yerində siçanlar oynayacaqdı...

-(əsəbi şəkildə) O Mərkəzi Bankın sədrini dəyişmək lazım idi. Neçə il idi işləmişdi, onu kənarlaşdırmaq doğru olardı. Elə bu zibilləri çıxaran da odur. Onların hamısı mənimlə işləyiblər, hamısını yaxşı tanıyıram. O yaxşı bankirdir və bank işini yaxşı bilir, amma gərək ona ciddi tapşırıq verilsin ki, bu addımlara görə cavab verəcəksən, eksperimentlə iqtisadiyyatımızı risk altına atma. Özü də Mərkəzi Bank bu gün çoxlu pullar qazanır. Özü də Mərkəzi Bankın əlavə pullar cəlb etmək üçün o qədər potensialı var ki. Sadəcə nədənsə bu addımlara əl atılmır. Başqa bir problem bizim zavod və fabriklərimizin işləməməsidir. Bir şeyi hökumət anlamalıdır ki, istehsalat hərəkətə keçməsə heç nə yaxşılığa doğru dəyişən deyil.

-Qeyri-neft sektorunun inkişafı barədə nə deyərdiniz?

-Qeyri-neft sektoru çox bərbad və deyərdim ki, yox səviyyəsindədir. Mən rayonlara çox gedirəm. Camaat artıq əkin-səpinin başını buraxıb. Çoxları bilmir kartofu, pomidor-xiyarı harda əkib-becərirlər. Rayonlarda əhali heç əlinə bel də almır. Halbuki Lənkəran sovetlər dönəmində adla deyilən böyük baza idi. İndi isə kənd təsərrüfatı əldən gedir. Taxılçılıqda bizim dövrümüzdə çox böyük inkişaf vardı, indi tamam fərqli vəziyyətdir. Balıqçılıq ad çıxarmışdı, indi bilən yoxdur ki, bu sahə var, ya yoxdu. Bilirsiniz, indi də bu sahələrdə iş gedir, amma kimlərsə monopoliyaya alıb və bilən yoxdur ki, gəlirlər hara gedir, kimin cibinə axır.

-Sizin vaxtınızda Azərbaycanda kölgə iqtisadiyyatının həcmi nə qədər idi? Bəs indi nə qədər olar təxminən?

-Dəqiq demək çətindir. Bir də ki, gördüm sözüm eşidilmir, ona görə də bu məsələlərə o qədər də qarışmıram. Bilirsiniz, gərək iqtisadiyyatı elə adamlar idarə etsin ki, onlar bütün varlıqlarıyla bu sahəyə bağlı olsunlar, işləməyə enerjiləri və səriştələri kifayət etsin. Bax sizə bir şey deyim. Bir neçə gün öncə-aprelin 5-də mənim 79 yaşım tamam oldu. Bu gün mənə desələr ki, gəl baş nazir ol. Bunlara deyərəm ki, məni ələ salmısınız, 79 yaşda baş nazir işləmək olar? Baş nazir gərək 60-65 yaşdan çox olmasın. Əgər o doğrudan da dövlət xadimidirsə özü desin ki, axı belə olmaz. Deməlidir ki, mənim yerimə elə bir adam qoyun ki, heç olmasa 10-15 il işləmək potensialı olısun. Bu günki baş nazir məndən 5 yaş kiçikdir. Mən onu özümə müavin götürəndə özü anket yazmışdı ki, mən 1931-ci ildə anadan olmuşam. Amma deyirlər bu yaxınlarda 80 yaşı tamam olub. Bu qədər yalan olar? Mən də dedim ki, o ya özü yaşını düzəldib, ya da pasportunu dəyişdirib. İş onda deyil ey, Allah ömür versin hələ 50 il də yaşasın, amma gərək adamda bir qürur da olsun ki, hər şeyin vaxtını-vədəsini bilsin. Özü də bizdə bu gün o qədər peşəkar və orta yaşlı kadrlar var ki. Amma o bu yaşda baş nazirlikdən imtina etmək istəmir. Hərdən İlham Əliyevin iclaslarına, müşavirələrinə baxıram, prezident danışır, baş nazirimiz də oturub mürgü vurur.

-Tək baş nazir o yaşda olsa dərd yarıydı. Hökumətin 90 faizini elə ona görə cəmiyyətdə ahıllar klubu adlandırırlar.

-Əgər nazir 70 yaşındadırsa, mən onu nazir saymıram. O artıq nazir deyil və belələrini dövlət xadimi adlandırmaq günahdır. Onun gərək vicdanı olsun və desin ki, çox sağ olun, bu günədək mənə qiymət verdiniz işlədim, indi mənim yerimə ya filankəsi hazırlamışam, məsləhət bilsəniz onu təyin edin, ya da öz namizədiniz kimdirsə onu qoyun.

-Sözünüzdən belə çıxır ki, prezident köklü kadr islahatları aparmalıdır.

-Bilirsiniz, gərək bunun üçün prezidentin aparatı işləsin. Amma bu gün Prezident Aparatı yoxdur.

-Onun da yaşı elə baş nazirin yaşı qədərdi.

-Allah ona da can sağlığı versin, amma onun da səmərəli işləmək vaxtı deyil. Məgər bu ölkədə onu əvəz edəcək kadr yoxdurmu?

-Rəhim müəllim, sabah İlham Əliyev təsadüfən sizi dəvət edib iqtisadiyyatımız üçün təkliflərinizi dinləmək istədiyini bildirsə cavabınız nə olacaq?

-İlk növbədə qeyri-neft sektorunu böhrandan çıxarmaq, ağır və yüngül sənayeni, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Real iş yerlərinin sayını artırmaq, rəqabət qabiliyyətli məhsul istehsal etmək lazımdır. Sosial məsələlər də bu sahənin inkişafından asılıdır. Yoxsa ticarətlə, alıb-satmaqla məhdud sayda adamlar qazanc götürür. Ağzı qıfıllı müəssisələri işə salmaq, onları özəlləşdirənlərə dəstək vermək lazım ki, emal sənayesi inkişaf etsin. Amma hələlik bu sahədə nəzərəçarpacaq addımlar atılmır, ixracyönümlü məhsullarımız barmaqla sayılacaq qədərdir.

-Dünya bazarında neftin qiymətləri hər gün dəyişir. Proqnozlarınız necədir, qiymətlərin gələcək aqibətini nə gözləyir?

-Neftin qiyməti son 20-30 ildə daha çox siyasiləşib və real qiymətlərdən bəzən dəfələrlə artıq, bəzənsə az qala maya dəyərinə yaxın olub. Bunların da səbəbləri bəllidir və bu barədə uzun-uzadı danışmağa ehtiyac bilmirəm. Sabah qiymətlərin necə olacağını demək çətindir. Amma mənə elə gəlir ki, indiki qiymətlər Amerikanın hoqqasıdır və neftin qiyməti ən azı 10-15 dollar artmalıdır.

-Rəhbər vəzifələrdə işləyəndə dönə-dönə getdiyiniz Qarabağın qanayan yarasını sağalda biləcəyikmi? Bu münaqişənin sülh yolu ilə həlli varmı?

-Yoxdur. Mən bunu baş nazir olanda da, sonradan Beynəlxalq Sülh Federasiyasının üzvü kimi BMT-dəki çıxışımda da demişəm. BMT-də demişəm ki, bizə hörmət etmirsiniz, heç olmasa özünüzün 4 qətnamənizə hörmət edin və demişəm ki, heç kimin haqqı yoxdur ki, torpaqlarımızı silah yoluyla azad etməyə qalxanda bizə qarşı çıxsın. Bilirsiniz, oğul, mən erməniləri çox yaxşı tanıyıram. Hələ o vaxtlar bizdən qorxurdular. Onların havadarları olmasa 3 gün lazımdır ki, onları aparıb gəldikləri yerə qədər qovaq.

-Rusiya amili hər zaman “Qordi düyünü”nə çevrilib bizim üçün...

-Elə bilirsiniz Amerika istəyir ki, bu münaqişə bizim xeyrimizə həll olunsun? Elə bu məsələdə Rusiya ilə ABŞ hiylə işlədərək eyni mövqedən çıxış edirlər. Bilirlər ki, Azərbaycan işğaldan xilas olsa bölgədə çox böyük söz sahibi olan və müstəqil siyasət aparan bir dövlətə çevriləcək, bu isə həmin qüvvələrə sərf etməyəcək.

-Son vaxtlar Rusiyanın dağılacağıyla bağlı da fikirlər intensivləşib...

-Mən inanmıram buna. Rusiya çox nəhəng ölkədir. Bunu deyənlər Rusiyanı yaxşı tanımırlar. Rusiya elə bir dövlətdir ki, onun tamamilə zəiflədilməsi və dalana dirənməsi də risklidir və bunu edənlər çox peşman ola bilərlər. Amma mən heç vaxt Putinin səmimiliyinə inanmamışam və onun Azərbaycana münasibətindən də heç vaxt yaxşı heç nə gözləmirəm. Mən vaxtilə Rusiyanın bir çox siyasi xadimləriylə, dövlət və hökumət rəhbərləriylə işləmişəm, Putin onların heç birinə bənzəmir. Ona heç nədə etibar etmək olmaz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..."
Bu gün, 00:14
" 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." - İTTİHAM VAR...
Bu gün, 00:12
Rusiya Kiyevin İrəvan və Bakı ilə münasibətlərini pozmaq üçün informasiya əməliyyatına başladı... -Ukrayna MN Baş Kəşfiyyat İdarəsi
Bu gün, 00:06
Azərbaycanlı ailə İsveçrədən qovuldu - ŞOK DETALLAR
Bu gün, 00:04
Oval ofisdəki mübahisə və ya ABŞ-ın məğlubiyyətinə doğru daha bir addım - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
“Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir” - GƏLİŞMƏ
Dünən, 23:30
"Əvvəl evli kişi ilə münasibəti gizlədirdilər, indi efirdə danışırlar" - MALƏSƏF... Bu faktdır...
Dünən, 23:27
Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? - AKTUAL
Dünən, 23:25
Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab - “Rusiya vətəndaşları deyil”
Dünən, 23:22
İran dəyişikliyə gedir... - Prezident günahı sistemin üzərinə yıxır
Dünən, 15:14
“Putini dayandırmasaq, bu ölkələrə girə bilər” - Makron
Dünən, 15:10
Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… - Abramyan
Dünən, 13:47
Ağ Evdəki davanın ən üzücü nəticəsi: - “Şantaj” başladı
Dünən, 13:44
Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri
Dünən, 13:43
Azərbaycanın strateji rolu dünya gündəmində - İNCƏLƏMƏ
Dünən, 12:42
“Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” - AKTUAL
Dünən, 12:36
Azərbaycanda siyasətçi vəfat etdi - DOSYE
Dünən, 12:34
"Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" - ETİRAZ
Dünən, 12:31
Zəngəzura görə hərbi müdaxilə… – İrəvandan gözlənilməz sərhəd həmləsi
Dünən, 12:28
"Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." - deputat
Dünən, 12:24
Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi
Dünən, 10:48
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq - BŞTİ
Dünən, 10:45
Azərbaycanlı müğənni 3-cü dəfə ailə qurur
Dünən, 09:16
Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:12
"Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..."
Dünən, 08:48
"Yazıçının oğlunun evdən qaçmasının günahkarı…" - ŞOK AÇIQLAMA
Dünən, 08:45
Sumqayıtda bu təhsil ocağında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Dünən, 08:27
“Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” - ETİRAZ
Dünən, 08:21
Tramp-Zelenski qalmaqalında Putini narahat edən detal: Bakı ehtiyatlı olmalıdır - NƏ BAŞ VERİR?
Dünən, 08:18
Norveç ABŞ gəmilərinə xidmət göstərmir - SƏBƏB ZELENSKİDİR
Dünən, 08:14
Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı - NƏ ETMƏLİ?
Dünən, 01:51
Tramp Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb
Dünən, 01:47
Axtarışa verilən meyxanaçıdan xəbər var - “10 ildən çoxdur ki...”
Dünən, 01:44
Ağ Evdəki fiaskodan sonra BÖYÜK ANLAŞMA - London Kiyev üçün bu addımı atdı
Dünən, 01:00
Siyasi partiyaların hakimiyyətlə əməkdaşlığı... GƏRƏKLİDİRMİ?
Dünən, 00:48
Ah, Amerika..! - Ukraynanın taleyi necə olacaq?
Dünən, 00:44
Məhəmməd Məmmədovun adı QARANLIQ İŞLƏRDƏ... - TƏFƏRRÜAT
Dünən, 00:25
Elvin nazirliyə və AFFA-ya müraciət etdi - FOTO
Dünən, 00:20
Naxçıvanda sabiq sədr saxlanıldı - MR-da NƏ BAŞ VERİR?
Dünən, 00:15
Bu, öncədən hazırlanan pusqu idi, ya da... - "Tayms"
Dünən, 00:10
İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir - ŞƏRH
1-03-2025, 19:00
Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
1-03-2025, 18:58
Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? – Hədəfi prezident olmaqdır
1-03-2025, 18:23
Zelenskiyə qarşı çevriliş planı hazırlanır? - “Ehtimallar kifayət qədər...”
1-03-2025, 18:08
Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil - ONA GÖRƏ DƏ...
1-03-2025, 18:00
Əmək müqaviləsinə xitam verilərkən - Ekspert danışır...
1-03-2025, 17:51
Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi - BELƏ DAVAM EDƏRSƏ...
1-03-2025, 17:44
Norveç Ukraynaya maliyyə yardımını artıracaq - Baş nazir
1-03-2025, 17:38
Vens iki həftə əvvəl demişdi... - cəmi 40 gün ərzində...
1-03-2025, 17:36
Dehli bu siyasətini dəyişdirməyəcək - GƏLİŞMƏ
1-03-2025, 17:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru