
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin toplantısı keçirilib.
Bu barədə Hafta.az-a partiya sədrinin müavini Xəzər Teyyubi məlumat verib. O bildirib ki, iclasda partiyanın qurultayı ilə bağlı məsələlər də müzakirə edilib:
“Qərara gəldik ki, KXCP-nin qurultayı bu ilin iyulunda keçirilsin. Amma qurultayın keçiriləcəyi gün hələ ki, dəqiqləşməyib. Qurultayla bağlı rayon təşkilatlarında konfranslar keçirilir. Bu muzakirələr başa çatdıqdan sonra qurultayın konkret günü də bəlli olacaq”.