AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                     "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı .....                     ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... .....                     Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! .....                     Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi .....                     Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? .....                     "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu .....                     Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? .....                     Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur .....                     Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... .....                     "Teleqraf"ın 13 yaşı tamam olur .....                     Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir .....                     Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə .....                     Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib .....                     Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? .....                     “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” .....                     "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." .....                     "Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər" .....                     Yardımlıda şəhid bacısı çətin durumda .....                     Adnan Oktar bəraət aldı .....                     Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər .....                     Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya .....                     Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? .....                     Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil .....                     “Xazar Oil” ölkədən böyük pul çıxarıb .....                     Ermənilərin Aİ ilə ortaq təxribatı... .....                     "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" .....                     Fazil Qasımova 10 il həbs cəzası istənilib .....                     Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib .....                     QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” .....                     Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək .....                     Büdcə strukturlarında ixtisarlar .....                     Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: .....                     Ermənilərə görə Pezeşkiana müraciət edildi: .....                     “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir .....                     “Bahalı kostyumlarım var, əynimə gəlmir” .....                     "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, .....                 

“Çəkim qan verməyə imkan vermir” - Kim qan verəcək?
Tarix: 23-10-2015, 09:32 | Çap et
“Çəkim qan verməyə imkan vermir”
Oktyabrın 24-ü Məhərrəmliyin onuncu günü, Aşura günüdür. Bir çox müsəlman dövlətlərində olduğu kimi, Azərbaycanda da bu gün qeyd olunur. Hicri-qəməri təqvimlə 1373 il bundan əvvəl - Məhərrəm ayının 10-da Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi, Həzrət Əli (ə) ilə Fatimeyi-Zəhranın oğlu Imam Hüseyn (ə) azsaylı qohumları və silahdaşları ilə birlikdə Kərbəla səhrasında şəhid olmuşdur. Onlar Yezid ibn Müaviyənin ordusu tərəfindən qətlə yetirilib.

O vaxtdan indiyədək həmin gün, Məhərrəm ayının 10-u Aşura mərasimi qeyd olunur və 40 gün yas saxlanılır. Həmin hadisədən 1400 ilə yaxın vaxt keçməsinə baxmayaraq, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün məscidlərə gedib, Allah naminə nəzir verir və ehsan paylayır.

Həmçinin bu gündə xeyriyyə məqsədi ilə qan vermə aksiyası da keçirilir. Respublika üzrə qanvermə aksiyalarının keçiriləcəyi məscid və ziyarətgahlar isə bunlardır: Yasamal rayonu Təzəpir məscidi; Yasamal rayonu «Hacı Soltanəli» məscidi; Səbail rayonu Bibiheybət məscidi; Səbayel rayonu İçərişəhər «Cümə» məscidi; Suraxanı rayonu «Qaraçuxur» məscidi; Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi; Nizami rayonu Keşlə qəsəbə məscidi; Sumqayıt şəhər “Cümə” məscidi; Gəncə şəhər “İmamzadə” məscidi; Mingəçevir şəhər “Heydər” məscidi; Şəki şəhəri “Cümə” məscidi; Lənkəran şəhəri «Böyükbazar» məscidi; Bərdə şəhəri “Cümə” məscidi; Nəsimi rayonu «Əjdərbəy» məscidi. Qeyd edək ki, Lənkəran şəhəri «Böyükbazar» məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaq.

Bəs bu qanvermə aksiyasında deputatlığa namizəd olan siyasətçilərimiz iştirak edəcəklərmi? Ümumiyyətlə, qanvermə aksiyası haqqındakı düşüncələri necədir?

“AĞ blok”un təsisçilərindən biri, deputatlığa namizəd Tural Abbaslı çəkisinin qanvermə aksiyasında iştirak etməyə imkan vermədiyini dedi: “Düşünürəm ki, qanvermə aksiyası yalnız hansısa xüsusi günlərdə olmamalıdır. Bu, il ərzində olmalıdır Çünki qana təcili ehtiyacı olan insanlar var. Mənim ətrafımdakı böyük əksəriyyət bu prosesdə iştirak edir.

Hətta mütəmadi qan verən dostlarımız var. Bəzi qan xəstəliyi olan insanlar var ki, dostlarımız 3-4 aydan bir mütəmadi olaraq qan verirlər. Qanvermənin tibbi şərtləri var. Nə vaxtsa infeksion xəstəlik keçirmiş, çəkisi az olan insanların qan verməsi qadağandır. Ona görə də məndə də bir zamanlar bəzi xəstəliklər olduğuna görə məndən qan götürmürlər. Həm də çəkim qan verməyə imkan vermir. Yoxsa böyük məmnuniyyətlə qan verərdim. Hansısa insanlara yardım etmək insanlıq borcumuzdur”.

Ümid Partiyasının sədri, deputatlığa namizəd İqbal Ağazadə bu aksiyada iştirak etməyə çalışacağını dedi: “Azərbaycanda istər talassemiya, istərsə də qan azlığında, istərsə də xüsusi əməliyyatlarda qanla bağlı əziyyət çəkən çox sayda vətəndaşlarımız var. Çalışacağıq ki, biz də bu aksiyada iştirak edək”.

Deputat Fazil Mustafa bildirdi ki, qanvermə cahil insanların öz bədənlərinə xəsarət yetirməməsi üçün təşkil olunmuş bir aksiyadır: “Aşura günü ilə bağlı qanvermə aksiyası əslində müsəlman üçün nəzərdə tutulan bir forma deyil. Qafqaz Müsəlmanları İdarəsi haqlı olaraq bəzi dini bilməyən, nadan insanların öz başlarını yarmaması üçün mədəni, sivil bir forma təklif edir. Bu formanı da mən təlqin edirəm. Çünki cahillərə izah etmək olmur ki, İslam dini qan tökmək, baş yarmaq dini deyil. Bu adət haradan gəlibsə, bu, Azərbaycan xalqının ümumi dəyərlərinə uyğun deyil. Bu, mürtəce ənənə olsa da, təəssüf ki, Azərbaycanda yaşamaqdadır. Bu baxımdan da məsələnin mahiyyəti ilə bağlı çox dərinə varmaq istəmirəm. Amma bütövlükdə qanvermə aksiyası daha çox o insanları nəzərdə tutur ki, bu insanlar dinin mahiyyətini anlamırlar və gedib özlərinə, uşaqlarına xəsarət yetirirlər. Bədənlərindən qan çıxarırlar ki, bu da yol verilən hal deyil. Ona görə də bizdə o məsələdə daha sərt bir mövqe tərcih etmənin qarşısını almaq üçün tədbirlə yanaşırıq. Qanvermə aksiyası normal bir prosedurdu və mən bu aksiyanı dəstəkləyirəm. Konkret olaraq özümüz adi vaxtlarda qan veririk. Dinlə, hansısa bir mərasimlə bunu əlaqələndirməyi yanlış hesab edirəm. Hər bir müsəlmanın borcudur ki, başqa insanlara kömək məqsədi ilə qan versin. Cəmiyyət daha çox sağlam dini bilgilərə sahib olandan sonra artıq bu aksiyaya da ehtiyac qalmayacaq. Ağlı başında olan adama deyərlərmi ki, sən başını yarma, gəl qan ver. Ona görə də mən şeyxin bu addımını dəstəkləyirəm. Bilirəm ki, ən azından özünə, bədəninə xəsarət yetirən o insan obrazını dəyişməyə çalışırlar. Bu da müsbət bir haldır”.

Deputat Zahid Oruc Aşura günlərində bilavasitə qanvermə aksiyasında iştirak etmədiyini dedi: “Aşura günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən zamanında verilən qərar bu hadisənin ölkəmizdə düzgün istiqamətdə qeyd olunmasına, cəmiyyətdə kədər hissi ilə bərabər eyni zamanda birlik, bərabərlik, yardım əlinin uzadılması, humanizm duyğularının gücləndirilməsinə xidmət etməsi çox düzgün addımdır və böyük rəğbətlə qarşılanır. Aşura gününə bağlı qanvermə aksiyasında bilavasitə iştirak etməmişəm. Çevrəmdən olan insanlar iştirak ediblər. Mənə elə gəlir ki, bu, şəxsi bir seçimdir. Burada bir dövləti yanaşma, yaxud da İslam təşkilatı adına bir qurumun məcburi qərarı və inzibati mövqe yoxdur. Ona görə də özüm şəxsən qan verməmişəm. Qan verməməyimin də xüsusi bir özəl səbəbi yoxdur. Bu bir mənəvi seçimdir. Zərurət olduğu təqdirdə bunu edəcəyik. Ən başlıcası bunu mənən düzgün qəbul etməkdir. Mən hesab edirəm ki, sadəcə olaraq Azərbaycanda donor qan probleminin olması deyil, qan bankının yaranmasına xidmət etmək amilindən yox, daha çox bu hadisənin bəlli səviyyədə ayrı-ayrı yerlərdə qeyd olunmasının alternativi kimi meydana çıxmağına görə bizim tərəfimizdən alqışlanır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44
Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58
Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Dünən, 17:53
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Dünən, 17:49
QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Dünən, 17:47
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Dünən, 17:38
Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Dünən, 17:32
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Dünən, 17:28
Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Dünən, 17:24
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Dünən, 17:07
“Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Dünən, 16:58
"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Dünən, 16:56
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Dünən, 16:52
Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:49
Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Dünən, 16:47
Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Dünən, 16:43
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Dünən, 16:40
Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Dünən, 15:45
TRAMP... - hələ ki... HOQQA VERİR!
Dünən, 15:39
Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Dünən, 15:35
Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru