"Əli Kərimli məni ittiham edib, adam nə deməlidir?" - Razi Nurullayev
Tarix: 17-11-2015, 11:31 | Çap et
 Əli Kərimlinin sədri olduğu AXCP qanadı Razi Nurullayevin sədri olduğu digər qanadın sənədlərinin də Ədliyyə Nazirliyi tərəfindən geri qaytarıldığını elan ediblər. Lakin narazılar bu xəbəri təkzib ediblər.
Alternativ AXCP-nin funksioneri Rafiq Daşdəmirli deyib ki, Ədliyyə Nazirliyi Etimad Qurultayının nəticələri ilə bağlı təqdim etdiyi sənədləri geri qaytarmayıb. Onun sözlərinə görə, AXCP Etimad Qurultayının oktyabrın 18-də keçirilən qurultayın nəticələrinin dövlət reyesterinə daxil edilməsi üçün edilən müraciət geri qaytarılmayıb və məsələyə Ədliyyə Nazirliyində baxılır.
Əli Kərimlinin sədri olduğu AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə müraciətlərinin geri qaytarılması və məsələnin araşdırılması üçün yaxın vaxtlarda məhkəməyə müraciət edəcəklərini deyib.
Alternativ AXCP sədri Razi Nurullayev bəyan edib ki, AXCP daxilində aylardır davam edən proseslər sona doğru gedir: "Ədliyyə Nazirliyi noyabrın 13-də Əli Kərimli düşərgəsinin qurultay sənədlərini geri qaytarıb. Bu, mənim rəhbərlik etdiyim AXCP-nin tamhüquqlu qurum kimi tanınması ehtimallarını gücləndirir. Ədliyyə Nazirliyinin bu qərarı partiyanın gələcəyinə böyük ümidlər yaradır. Əli Kərimli AXCP sədri olan zamanlarda partiyanın nizamnaməsini dəfələrlə pozub. Qurultayın keçirilməsini bir neçə il ləngidib. Rayon konfranslarını saxta cəbhəçilərlə keçirib. Ədliyyə Nazirliyi bunları nəzərə aldı. Əli Kərimli məni ittiham edib. Adam nə deməlidir? Deməlidir ki, Razi Nurullayevi AXCP kimi tanıyıram, o, son 20 ildə ən böyük qurultay keçirdi, insanların gözündə ümid işartıları yaratdı? Kərimli hər zaman intriqalar yaratmaq, dedi-qodu gəzdirməklə məşğul olur. Onun istefamla bağlı dediklərinin də heç bir əsası yoxdur. Məni qanunsuz şəkildə Əli Kərimli partiyadan getməyə məcbur etmək istədi. Sonrakı mərhələlərdə bunlar da məhkəmə müstəvisinə çıxacaq. Kərimli hər bir cəbhəçiyə etdiyinə, onları getməyə məcbur etdiyinə görə cavab verməlidir. Uğursuz siyasətçinin Azərbaycan siyasətində yeri olmamalıdır. Özü normal, cəbhəçilər isə ağır şəraitdə yaşayıb. Yenə də AXCP sədrliyinə iddia edir. Hansı haqla? Heç bir halda cəmiyyət adına müsbət dəyişikliklər gətirməyib. Bu baxımdan onun əlindən AXCP adını almağa məcbur idik. Onun dəyərlərdən danışmağa haqqı yoxdur. AXCP-də sədr 4 ildən bir seçilir. Kərimli sədrlik müddətini çoxdan başa vurmuşdu. Mətbuata müraciət edirəm ki, indiyə qədər məni Razi Nurullayevin başçılıq etdiyi AXCP sədri kimi təqdim etmisiniz, bundan sonra Əli Kərimlini də belə təqdim edin. Çünki o, AXCP-nin hüquqi təmsilçisi deyil".
Əldə etdiyimiz məlumata görə, AXCP-nin Əli Kərimli qanadı öz adını dəyişmək məsələsini də gündəmdə saxlayır. Bu haqda AXCP-yə yaxın şəxslər bildirir. Əli Kərimli Ədliyyə Nazirliyinin müvafiq cavabından sonra Feysbukda qeyd edib ki, AXCP sədri deyil, vətəndaş Əli Kərimli kimi müxalifət mövqeyini paylaşır, əgər partiyanın adı dəyişəcəksə, bu, onların mövqeyinin dəyişəcəyi anlamına gələ bilməz.
Çoxları hesab edir ki, bu yanaşma ilə Əli Kərimli tərəfdarlarını həm də psixoloji olaraq AXCP adından imtinaya da hazırlayır. Görünən budur ki, əgər Ədliyyə Nazirliyi Razi Nurullayevin sədri olduğu təşkilatı AXCP olaraq tanısa, bu zaman cəbhənin Əli Kərimli qanadı başqa ad barəsində düşünməli olacaq. İndilikdə ən münasib ad olaraq Yurd Partiyası nəzərdə tutulur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16 |
|
|
|
• “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15 |
|
|
|
• "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12 |
|
|
|
• "Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09 |
|
|
|
• Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07 |
|
|
|
• Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59 |
|
|
|
• Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55 |
|
|
|
• Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44 |
|
|
|
• Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41 |
|
|
|
• Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00 |
|
|
|
• “Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58 |
|
|
|
• Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07 |
|
|
|
• "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02 |
|
|
|
• Fazil Qasımova 10 il həbs cəzası istənilib
Dünən, 17:53 |
|
|
|
• Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Dünən, 17:49 |
|
|
|
• QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Dünən, 17:47 |
|
|
|
• Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Dünən, 17:38 |
|
|
|
• Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Dünən, 17:32 |
|
|
|
• Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Dünən, 17:28 |
|
|
|
• Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Dünən, 17:24 |
|
|
|
• “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Dünən, 17:07 |
|
|
|
• “Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Dünən, 16:58 |
|
|
|
• "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Dünən, 16:56 |
|
|
|
• Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Dünən, 16:52 |
|
|
|
• Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:49 |
|
|
|
• Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Dünən, 16:47 |
|
|
|
• Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Dünən, 16:43 |
|
|
|
• İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Dünən, 16:40 |
|
|
|
• Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
• Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Dünən, 15:45 |
|
|
|
• TRAMP... - hələ ki... HOQQA VERİR!
Dünən, 15:39 |
|
|
|
• Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Dünən, 15:35 |
|
|
|
• Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Dünən, 15:29 |
|
|
|
• Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 15:26 |
|
|
|
• Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Dünən, 15:17 |
|
|
|
• Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Dünən, 15:12 |
|
|
|
• "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Dünən, 14:02 |
|
|
|
• Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Dünən, 14:00 |
|
|
|
• Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Dünən, 13:58 |
|
|
|
• Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Dünən, 13:14 |
|
|
|
• Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Dünən, 13:10 |
|
|
|
• Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Dünən, 13:05 |
|
|
|
• Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Dünən, 13:04 |
|
|
|
• Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Dünən, 13:02 |
|
|
|
• 42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Dünən, 12:59 |
|
|
|
• Matvienko Bakıya gələcək
Dünən, 12:58 |
|
|
|
• 7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Dünən, 12:55 |
|
|
|
• Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:52 |
|
|
|
• "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Dünən, 12:47 |
|
|
|
• Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Dünən, 12:38 |
|
|
|
|