“Mədinə” tibb mərkəzi müştəriyə 7500$ "PUL ATIB" - ŞİKAYƏT VAR
Tarix: 3-11-2016, 10:21 | Çap et
![“Mədinə” tibb mərkəzi müştəriyə 7500$ "PUL ATIB" “Mədinə” tibb mərkəzi müştəriyə 7500$ "PUL ATIB"](/uploads/posts/2016-11/thumbs/1478154046_0001.jpg) Bir neçə gün bundan əvvəl Bərdə şəhəri M.Nəsibov küçəsi ev-84 ünvanında yaşayan Əhmədov Üzeyir Rəhim oğlunun, 2015-ci ildə “Mədinə” tibb mərkəzində üz-üzə qaldığı problemlərdən bəhs etmişdik. Yazıb bildirmişdik ki, adı çəkilən tibb mərkəzində, bu gün haqq-ədalət “qeybə çəkilib”. Çünki, 2010-cu il təvəllüdlü oğul övladı Elxan Əhmədlini “Mədinə” tibb mərkəzinə müalicəyə gətirən və ilyarımlıq müalicə xərci olaraq həmin müəssisəyə 7500$ pul ödəyən Əhmədov Üzeyir Rəhim oğlu, bizimlə söhbətində bildirdi ki, “övladım “autizm” xəstəliyindən əziyyət çəkirdi. Belə bir səbəb üzündən də, mən onu müalicə etdirmək məqsədilə “Mədinə” tibb mərkəzinə gətirdim və ilk sövdələşməm də, mərkəzin baş həkimi Kamran Salayevlə oldu. O, övladımı müayinə edərkən onda qeyd olunan xəstəliyin olduğunu bildirdi və müalicə edəcəyini də söylədi. Düzdür, ilk günlər bir ata olaraq həm onun vədinə inandım, həm də olduqca sevindim. Amma, sevincimin bəhrəsi heç də uzun çəkmədi. Çünki mən Kamran həkimin vədinə inanaraq, hər ay “Mədinə” tibb mərkəzinin büdcəsinə pul köçürdüm. Yəni, ilyarımlıq müalicə xərci olaraq, əlavə xərclərdən başqa 7500$ pul ödəsəm də, son anda müalicənin heç bir nəticəsi olmadı. O halda bilib başa düşdüm ki, aldadılmışam. İlyarımlıq müalicənin heç bir nəticəsi olmadığından, Kamran Salayevdən ödədiyim pulların geri qaytarılmasını tələb etsəm də, bu istəyim də heç cür baş tutmadı. Yalnız baş həkimin mənə verdiyi cavab o oldu ki, “ödədiyin pullar heç vaxt geri qaytarılmayacaq, get nə bilirsən onu da et” dedi”. Digər maraqlı olay isə, Üzeyir Əhmədovun “Mədinə” tibb mərkəzinin kassasına ödədiyi pulların müqabilində, ona verilən qəbzlərin ondan geri alınması olub. Çünki, o, bizimlə söhbətində onu da vurğuladı ki, “mən hər ay təqribən 500 dollar, bəzi aylarda daha çox, bəzi aylarda isə, bir qədər az ödənişlər edirdim. Elə ki, adı çəkilən tibb müəssisəsinin ikinci mərtəbəsinə qalxırdım, həmin vaxt nəzarətçilər verilmiş qəbzləri məndən alırdılar. Düzdür, bəzi hallar olub ki, bir neçə aylıq qəbzlər məndə qalıb və həmin qəbzlər də, vaxtilə ödənişlər etdiyimi təsdiq edir”. Yaşanan belə bir olaylar, sözün həqiqi mənasında diqqəti cəlb edən olaylardandır. Çünki, bir halda ki, valideyn övladının müalicəsi ilə bağlı “Mədinə” tibb mərkəzinin büdcəsinə 7500$ pul ödəyibsə, deməli o, hansısa nəticəni görməlidir. Əgər ortada heç bir nəticə yoxdursa, səbəb nədir ki, Üzeyir Əhmədovun ödədiyi pullar geri qaytarılmır? Məgər alıb-atmaq zamanıdır, yoxsa mərkəzin rəhbərliyi bu cür yanaşmasını ortaya qoymaqla, özəl tibb müəssisələri haqqında müəyyən şübhələrin baş qaldırmasına yönəlik addımlarını atır? Üzeyir Əhmədov onu da bildirir ki, “övladımın müalicəsini həm “Mədinə” tibb mərkəzinin baş həkimi Kamran Salayev, həm də tibb mərkəzinin reablitasiya mərkəzində baş həkim vəzifəsini daşıyan Fidan Talışlı həyata keçirsələr də, son anda heç bir nəticə olmadı. Belə olan halda başqa bir həkimi yanına getməli olduq və həmin həkimin qısa müddət ərzində həyata keçirdiyi müalicənin isə, az-çox əhəmiyyəti oldu. Adının çəkilməsini istəməyən həmin həkimlə etdiyimiz söhbət zamanı o, vurğuladı ki, “Mədinə” tibb“ mərkəzində və digər özəl tibb müəssisələrində xəstələrin müalicəsi bilərəkdən uzadılır. Həkimlərin məqsədləri, yalnız və yalnız xəstələrin yaxınlarından daha çox pul əldə etmək olur”.(azerinnfo)“Mədinə” tibb mərkəzində baş verən belə bir olaylardan sonra, yəqin ki, çoxsaylı oxucularımız və onların yaxınları bu ünvana ayaq basarkən olduqca diqqətli olacaqlar. Çünki, işıq üzü görən belə bir açıqlamanı oxuyub biləcəklər ki, adı çəkilən tibb müəssisəsində Bərdə rayon sakini Əhmədov Üzeyir Rəhim oğlunun başına hansı oyunlar açılıb ki, o, son anda üz-üzə qaldığı problemlərin ictimailəşməsinə qərar verib. Bütün bunlardan əlavə, tərəfimizdən apardığımız araşdırmalar zamanı bəzi məlumatlar da əldə edə bilmişik ki, adı çəkilən səhiyyə ocağında vergidən yayınma hallarının baş verməsi də mütəmadi təkrarlanır. İstər həkimlik fəaliyyəti, istərsə də digər vəzifə sahibi olanların rəhbərliklə əmək müqavilələri bağlamadan çalışmaları da, daxil olan məlumatlardandır. Bu istiqamətdə araşdırmalarımız davam etdiyindən, çoxsaylı oxucularımızı və aidiyyəti qurumları bu və ya digər məsələlərlə bağlı, çox yaxın vaxtlarda məlumatlandırmağa çalışacağıq. O halda hər kəs biləcək ki, “Mədinə” tibb mərkəzində müştərilərin aldadılmalarından əlavə, daha nə kimi olaylar baş verir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25 |
|
|
|
• “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05 |
|
|
|
• "Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02 |
|
|
|
• Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58 |
|
|
|
• "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51 |
|
|
|
• Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49 |
|
|
|
• "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02 |
|
|
|
• Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58 |
|
|
|
• "Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21 |
|
|
|
• “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19 |
|
|
|
• Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16 |
|
|
|
• Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14 |
|
|
|
• Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21 |
|
|
|
• Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19 |
|
|
|
• Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15 |
|
|
|
• “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13 |
|
|
|
• Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11 |
|
|
|
• "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10 |
|
|
|
• “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04 |
|
|
|
• Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02 |
|
|
|
• İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58 |
|
|
|
• “Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56 |
|
|
|
• Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53 |
|
|
|
• Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49 |
|
|
|
• Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39 |
|
|
|
• Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35 |
|
|
|
• Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28 |
|
|
|
• Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23 |
|
|
|
• Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19 |
|
|
|
• MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18 |
|
|
|
• “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08 |
|
|
|
• Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06 |
|
|
|
• “Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38 |
|
|
|
• Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25 |
|
|
|
• Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14 |
|
|
|
• Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08 |
|
|
|
• Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Dünən, 15:02 |
|
|
|
• Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Dünən, 14:58 |
|
|
|
• Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Dünən, 14:51 |
|
|
|
• Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Dünən, 14:48 |
|
|
|
• Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Dünən, 14:43 |
|
|
|
• Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Dünən, 14:10 |
|
|
|
|