USAİD-in ləğvi Ermənistanı yasa boğub .....                     "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" .....                     “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” .....                     Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` .....                     "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." .....                     AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... .....                     Türkiyə-Ermənistan sərhədi açılır .....                     "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." .....                     Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                     Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir .....                     Məcnun müəllimin süni intellekt həvəsi .....                     Müəmmalı şəkildə ölən idmançının atası: .....                     Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama .....                     İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır .....                     İlhamə Bədəlova və “Nə varsa”... .....                     “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” .....                     "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" .....                     Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? .....                     SOCAR-da benzin əvəzinə su vurulub .....                     "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." .....                     Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                     “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” .....                     "Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                     Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                 

“Sabunçu” xəstəxanasında OLAY – Anasının həkim laqeydliyindən öldüyünü iddia edən şəxs nələr açıqladı?
Tarix: 23-02-2023, 16:23 | Çap et
“Sabunçu” xəstəxanasında OLAY
Hər kəsin “Sabunçu”xəstəxanası kimi tanıdığı 3 saylı Şəhər Klinik Xəstəxanasından şikayətlərin ardı-arası kəsilmir. Xəstəxanada çalışan tibbi personalın xəstələrə laqeyd münasibətindən və xidmətin keyfiyyətindən gileylənənlər kifayət qədərdir. Öz qanunları ilə fəaliyyət göstərən bu tibb müəssisəsini el arasında “morq” da adlandıranlar var. “Bu xəstəxanaya sağ girib, ölü çıxırsan” deyə fikirlər isə ictimaiyyətin ən məşhur statusuna çevrilib...

DİA.AZ bildirir ki, sözügedən xəstəxana ilə bağlı Bizim.Media-ya bu dəfə Bakı sakini Sara Kərimova şikaytlınib.

Üzləşdiyi problemlərdən danışan şikayətçi yanvarın 30-da 3 saylı Şəhər Klinikasına yerləşdirilən anası 1966-cı il təvəllüdlü Lalə Kərimovanın yanvarın 31-də həkim laqeydliyi və xidmətsizliyi ucbatından vəfat etdiyini iddia edib, ölümə səbəb olanların cəzalandırılmasını tələb edib:

“Yanvarın 30-da anamın vəziyyəti gərginləşdiyi üçün evə təcili yardım çağırdıq. Anamın təzyiqi 240-a çatmışdı. Tibbi müdaxilədən sonra təzyiqi 170-ə düşdü. Sadəcə şəkəri ilə bağlı narahatlığı vardı.

Təcili yardım həkimləri onun 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilməsini məsləhət bildilər. Əslində anamın “Sabunçu” xəstəxanasına aparılmasını istəmirdik. Çünki o tibb müəssisəsi barədə çoxsaylı neqativlər eşitmişdik. Nə yazıq ki, real şahidi olduq.

Xəstəxanaya yerləşdiriləndən sonra anamın özəl xəstəxanalardan birinə köçürülməsini istəsək də, həkimlər “tərpətmək olmaz” dedilər. Razılaşıb, gözlədik. 1 saat 40 dəqiaədən çox vaxt keçdi, anamı müayinə etmək üçün həkim tapılmadı.

Elə anam da o halı ilə dəhlizdəcə gözləməli oldu. Xeyli müddət keçəndən sonra bir həkim aqressiv şəkildə yaxınlaşaraq “mən tək, xəstə çox” deyə deyinməyə başladı. Çox çətinliklə və “hörmət” qarşılığında anamı palataya yerləşdirə bildik.

Orada vəziyyəti daha da pisləşdi, şəkər və yüksək təzyiqə görə insult keçirdi. Dəfələrlə həkim tələb etdik, reaksiya verən olmadı. Arada tibb bacısı yaxınlaşaraq sidikqovucu dərman verib gedirdi. Həkim isə ümumiyyətlə gözə dəymədi”.

Şikayətçinin sözlərinə görə xahişləri ilə xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Amma anaya orada da laqeyd münasibət göstərilib:

“Təsəvvür edin, anamı reanimasiya şöbəsinə aparmaq üçün tibbi personal yoxdur. Onu özümüz daşıdıq. Reanimasiyaya yerləşdiriləndən sonra şöbə müdiri Anar həkim içəridə xəstələrin kamera nəzarətində olduğunu deyərək, bizə gözləməyə icazə vermədi.

Reanimasiya həkimi Gülayə Əbilova isə anamın müalicəsi üçün 200 manatlıq resepti əlimizə verib, “bu dərmanları “Elite” aptekdən alıb gətirin. Başqa aptekdən almayın, mən yazdığım dərmanlar yalnız oradadır” deyə bildirdi.

Həkimə anama yaxşı baxması üçün “hörmət” edib, xəstəxanadan çıxdıq. Saatlarla həkimin dediyi aptekləri axtardıq. İş vaxtı bitdiyi üçün həmin aptelin bütün filialları bağlanmışdı. Həkimə zəng etdik ki, “Elite” apteklər bağlıdır. Təkid etdi ki, “mütləq oradan almalısınız.

Yaxşı gözləyin, səhər alarsıznız” dedi. Gözümüzə həmin günü yuxu getmədi. Anamın vəziyyətindən çox narahat idik. Bir neçə dəfə xəstəxanaya zəng etdik ki, durumu öyrənək, götürən olmadı. Gecə saat 4-də həkim zəng edib anamı ürək aparatına qoşduqlarını məlumat verdi.

Özümüzü xəstəxanaya çatdıranda həkim “ananız çoxdan keçinib, sadəcə özüm demirdim. Zatən ananızı reanimasiyaya gətirəndə bilirdim ki, o keçinəcək” dedi. Sual yaranır, əgər anamın ölümünü həkim əvvəlcədən bilirdisə, əlimizə dərman siyahısı niyə vermişdi? Dövlət məgər xəstəxanaları dərmanla təchiz etmir? Şəkəri ölçmək üçün lazımi avadanlıqlar niyə xəstəxanada olmasın ki? Heç kimi günahlandırmıram, ola bilər ki, anamın taleyi o yaşa qədər yazılıb. Amma dəqiq əminəm ki, anamı ölümünə məhz həkim laqeydliyi, məsuliyyətsizliyi, xəstəxana özbaşınalığı və tibbi xidmətsizlik səbəb oldu. Dediyimdə yalnışamsa, əksini sübut etsinlər”.

Sara Kərimova qeyd edib ki, dəfələrlə reanimasiya şöbəsinin müdirindən anasının ölüm anı ilə bağlı kamera görüntüsünü tələb etsə də, qarşı tərəf nala-mıxa vuraraq, bu görüntüləri ailədən gizlədib:

“Anamı dəfn edəndən sonra Anar həkimin qəbuluna getdim. Bildirdim ki, reanimasiya qarşısında gözləməyə məhz kamera görüntüsünə görə icazə vermədiz. İndi bizə bu görüntüləri təqdim edin, əmin olaq ki, anama orada xidmət göstərilib. Anar həkim isə “bizdə kameralar yoxdur” deyib. Yəni əvvəl dediyi sözü təkzib edib.

Məsələ ilə bağlı polisə müraciət edəcəyimi deyib xəstəxanadan çıxdım. Bir ay keçəndən sonra Anar həkim mənə zəng edərək, “gəlin görüntülərə baxın” dedi. Çox güman ki, polisə müraciıtimdən ehtiyatlanmışdı. Getdim, 2 dəqiqəlik videoda anama aid heç nə görmədim. Çarpayıdakı xəstənin anam olduğunu sübut edəcək fakt təqdim olunmadı.

Bəlkə də başqa xəstəyə aid kəsilib hazırlanmış kiçik bir videogörüntülər idi. İndi də tələbim odur. Anamın reanimasiya şöbəsində olduğu müddətin bütün görüntülərinə aydın şəkildə baxmaq istəyirəm. O zaman xidmət barədə rəy verəcəyəm. Bunu mənə təqdim etsinlər, başqa heç nə istəmirəm”, - deyə şikayətçi əlavə edib.

Qeyd edək ki, Sara Kərimova məsələ ilə bağlı Sabunçu Rayon Polis Şöbəsinə və Sabunçu Rayon Prokurorluğuna müraciət edib. Rayon Prokurorluğundan şikayətçiyə cinayət faktı baş vermədiyi üçün müraciətin əsassız olduğu bildirilib. Şikayətçi tələbi ilə bağlı fevralın 27-də Tibbi Ərazi Bölmələri İdarəetməsi Birliyinə (TƏBİB) də müraciət edəcəyini də vurğulayıb.

3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya həkimi Gülayə Əbilova barəsindəki ittihamlara isə belə cavab verib:

“Mən növbədəydim. Lalə Kərimovanı saat 1-də Nevrologiya şöbəsinə yerləşdirmişdilər. Mənə məlumat gəldi ki, xəstə orada pisləşib. Onu təcili baş-beyin qan dövranının ilkin diaqnozu ilə reanimasiya şöbəsinə köçürdük. Xəstə yaxınlarına heç bir dərman-filan aldırmamışıq.

Hər şey şöbədən olunub. Xəstənin kürəkəni Arifə tez-tez məlumat vermişəm və Lalə Kərimovanın vəziyyətinin ağır olduğunu, hətta telefonu 2-3 saat ərzində “açıq qoyun” demişəm. Mən 16 ilin işçisiyəm və xəstəyə baxanda bilirəm ki, durumu nə yerdədir. Xəstə bizə koma vəziyyətində qusaraq daxil olub.

Mən xəstəni süni tənəffüs aparatına belə qoşmuşam və o da bizim kameralarda öz əksini tapıb. Onlarla heç bir konfliktim olmayıb və heç bir dərman alınmayıb. Mən öz işimi yüksək səviyyədə və protokola uyğun şəkildə yerinə yetirmişəm. Bütün xəstələrə necə lazımdırsa, baxılır”.

Gülayə Əbilova reseptlə bağlı məsələyə də münüasibət bildirib. O, xəstə yaxınlarının ona şər-böhtan atdığını deyib:

“Ağ yalan danışırlar. "MediSmart Diabet" şəkər ölçən aparatı da başqa xəstədən götürmüşəm. Bizdə “MediSmart” yoxdur. Gətirsinlər o resepti mənə göstərsinlər. Yalana və şantaja görə mən də onları məhkəməyə verəcəyəm. Bu qədər ağ eləməsinlər. Hər şeyimiz var. Bir dərman belə alıb verməyiblər”, - deyə həkim özündən çıxıb.

TƏBİB-dən saytımıza isə məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru