“Greenville Residence”dən ŞİKAYƏT - Bu ədəbsizliyi şirkətin əməli kimi qəbul edirəm
Tarix: 5-09-2024, 10:39 | Çap et
 "Narazılığım "Greenville Residence" yaşayış kompleksindəndir". "Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri vətəndaş Orxan Nağı bildirib. O daha sonra başına gələnləri belə nəql edir:
"Dostumun verdiyi məlumata əsasən Greenville yaşayış kompleksində 67 m² mənzil var və 1 m² 1500 AZN-dən satılır. Daxili kredit ilə 5 illik ödəniş mümkündür. Şərtləri tam öyrənmək üçün dünən yaxınlaşdım satış ofislərinə.
Satışda olan evləri dedilər, lakin arasında 67 m² olmadığını, əllərində ən yaxını 89 m² olduğunu dedilər. Şərtləri açıqladılar, lakin 1m² üçün 1600 AZN ödəniş etməli olduğumuzu bildirdilər. Qiymətin birdən-birə 100 AZN qalxması məni narahat etsə belə çox söz-söhbət etmədim. Axşam olduğu, açarın olmadığı əsas gətirərildiyindən evə baxmağı 1 gün sonraya saxladıq və 50 AZN beh verdim. Satış müdiri (Alyona) və satış meneceri (Ruslan) beh məbləğinin istənilən başqa evə köçürülməsinin mümkünlüyünü bildirdilər və mən də razılaşdım.
Bu gün səhər dostuma dedim olanları və inanmadı. Şirkətin satış menecerinə (Ruslan) zəng etdi və 2 gün əvvəl 67 m² olan evin hələ də qaldığını soruşdu. Ruslan bəy isə qaldığını, yenə də 1 m² üçün 1500 AZN ödənməli olduğunu dedi. Dostum dərhal dünən 89 m² olan mənzil üçün verilən beh məbləğinin 67 m² olan mənzilə dəyişdirilməsini istədi və razılaşma oldu. Təxminən 1 saat sonra Ruslan bəy yenə zəng etdi və dəqiqləşdirmək üçün suallar verdi, yenə də eyni cavabları verdik və axşam gələrək ödəniş edəcəyimizi bildirdik.
Axşam dostumla getdik, lakin Ruslan bəy bizi görən kimi gec gəldiyimizi, 67 m² olan evin rəhbərliyə aid olduğunu, satılmasını rəhbərliyin istəmədiyini dedi. Biz nə qədər bunun doğru olmadığını bildirsək də faydası olmadı. Dünən 67 m² mənzilin nə üçün gizlədildiyini soruşdum, amma gülməli olan "sizə dünən məlumatları verən əməkdaşımız stajyordur" cavabını aldım. Halbuki stajyor dediyi şəxs bütün məlumatları səlis və dolğun şəkildə bizə izah edirdi.
Rəhbərliyə məsələni bildirməsini, və müştərinin narazı olduğunu xəbər verməsini istədim, amma Ruslan bəy bunun faydasız və mənasız olduğunu deyərək təklifimi geri çevirdi. Razılaşmanı siz pozursunuz dedim, amma tam əksini iddia etdi. Söhbət etməyin mənasız olduğunu və müştəri məmnuniyyətini vecinə almayan şirkət olduğunu anladığım üçün behimi ikiqat almalı olduğum halda, 50 AZN itirmiş şəkildə satış ofisindən ayrıldım. Ayrılan zaman bu məsələni sosial şəbəkələrdə işıqlandıracağımı rəhbərliyinə bildirməsini istədim və Ruslan bəy bildirəcəyini dedi.
Bu mövzuda nə işçini, nə də satıcını günahkar hesab edə bilmərəm, çünki işçi əmr quludur. Mənə edilən bu ədəbsizliyi işçinin deyil, şirkətin əməli kimi qəbul edirəm, çünki Greenville yaşayış kompleksinin satış ofisində əyləşən hər kəs Greenville yaşayış kompleksini və Aral Group MMC-ni təmsil edirlər..."


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
|