Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib .....                     Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ .....                     Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? .....                     Sərkisyana sui-qəsdlə bağlı iki versiya: .....                     AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu .....                     Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır .....                     Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir .....                     1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... .....                     Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək .....                     Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK .....                     Burda doğru danışana TƏZYİQ EDİRLƏR... .....                     "Atam hələ xəstəxanadadır" .....                     Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu .....                     "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." .....                     Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq .....                     Bakıdan Pezeşkiana siqnal göndərildi .....                     Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək .....                     Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik .....                     “Təhsil deyil, biznesdir” .....                     Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? .....                     Gömrük generallarının pensiya QALMAQALI .....                     İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir .....                     "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək .....                     “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." .....                     "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" .....                     Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı .....                     Parlamentdə yeni TƏYİNAT .....                     İrəvandan açıqlama: .....                     "İmam Əli Mərkəzi" casus yuvasıdır .....                     Qızı vermədilər, oğurladılar .....                     Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                 

«SƏHLİYALI» ŞİRKƏTİNİN BÖYÜK YALANLARI
Tarix: 20-06-2012, 12:51 | Çap et
«SƏHLİYALI» ŞİRKƏTİNİN BÖYÜK YALANLARI

VƏTƏNDAŞLARIN HƏYATI NECƏ TƏHLÜKƏ ALTINA ATILIR?

1996-cı ildən fəaliyyət göstərən “Səhliyalı” kiçik-müəssisəsinin məhsulları nədənsə digərlərinə nisbətən daha çox reklam olunur. Təbii ki, bu, şirkət rəhbərliyinin şəxsi seçimi və bazarda liderlik uğrunda mübarizəsinin bariz göstəricisidir. Reklam roliklərində qeyd olunur ki, “Səhliyalı” firması bu gün müasir, stabil, satış bazarında məşhur müəssisədir və o, aktiv inkişaf edərək, öz məhsullarının keyfiyyətinə zəmanət verir.
Bildirilir ki, “Səhliyalı”nın əsas fəaliyyəti ət məhsullarının istehsalıdır. Və istehsal olunan məhsulların geniş çeşidi alıcıları öz dadı və keyfiyyətilə razı salır. Bax, bu, nədənsə o qədər də inandırıcı görünmür. Bu barədə bir qədər sonra ətraflı məlumat verəcəyik.

Hələlik məlumatı olmayanların nəzərinə çatdıraq ki, “Səhliyalı” müəssisəsi bir ailə firmasıdır. Belə ki, dörd qardaş ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssisəyə babalarının adını veriblər. Məhsulların üzərində əks olunan “BS” loqotipinin açılışı isə belədir: Bəşir – ata, Səhliyalı – baba adıdır…

Hələ iki il öncə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinq zamanı “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan yağın keyfiyyətinin etiket göstəricilərinə uyğun olmadığını aşkarlanmışdı. Qeyd edək ki, həmin vaxt aparılan monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən müəssisədə məhsulun etiketinə əsasən, tərkibində kərə yağının miqdarı 52,5 faiz təşkil etdiyin halda, laborator müayinə zamanı bu məhsulun tərkibində ümumiyyətlə, kərə yağı aşkar edilməmişdi. Bundan başqa, qüvvədə olan normativ sənədlərə əsasən, bu yağ “qarışıq kərə yağı” kimi etiketlənməli olduğu halda, müəssisə tərəfindən məhsulun üzərində iri formatda “HALAL KƏRƏ YAĞI”, kiçik həflərlə isə “qarışıq” sözü yazılmaqla, istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilmişdi.

İlkin araşdırmalar zamanı həmçinin, müəssisədə istehsal edilən “BS” əmtəə nişanlı əla növ bişmiş “Südlü”, “Doktorskaya” və “Lyubitelskaya” kolbasalarının və əla növ “Manqalüstü” sosiskanın, yağlılığı 1,4 faiz olan ayranların, 15 faiz və 25 faiz yağlılıqlı xamaların, “Səhliyalı” brınza pendirlərinin etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, “1000 bərəkət, halal nemət” əmtəə nişanlı əla növ “Ovçu”, “BS” əmtəə nişanlı əla növ “Doktorskaya” kolbasalarının müvafiq resepturalar olmadan istehsal edildiyi müəyyən olunmuşdu.

Ötən il isə bir daha “Halal nemət, min bərəkət” ticarət nişanı ilə kolbasalar istehsal edən “Səhliyalı” müəssisəsinin saxta məhsullar buraxdığı aşkarlandı. Belə ki, məhsulların üzərində “Qafqaz Müsəlmanları İdarəsi təminat verir” ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edib. Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında “Səhliyalı”nın adı yoxdur. O zaman qeyd olunurdu ki, kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Odur ki, çəkilmiş ətə – farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın. Təbii ki, bütün bunlar “Səhliyalı”nın məhsullarının halal olması barədə təsəvvürləri alt-üst etməyə yetər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun bir müddət öncə məsələ ilə bağlı verdiyi açıqlamadan da aydın olur ki, “Səhliyalı”nın istehsal etdiyi məhsullar heç də deyildiyi kimi halal-filan deyil. Beləliklə, komitə sədrinin sözlərindən məlum olur ki, bəzi ərzaq mallarının üzərində “Halal” sözünün yazılması məhsulun şəriət qaydalarına uyğun istehsal edilməsi demək deyil: “Bu tipli ticarət nişanları heç bir mahiyyət daşımır. Çünki Azərbaycanda hələlik halal standartları müəyyən edilməyib”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da dəfələrlə “Halal” nişanı altında satılan malların halal olmadığını təsdiqləyib: “Azərbaycanda “Halal” nişanı ilə buraxılan mallarla xalqı aldadırlar. Ölkəmizdə “Halal” adı ilə bir firma mal buraxır ki, onun yalnız adı belədir, məhsul heç də halal deyil. Halal məhsul odur ki, onun xammalından tutmuş, istehlakçının masasına gələn məhsula qədər hazırlanmasında dini qaydalara əməl edilsin. Çox yaxşı olar ki, halal mallara dini qurumlar sertifikat versin və hazırlanma mexanizminə nəzarət olsun. Hər bir halal mal bir anda halallığını itirə bilər, ona görə də istehlakçılar satışdakı mallara ümid etməsinlər”.

Bütün bunlardan sonra “Səhliyalı” müəssisəsinin məhsullarına etibar edib-etməmək barədə özünüz qərar verin. Ancaq unutmayın ki, yuxarıda qeyd olunanlar ağız söhbəti yox, rəsmi qurumların mövqeyidir. Odur ki, sizlərə “Səhliyalı”nın məhsullarından istifadə edərkən diqqətli olmağı məsləhət görərdik.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. / gundeminfo /










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47
Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44
1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38
Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36
"Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24
"Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20
Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16
Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08
Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06
“Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37
"Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24
“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21
"Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15
Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12
Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11
İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07
"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06
Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru