GDU-da da qiymətlər QALXDI - İDDİA
Tarix: 2-12-2016, 12:13 | Çap et
![GDU-da da qiymətlər QALXDI GDU-da da qiymətlər QALXDI](/uploads/posts/2016-12/thumbs/1480666452_0001.jpg) Gəncə Dövlət Universitetinin rektoru Yusf Yusibovun öz işində yol verdiyi çox ciddi nöqsanlar hal-hazırda bu ali təhsil müəssisəsinin fəaliyyətini son dərəcə arzuolunmaz bir duruma gətirmişdir. Bu barədə artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda xəbər verilir. Aldığımız açıqlamalarda vurğulanır ki, hazırda GDU-da 4115 nəfər tələbə ödənişli əsaslarla təhsil alır. Lakin bu tələbələrdən əldə olunan gəlirlərdən universitetin müəllim heyətinə demək olar ki, heç nə çatmır. Mənbələr vurğulayırlar ki, müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, ödənişli əsasla təhsil alan tələbələrin keçirdikləri təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir. Halbuki, bir çox ixtisaslar üzrə ödənişli təhsil üçün müəyyən olunmuş qiymətlər GDU-da hətta əksər paytaxt universitetlərində olduğundan da yüksəkdir. Amma bu yüksək qiymətlərin nə tələbələrin aldıqları təhsilin keyfiyyətinə, nə də əziyyət çəkən müəllimlərə heç bir xeyiri də olmur. Əksinə, bu yüksək məbləğlər ilbəil GDU-nun rəhbərliyi tərəfindən təmir işləri, mebel və avadanlıqların alınması və digər adlar altında “silinərək” mənimsənilir. Məhz belə bir talançı yanaşma tərzinin nəticəsidir ki, bu gün 32 laboratoriyası olan universitetdə, hələ indiyədək bir dənə də olsun ciddi elmi nəticə əldə olunmayıb. Bu laboratoriyaların əksəriyyəti bütün tədris ili boyunca qapısı bağlı vəziyyətdə qalsa da, Yusif Yusibovun göstərişi ilə tərtib olunan sənədlərdə onların az qala gecə-gündüz, intensiv şəkildə analiz və elmi- tədqiqat işlərilə məşğul olduğu qeyd olunur. Bunda məqsəd isə, yenə də maliyyə maxinasiyaları üçün əlavə şərait və imkanlar əldə etməkdir. Digər tərəfdən də, redaksiyamıza daxil olan müraciətlərdə tələbələrin unuversitet rəhbərliyinin rüşvət tələblərindən artıq zinhara gəldikləri aşkar hiss olunur. Bu xüsusda bizə təqdim olunan açıqlamalardan birində deyilir: “GDU-nun tələbələri yeni “qiymət tarifləri” qarşısında çarəsiz qalmışlar. Məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib.Universitetdə oxudun-oxumadın, hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa “kafi” də vermirlər. “Kafi”nin qiyməti 70 manat, “yaxşı” 80 manat, “əla” isə, 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində də 150-200 manat civarında pul yığılır. Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da, onlardan 50 manat pul tələb olunur. Gəncə Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən, fakültə dekanlarına həvalə olunmuşdur. Elə növbəti semestr imtahanları və dövlət imtahanları üçün yığım prosesinə başlanma xəbəri də məhz bu şəxslər tərəfindən elan olunur. Dövlət imtahanı üçün bəri başdan 500 manatdan yığılır. Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar (20000 manat), kafedra müdirləri (10000 manat) və müəllimlər (5000-8000 manat), hətta laborantlar (3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar...”
Bununla belə, son aldığımız məlumatlarda bu da qeyd olunur ki, hazırda Gəncə Dövlət Universitetinin rəhbərliyi enerji daşıyıcılarına qiymətlərin qalxması ilə əlaqədar, universitetdə yeni müəyyən olunmuş “qiymət tarifləri”nə də yenidən baxmağa hazırlaşır.
Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
|