“Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                     Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                     Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                 

Fars-molla rejiminin ABSURD ƏNDİŞƏSİ... - Niyə narahatdırlar?
Tarix: 9-11-2020, 09:16 | Çap et
Fars-molla rejiminin ABSURD ƏNDİŞƏSİ...
“İranın şimal-qərb sərhədlərinə hər hansı təhdid yoxdur, sabitliyin qorunması, Dağlıq Qarabağ münaqişəsinin Bakı ilə İrəvan arasında dialoq və danışıqlar yolu ilə həll edilməsi vacibdir”.

Ovqat.com xəbər verir ki, İran İslam Respublikası ordusunun quru qoşunları komandanı, briqada general Qiyumars Heydəri Dağlıq Qarabağda gedən döyüşləri şərh edərkən belə deyib.

Onun sözlərinə görə, İranı hər iki qonşusu ilə bir çox ortaq dəyərlər birləşdirir və İran Azərbaycanla Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə, dövlət sərhədlərini qorumağa, problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır.

"Bölgənin geopolitikasını qorumaq İranın qırmızı xəttidir və heç bir qüvvə bölgənin coğrafiyasını dəyişdirməyə çalışmamalıdır",-Heydəri açıqlamasında bildirib.

Qeyd edək ki, sərhədlərin qorunması barədə xəbərdarlıq təkcə Heydəri tərəfindən dilə gətirilməyib. Ondan əvvəl İran dini lideri Xameneyi də bənzər bəyanatla çıxış etmişdi. Dini lider müharibənin 38-ci günü açıqlama verərək, Azərbaycanın ərazi bütünlüyünü tanıdıqlarını bəyan etməklə və Ermənistanı öz qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırmaqla yanaşı, sərhədlərin dəyişilməməsinin vacibliyini vurğulamışdı.

Bəs , görəsən, İranın son vaxtlar tez-tez dövlət sərhədlərin dəyişilməzliyi prinsipini dilə gətirməsinin altında yatan hikmət nədir?

Suallarımızı cavablandıran fəlsəfə elmləri doktoru, siyasi şərhçi Aydəm İsmayılov İran rəsmilərinin bu çağırışlarının gəlişigözəl sözlər olmadığına və Azərbaycan ordusunun Ermənistanın bəzi ərazilərini nəzarətə götürə biləcəyi əndişəsindən doğduğuna inanır. Onun fikrincə, bu narahatlığın əslində real əsasları da yox deyil:

“Əvvəla, ona görə ki, Laçin dəhlizini tam nəzarət altına almaq istəyən Azərbaycan ordusu öz ağır hərbi texnikalarını Qubadlı-Laçın magistralından keçirməlidir. Bu magistral isə bir çox yerlərdə Ermənistanla tam sərhədlərimizdən keçir və həmin xətlə daşınan hərbi texnikalarımız qonşu dövlət tərəfindən atəşə tutulur. Azərbaycan erməni hücumlarının qarşısını almaq üçün istər-istəməz cavab atəşi açmalı, yeri gələndə həmin təhlükəli yerləri tamamilə zərərsizləşdirmək üçün öz nəzarətinə götürməlidir. Əsgərlərimiz Ermənistanın bu ərazilərindən atəşə tutulduğundan Azərbaycanın beynəlxalq hüquqa görə də belə bir haqqı var. 30 il erməni işğalına susan İranın məhz belə bir məqamda sərhədlərin qorunması prinsipini yada salması xeyli düşündürücüdür.

Digər tərəfdən 30 ildir erməni blokadasında qalan Naxçıvanın Azərbaycanın materik hissəsinə birləşdirilməsi də günün vacib tələblərindəndir. Vaxtilə rus imperiyasının Azərbaycandan alıb Ermənistana hədiyyə etdiyi Zəngəzur mahalı bu gün olmasa belə, sabah mütləq gündəmə gələcək və ordumuz öz tarixi torpaqlarını dövlət ərazimizə qatacaq. Bu təkcə Naxçıvanın blokadadan çıxarılması üçün deyil, həm də Türkiyədən başlayaraq, Orta Asiyaya qədər uzanan coğrafiyada zamanın tələbləri ilə qurulması gözlənilən Türk iqtisadi-siyasi əlaqələrinin bərpası üçün vacibdir. Nə yazıq ki, tarixi zərurət halına gələn bu hədəfin reallaşması yolunda ən ciddi əngəllərdən biri də Zəngəzur mahalının erməni işğalında olmasıdır.

Üstəlik, Zəngəzurun 1920-ci ildən sonra Ermənistana verilməsi onun İranla da qonşuluğa sığmayan münasibətlərinə zəmin yaradır. Son müharibə dövründə Rusiyadan Ermənistana göndərilən silah karvanlarının məhz bu ərazidən keçərək ünvanına çatdırıldığına dair çox saylı video-dəlillər ortaya çıxmışdı. Azərbaycan ordusu bu təhlükəli əlaqəyə nəzarət etmək üçün də Zəngəzura sahib çıxmaq durumunda qala bilər. Təsadüfi deyil ki, Türkiyənin milli düşüncəli partiyalarından olan MHP sədri Dövlət Bağçalı da bu xüsusu dilə gətirərək Naxçıvanla Azərbaycanın birləşdirilməsinin tarixi zərurətə çevrildiyini bildirmişdi.

Ayrıca, son müharibə dövründə istər Naxçıvandakı mülki ərazilərimiz, istərsə də işğaldan azad olunan Dağlıq Qarabağ ətrafındakı hərbi mövqelərimiz Ermənistanın bu coğrafiyadakı hərbi birlikləri tərəfindən zaman-zaman atəşə tutulur. Sözsüz ki, Azərbaycan düşmənin bu təcavüzkar siyasətinə laqeyd qala bilməz və onlara layiq olduqları cavabı verməlidir. İranın məhz belə bir zamanda həyəcanlanması, istər dini lideri, istərsə də hərbi komandanlığı çərçivəsində sərt reaksiyalar verməsi heç də yaxın qonşuluq siyasətilə bir araya sığmır”,-Aydəm İsmayılov belə deyib.

Ekspert həmçinin əlavə edib ki, Azərbaycan ordusu öz milli maraqlarımızdan çıxış edərək düşməni zərərsizləşdirməyə çalışır və erməni müqaviməti dövlət sərhədlərimizdən kənara sıçrayarsa, buna cavab vermək məcburiyyətində qalacaq: “Qeyd etdiyim kimi, artıq dəfələrlə Azərbaycan mövqeləri Ermənistan tərəfindən atəşə tutulur, Dağlıq Qarabağda əsgərlərimizlə savaşa qatılanlar arasında Ermənistan vətəndaşları da var. Təkcə bu faktın özü Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığını və ərazisini işğal etdiyini təsdiqləyən ən bariz nümunədir və rəsmi Bakıya müharibəni sərhədlərindən kənara çıxarmaq hüququ verir”.

İranın bu “canıyananlığına” gəlincə, ekspert Tehrana öz daxili problemlərinə zaman ayırmağı məsləhət bilərək, fikrini belə yekunlaşdırıb: “İran Azərbaycanın dəftərinin bir qırağına yazdığı qeydləri artırmasın. Bu günün sabahı var və biz qiyamətə qədər qonşu olaraq yaşayacağıq. Yaxşı olar ki, bir-birimizin üzünə utanmadan baxa bilək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru