Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                 

Əmək müqaviləsiz işçiləri çalışdıran "Binəqədi park" MMC qanunları tanımır: - Tikinti "patron"u Nazim kimə arxayındır?..
Tarix: 4-08-2021, 11:48 | Çap et
Əmək müqaviləsiz işçiləri çalışdıran "Binəqədi park" MMC qanunları tanımır:
"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Şəki rayon sakini 57 yaşlı Abdullayev Sakit Şakir oğlu müraciət edib.

Sakit Abdullayev müraciətində bildirir ki, Binəqədi rayon "Zəngəzur" qəsəbəsində aparılan 4 mərtəbəli binanın hazırda davam edən tikintisində 6 gün fəhlə işləyib.

Lakin, artıq orada işləmir.

Səbəb isə onunla bir tikinti obyektində çalışan digər fəhlənin ustası Aydın İlə dava etməsidir.

Sakit Abdullayev redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edir ki, usta Aydın öz fəhləsinə deyil, Sakit Abdullayevə "Dur, mənə palçıq gətir" deməsi, ona acıq gedib.

A.Sakit gətirməyəcəyini, onun öz fəhləsinə tapşırıq verməli olduğunu dedikdə, usta onun atasına söyərək, təhqir edib və boynunun arxasından zərbə endirib.

Bu barədə Sakit Abdullayev sözügedən tikintidə prorab olan Füzuli adlı şəxsə və həmin ərazi üzrə polis bölməsinə şikayət edib.

Sakit Abdullayev iddia edir ki: - "Polis tikintinin rəhbəri ilə əlbir olub, məni hadisədən bir neçə gün keçdikdən sonra ekspertizaya göndərdi. Ovaxta qədər artıq ustanın vurduğu zərbənin yeri sağalmaq üzrə olduğundan ekspertiza rəyində zərbənin yüngül olduğu qeyd edilib".

S.Abdullayev isə buna etiraz edib və dəymiş ziyanı ödəmələrini tələb edib.

Çalışdığı tikinti obyekti ona 600 (altı yüz) manat pul təklif edib. S. Abdullayev təklif olunan məbləğ ilə razılaşmayıb.

Bundan sonra, necə deyərlər, "Əli aşından da olub, Vəli aşından da".


S. Abdullayev edaksiyamıza müraciətində bir polisin onun işinə düzgün baxmadığını iddia edir, bir də dəymiş ziyanın 1.000 (min) manat məbləğində olmaqla ona ödənilməsini tələb edir.

Bu Binəqədi rayon "Zəngəzur" qəsəbəsində yerləşən tikinti obyektində baş vermiş hadisədir.

Lakin, sözügedən tikinti obyektində daha böyük proseslər də baş verməkdədir.

Sən demə "öküzün yekəsi pəyədə imiş".

Demək, Sakit Abdullayev orada işə alındığı gündən, işdən kənarlaşdığı günə qədər heç bir əmək müqaviləsi olmadan işləyib. (Həmçinin digər çalışanların da əmək müqaviləsinin olmadığını bildirir.)

Şirkətin tikintidə çalışanları xüsusi geyimlərlə təmin etməməsi, eyni zamanda onların təhlükəsizliyini təmin etməməsi barəsində də məlumat almışıq.

Buradan belə nəticəyə gəlmək olur ki, şirkət işçilərini əmək müqaviləsi bağlamadan çalışdırmaqla həm əmək məcəlləsinin müvafiq maddələrini heçə sayır, həm də dövlətin vergisini ödəməkdən yayınır.

Bütün bunlar barəsində redaksiyamız tərəfindən Dövlət Əmək Müfəttişliyinə və Vergilər Nazirliyinə rəsmi sorğu göndəriləcək.

Nəticələri barəsində isə növbəti yayımlarımızda izləyicilərimizə ətraflı məlumat veriləcək.

P.S: Mövcud məsələ barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə sözügedən tikinti obyektinin prorabı Fizuli bəylə telefon əlaqəsi saxladıq.

Fizuli bəy biz özümüzü təqdim edib, zəng etmə səbəbimizi bildirən kimi, bizi qabaqlayıb ilk sualı o verdi:

- "Müəllim, siz heç yoxladınız o insanın psixi durumu yerindədir, yoxsa yox?".

Cavabında Fizuli bəyə bunun bizim işimiz olmadığını bildirdik və izah etdik ki, bizim işimiz sadəcə şikayətçinin şikayətini və qarşı tərəfin mövqeyini öyrənib dərc etməkdir. Araşdırma və digər məsələlər hüquq-mühafizə orqanlarının işidir. Bununla bağlı biz aidiyyəti qurumlara rəsmi sorğu göndərəcəyik, onlar lazımi araşdırmalar aparıb, müvafiq tədbirlər görəcəklər.

Fizuli bəy: - "Ay müəllim o adam normal adam deyil. O psixdir. Ona mən dedim gəl 300 manat verək, əl çək bizdən. Cəhənnəm ol get. Ürək bulandırma. O da deyir yox, mənə 1.000 (min) manat ver.
O adamın psixikası normal deyil. Sizin başqa işiniz yoxdur düşmüsünüz bir xəstənin sözüylə ortaya?"

Biz: - " Fizuli bəy, siz bu adamı orada 8 gün əmək müqaviləsi bağlamadan işlətmisiniz..."

Fizuli bəy sözümüzü ağzımızda kəsib:

- "O heç də onu qoy qırağa. Biz indi Sakitin şikayətindən danışırıq".

Qeyd: Fizuli bəyin və onun kimi bir çoxlarının "qırağa qoyduqları" bu məsələ Azərbaycan qanunlarının kobud şəkildə pozulması faktıdır.

Bundan əlavə yüzlərlə, bəlkə də minlərlə tikinti obyektlərində yaşanan qəzalar zamanı ölən və xəsarət alan, bir tikə çörək üçün evindən çıxan insanların qanının batmasıdır.

Bunu onlar dərk etmir. Ya da etmək istəmirlər.

Fizuli bəy əvvəl bizimlə normal şəkildə danışıb, məsələni yerində araşdırmamız üçün həmin obyektə getməmizi xahiş etdi. Biz də cavabında:
"Yaxşı. O zaman biz sabah komanda ilə yaxınlaşarıq"- dedik.

Fizuli bəy bu zaman çox aqressiv şəkildə:

- "Hə, di yığ komandanı gəl. Əl çək. Kiminlə istəyirsən gəl".

Biz:
- "Nə komanda?"

Fizuli bəy: (kinayəli)
- "Demirsən komanda yığıb gələcəm? Mən də deyirəm kimi istəyirsən yığ, gəl. Biz də burda qarşılayacağıq".

Söhbətimizin əvvəlində özünü ali təhsilli mühəndis kimi təqdim edən 60 yaşlı Fizuli bəy bizim aparacağımız çəkiliş komandasını, "söhbətə gedən məhlə uşaqları" zənn etmişdi deyəsən.

Əlqərəz.

Fizuli bəylə söhbətimizdən bir qədər sonra həmin tikintinin rəhbəri Nazim adlı şəxs bizimlə telefon əlaqəsi saxladı və başladı bizə işimizi öyrətməyə ki, "siz əvvəlcə ekspertizadan araşdırın, sonra polisdən".

Biz təkrar Nazim bəyə də izah etdik ki, araşdırmaq üçün aidiyyəti qurumlara rəsmi sorğu göndəriləcək, lazım olan addımlar aidiyyəti qurumlar tərəfindən atılacaqdır.

Əmək müqaviləsi olmadan 8 gün işçi işlətmələrini də Nazim bəy belə izah etdi ki: - "O adam gəldi məndən normal şəkildə iş istədi, mən də götürdüm görüm necə işləyir. Ona görə sənədsiz idi. Mən özümə şəxsi ev tikirəm".

Qeyd: Şikayətçi Sakit Abdullayev inşa edilməkdə olan binanın 5 mərtəbəli iaşə obyekti məqsədli olduğunu deyir.

Tikintinin prorabı Fizuli bəy tikinti şirkətinin adını "Binəqədi park" MMC olduğunu bizə bildirmişdi.

Tikintinin rəhbəri Nazim bəy isə özünə 4 mərtəbəli ev tikdirdiyini bildirir.

Tikintinin özəl olması Əmək Məcəlləsinin müvafıq maddələrini pozmağa əsas vermir. İstənilən halda müqaviləsiz çalışdırmaq, birmənalı şəkildə çalışanların hüquqlarını pozmaqdır.

Daha sonra Nazim bəy onu da qeyd etdi ki, "o insan normal insan deyil. O bu yolla insanları şantaj edib pul qazanır".

İstər prorabın, istərsə də tikinti rəhbərinin gətirdikləri arqumentlərin heç birisi nə onlara, nə də onlar kimi çalışan digər obyektlərə insanların hüquqlarını, dövlətin qanunlarını pozmağa əsas vermir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Dünən, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Dünən, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Dünən, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru