“AzerGold” və Özbəkistanın müvafiq nazirliyi arasında memorandum imzalanıb
Tarix: 27-02-2023, 13:29 | Çap et
DİA.AZ: - 24 fevral 2023-cü il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumu imzalanıb.
DİA.AZ xəbər verir ki, Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin aparılması və aşkar edilmiş qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması niyyətini ehtiva edən sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Özbəkistanın dağ- mədən işi və geologiya nazirinin müavini Azam Kadirxocayev imzalayıblar.
Memoranduma əsasən, “AzerGold” QSC tərəfindən Özbəkistanda nəcib metal filizi təzahür sahələri barədə mövcud geoloji məlumatların öyrənilməsi, qızıl yataqlarının tədqiqi və işlənilməsi ilə bağlı fəaliyyətə təcrübəli mütəxəssislərin cəlb edilməsi, qarşılıqlı texniki dəstəyin göstərilməsi, layihələrin icrası ilə bağlı konkret təkliflərin hazırlanması nəzərdə tutulub.
Qeyd edək ki, iki ölkə arasında dağ-mədən və geologiya sahəsində birgə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə daha əvvəl nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilərək, institusional məsələlər ətrafında müzakirələr aparılıb. Belə ki, “AzerGold” QSC-nin nümayəndə heyətinin 20-22 iyun 2022-ci il tarixlərində Özbəkistan-Azərbaycan Biznes Forumu, 2-4 noyabr 2022-ci il tarixlərində 16-cı Beynəlxalq Mədən, Metallurgiya və Metal Emalı üzrə Sərgi, 13-14 dekabr 2022-ci il tarixlərində “Özbəkistanın və Mərkəzi Asiyanın dağ-mədən sənayesi” adlı beynəlxalq konqres çərçivəsində Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfərləri, Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevin başçılıq etdiyi nümayəndə heyətinin 23-24 dekabr 2022-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərinə səfəri çərçivəsində tərəflərin müvafiq sahələri təmsil edən qurumları arasında səmərəli görüşlər keçirilib. Müzakirələr zamanı əlvan və qara metal filizi yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlıq perspektivləri, innovasiya və müasir texnologiyalar, kadr hazırlığı və ixtisasartırma istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması nəzərdən keçirib, əməkdaşlığın ilkin istiqamətləri ilə bağlı razılıq əldə edilib. Tərəflər dünyanın ən böyük qızıl hasilatçılarından olan, bu sahədə zəngin təcrübəyə malik Özbəkistan Respublikası ilə dağ-mədən və geologiya sahəsində qabaqcıl texnologiyaları tətbiq edən “AzerGold” QSC arasında hər iki ölkə ərazisində ortaq layihələrin icrası istiqamətində qarşılıqlı faydalı işbirliyinin yaradılacağına əminliklərini ifadə ediblər. Bu məqsədlə tərəflər ilkin mərhələdə memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə Özbəkistan ərazisində, gələcəkdə isə ölkəmizdə birgə geoloji proqramlar çərçivəsində kəşfiyyat-axtarış işlərinin aparılması, perspektivli yataqların öyrənilməsi və işlənilməsi ilə bağlı tərəfdaşlıq münasibətlərinin yaradılmasını müsbət qiymətləndiriblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|