Hələ də səfərbərlik sistemində SÖZ KEÇİRƏ BİLİR... - İLGİNC İDDİALAR...
Tarix: 13-06-2023, 09:35 | Çap et
Xəbər verildiyi kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb. Xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-leytenant Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb. Xatırladaq ki, bir neçə gün öncə yeni xidmət rəisinə böyük ümidlər bəsləndiyini, xüsusilə Zaur Abdullayevin uzun illər xidmətdə kabusa çevrildiyini bildirmişdik. “Yeni Xidmət rəisi üçün Zaur Abdullayev sınağı” başlıqlı yazımızda Xidmətdə kök atmış general çetesinin dağıdılmasının bütövlükdə səfərbərlik sisteminə müsbət təsir edəcəyini bildirmişdik. Bu baxımdan Z.abdullayevin vəzifıdən alınması təqdirəlayiq haldır. Amma cumhuriyyet.az olaraq onu da bildirək ki, Abdullayev yeganə fiqur deyil. Belə ki, Xidmətin bəzi rayon rəhbərləri hələ də köhnə qaydalarla işləməkdə davam edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsində baş verənlər deyilənləri təsdiq edir. Ağstafa rayon hərbi komissarının fəaliyyəti bazar iqtisadiyyatına uyğun qurulmaqdadır. Burada kapitalizmin yırtıcı qanunları işləyir. Ona görə Ağstafanın hərbi komissarı bəzi hallarda kimlərinsə gözünün düşməni, kimlərinsə gözünün işığı olur. Çünki hərbi komissar onun maddi maraqlarını təmin edənləri razı yola salır, edə bilməyən kasıb-kusub, yoxsul, qarnına bir tikə çörək tapa bilməyənləri isə narazı… Yəni pulunu verən Ağstafa hərbi komissarlığında “şəklini çəkdirir”, verməyən isə xəstə ola-ola hərbi xidmətə göndərilir.
Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, xəstə bir yeniyetmə hərbi xidmətə aparılıb. Həmin gənc Əhmədov Elşən Tanrıverdi oğludur. Onun anası mediaya açıqlamasında bildirib ki, Ağstafa hərbi komissarlığı uşağı yoxladı, dedilər ki, guya problemi yoxdur. Onun sözlərinə görə, övladı Qazax xəstəxanalarında yatıb, uşaqda özündəngetmə halları var, rabitəsiz hərəkətlər edir, gecə oyanır və evdə gəzməyə başlayır, yəni belə bir xəstə uşaqdır. Ancaq yenə də uşağı əsgərliyə aparıblar. O, oğlunun xəstəsi olduğunu bildirib. “Ağstafa hərbi komissarlığı uşağı yoxladı, dedilər ki, guya problemi yoxdur. Bu necə ola bilər? Elşən Gəncə, Qazax xəstəxanalarında yatı, özündən getmə halları, rabitəsiz hərəkətlər edir, gecə oyanır və evdə gəzməyə başlayır, yəni belə bir xəstə uşaqdır. Ağstafada Mahir həkim məndən 4 min manat istədi ki, uşağın işini həll edək. Mən də məcbur qalıb kreditə girib həmin pulu verdim. Ancaq yenə də uşağı əsgərliyə apardılar”. Əsgər anası bildirir ki, arabir komandiri vasitəsi ilə danışır: “Xahiş eləmişəm ki, ona nəzarət etsinlər. Gecə öz-özünə gəzir. Qorxuram ki, özünə xəsarət yetirər. Belə bir xəstə uşağı necə əsgər aparmaq olar? Üstəlik, həkim pulumu aldı, mənimlə də kobud danışdı. Mənim uşağım sağlam, ağlı yerində olsaydı, bu qədər narahatlıq keçirməzdim. Deyərdim ki, qoy əsgərliyini çəksin. Amma bilirəm ki, xəstədir. Onu bu yaşına qədər saçını kəsdirməyə özüm aparırdım, yəni belə bir uşaqdı. Ona görə aidiyyatı orqanlardan, Səfərbərlik Xidmətinin yeni rəhbərliyindən xahiş edirəm ki, oğlumu nəzarətə götürsünlər”. Onu da bildirək ki, bu Ağstafada bu ilk fakt deyil, dəfələrlə belə xəstə uşaqlar əsgərliyə aparılıb. Hətta bundan əvvəl xəstə uşağı əsgər aparmamaq üçün valideynindən 1000 manat tələb olunmuşdu. Maraqlı burasındadır ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəhbərliyi ayıbına kor olmaq əvəzinə məlumatın yanlış olması haqda mətbuata açıqlama verib. Amma məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə bu məsələ barədə yuxarı dairələrə məlumat verildikdən sonra Ağstafa hərbi komissarının müavini işindən azad olundu. Yəni komissar müavini qurban verərək özünü təmizə çıxarmağa çalışdı. Lakin hərbi komissar bu gün də qanunsuz əməllərini davam etdirir. Baxmayaraq ki, onun xəstə uşaqları əsgər göndərməsi faktları dəfələrlə gündəmə gəlib, hələ də öz iş “prinsip”lərindən əl çəkməyib. Onun öz müavinini “günah keçisi” kimi qurban verməsindən sonra gözlənilirdi ki, bəlkə öz fəaliyyətini korrektə edər, ən azı əvvəlki addımları bu dərəcədə təkrarlamaz. Amma göründüyü kimi, hələ də Ağstafa hərbi komissarlığında pul vermədinsə xəstə uşaqları əsgərliyə aparırlar. Hərbi komissar xəstə uşaqları əsgərliyə göndərərkən “uf” da demir və onların valideynlərinin hansı hisslər keçirdiklərini, nələr yaşadıqlarını anlamaq istəmir. Maraqlıdır ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəhbəri Xidmətdə yeni rəhbər dəyişikliyini görməzdən gəlir və qohumu, sabiq komissar Əliağa Hüseynovdan qalan prinsipləri yaşatmaqla faktik olaraq rəhbərliyə meydan oxuyur.
Ümumiyyətlə, xəstə bir gənci rüşvət verə bilmədiyi üçün orduya xidmətə göndərmək rəzalətdir. Üstəlik, söhbət qalib Ordudan, müharibədə zəfər çalmış müzəffər ordudan gedir. 44 günlük Vətən müharibəsindən sonra bu cür neqativ hallara son qoyulmalıydı, amma Ağstafa hərbi komissarı üçün fərq etmir, yenə də köhnə əməllərindən geri qalmır. Həmçinin, bir müddət əvvəl mediada məlumat yayılmışdı ki, xidmətə yararsız hərbi qulluqçuların komissiyyadan keçirilməsi zamanı onlardan 200-300 manat arası tələb edilir. Bundan əlavə hərbi xidmətə səfərbər edilən hərbi qulluqçuların xidmət yerlərinin öncədən təyin edilməsi prosesi hərbi birləşmələrin yerləşdiyi rayonlardan asılı olaraq müxtəlif vəsait müqavilində həyata keçirilir. Qeyd olunur ki, əgər araşdırılsa, Ağstafa rayonunda xeyli sayda sağlam gənc müxtəlif yollarla hərbi xidmətə “yararsızlaşdırılıb””. //cumhuriyyet.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
|