AQTA-da CƏNGƏLLİK QANUNLARI... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 22-06-2023, 12:18 | Çap et
Redaksiyamıza Cəbiyeva Validə Eldar qızının müraciəti daxil olub. Müəllif müraciətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisənin rəhbərlik tərəfindən təqdir olunmasından bəhs edir. Müraciətdə yer alan iddialarla bağlı qarşı tərəfləri dinləmə istəsək də, olmadı...
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik.
Oğlum 2022-ci ilin avqust ayının 18-dən müfəttiş köməkçisi işlədiyi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində iş otağında 28.12.2022-ci il tarixdə sektor müdiri tərəfindən döyülüb. Şərəf və ləyaqətinin alçaldılmasına etiraz olaraq 29.12.2022-ci il tarixdə işdən çıxma ərizəsi yazıb və ərizəsində bunları qeyd etməklə işdən çıxmışdır. Hadisə son iki ayda sektor müdirinin oğlumu hər gün təhqir etməyə başlaması sonucunda yaranıb. Bu zaman sektor müdiri hətta oğlumun şəxsi ləyaqətinə toxunan ifadələr belə işlədib. Dəfələrlə oğlumu iş otağına buraxmayıb. Sektor müdirinin təhqirləri dözülməz olduğu üçün oğlum mənə işdən çıxmaq istədiyini bildirdi. Mən dəfələrlə oğlumun iş yerinə gedərək, rəis Zaur Fərzəliyevə, “inzibati” şöbənin sektor müdiri Elçin Rüstəmova sektor müdirinin dövlət işçisinə yaraşmayan hərəkət və təhqirlərini bildirib, bu səbəbdən oğlumun işlədiyi sektorun dəyişdirilməsini xahiş etmişəm. Lakin heç bir tədbir görülmədi. Bütün bunlar adi bir hal kimi qarşılandı. Oğlum şəxsən özü rəis Zaur Fərzəliyevin və Elçin Rüstəmovun yanına gedib, sektor müdirinin təhqirlərinin dözülməzliyini bildirib. Nəticə olmadı. Cəzasızlıqdan həvəslənən sektor müdirinin bu hərəkətlərinə son qoyulması üçün oğlum onunla danışmaq üçün həyətə çıxmasını xahiş edib. Lakin oğlumun “........... müəllim, bir dəqiqə Sizi olar?” müraciətinə sektor müdiri həmişəki kimi çox kobud surətdə, təhqiramiz ifadələr işlədib. Hər vaxt təkrar etdiyi “sən mənim üçün ölüsən” ifadəsindən sonra oğlum artıq dözə bilməyib “sən özün öl” ifadəsini işlədib. Oğlumun səssiz qalmağına adət edən sektor müdiri bu sözlərindən çox əsəbiləşib, üzərinə hücum edib, oğlum sektor müdirinin üzərinə gəldiyini görüb, çevrilib getmək istəyib, bu zaman sektor müdiri arxadan ona çatıb gicgahından yumruq vurub. Oğlum qaçıb bayıra çıxıb, lakin ürəyinin döyüntüləri artdığı və gözləri qaranlıq gətirdiyi üçün qaça bilməyib. Oğlumun ürəyində uşaqlıqdan problem var, bu səbəbdən otağın qapısının yanında dəhlizdə divara söykənib qalıb. Bundan sonra də sektor müdiri otaqdan dəhlizə əşyalar ataraq, oğlumu təhqir etməyə davam edib. Yəqin ki, bunları təhlükəsizlik kamerasında izləyən AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev tez oğlumu və digər işçiləri otağa salıb. Oğlum dəfələrlə polisə, yaxud mənə zəng etmək istəsə də, rəis mane olub. Nəhayət oğlum fürsət tapıb mənə zəng edib. Mən təcili oğlumun iş yerinə getmişəm. Lakin məni saatlarla oğlumun yanına buraxmayıblar. Mənim ağlamağımı kənardakı adamların görməməsi üçün məni başqa otağa apardılar. Orada saatlarla bizim şikayət etməməyimiz üçün rəis və digər işçilər məni dilə tutublar. Sonra da oğlum, sektor müdiri və digər işçilərin saxlanıldığı otağa məni gətirdilər (Oğlumu bayıra çıxmağa qoymurdular). Rəis təkidlə oğlumu və sektor müdirini barışdırmaq istəyirdi. Bu hadisəni “polisə xəbər verməməyi, bunun onun rəhbərliyində olan Bölmədə rəis və sektor müdirinin karyerası üçün pis nəticələnəcəyini” bildirirdi. Oğlumun şərəf və ləyaqətinin alçaldılması isə rəisin vecinə deyildi. Oğlum döyüldükdən sonra mənə və oğluma Z.Fərzəliyev saatlarla təkid edərək “şikayət etməməyimiz” tələb edilirdi. Belə anladıq ki, müdir işçini istər döyər, istər söyər, işçinin nə həddinə cavab qaytarsın!!! Beləliklə, mən və oğlum günahkar olduq, hətta oğlumu döyən müdirdən çox günahkar olduq. Əlaqədar orqanlar oğlumun “sən özün öl” cavabının nalayiq söz olduğunu, müdirin nüfuzuna xələl gətirdiyini, bu sözlərin müdiri təşviq etdiyi qənaətinə gəldilər. Lakin bu sözün – “sən mənim üçün ölmüsən” ifadəsinin məhz birinci müdirin ağzından çıxdığını oğlumun özünü müdafiə vəziyyətində son zərurət halında “sən özün öl” cavabını qaytardığını nəzərə almadılar. Mən möhtərəm hüquqşünaslarımızdan bu barədə mülahizələrini, hüquqi yanaşmalarını bildirmələrini xahiş edirəm. “Sən özün öl” cavabı doğrudanmı müdirin nüfuzunu aşağı salır? Bu cavaba görə müdir tərəfindən döyülmüş işçi qanun qarşısında günahkardır? “Sən mənim üçün ölmüsən” ifadəsi necə olur ki, müdirin ağzından çıxanda adi söz olur? “Sən özün öl” cavabı isə oğlumun ağzından çıxanda nalayiq sözə çevrilir?!Bu hadisədə AQTA-nın rəhbərliyi tərəfindən rəis Zaur Fərzəliyevin laqeydliyinə və vəzifə səhlənkarlığına hüquqi qiymət verilməyib. Məhz onların vəzifə səhlənkarlığı və sektor müdirinə himayədarlıq etmələri səbəbindən bu hadisə baş verib. Onlar hadisə baş verdikdən sonra belə, hüquq mühafizə orqanlarına və yuxarı icra orqanına xəbər verməyiblər. Bu hal AQTA-nın rəhbərliyinin tamamilə nəzərindən “yayınıb”. Halbuki, hadisə baş verən zaman rəis Z.Fərzəliyev inzibati binada, iş yerində olub. Mən oğlum günahkarın qanuni yollarla cəzalandırılması üçün əlaqədar orqanlara müraciət etdik. Bax ondan sonra 2-ci ağır zərbəni – mənəvi zərbəni aldıq: Müraciətlərimizin qarşılığında oğlumu günahlandırdılar ki, niyə müdirinə “sən özün öl” qarşılığını – cavabını vermisən?! Hüquq müstəvisində etdiyimiz bütün müraciətlərin nəticəsi bu oldu: müdirin “sən mənim üçün ölmüsən” ifadəsi adi sözdür, oğlumun “özün öl” cavab qaytarması isə nalayiq sözdür?!!
AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəhbərliyi bu hadisə barəsində həm hüquq orqanlarını, həm də öz rəhbərliyini məlumatlandırmayıb. Məhz biz – oğlum və mən əlaqədar təşkilatlara müraciət etmişik. Rəis Zaur Fərzəliyev isə bu hadisəni ört-basdır etməkdən əlavə, həmin hadisəni kollektiv müzakirə etməyib, hətta oğlumu döyən müdiri hüquq orqanlarında rəsmi surətdə müdafiə edib. Bu qeyd etdiyimiz hadisəni təsdiq edən AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin inzibati binasında mövcud olan videomüşahidə kameralarının görüntülərini biz heç cür əldə edə bilmədik. Dəfələrlə etdiyimiz yazılı müraciətlərə baxmayaraq həmin hadisənin baş verdiyi gün Bölmənin inzibati binasına koridorunda və həyətində quraşdırılmış videomüşahidə kameralarına həmin günə aid görüntülərini əldə etmək istəsək də həmin görüntələr bizim üçün əlçatmaz oldu. Buna səbəb həmin görüntülərdə mənim qeyd etdiyim hadisəni tam təsdiq olunmasıdır. Lakin etdiyimiz bütün rəsmi müraciətlərə baxmayaraq AQTA-nın rəhbərliyi və əlaqədar orqanlar bizə həmin görüntüləri vermədi. Hadisənin bu sonluqla bitməsinin səbəbkarı AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyevdir. Məhz onun vəzifə səhlənkarlığı və işçilər arasında nizam-intizam olmaması və Fərzəliyevin vəzifə səlahiyyətlərindən istifadə edərək müdirə qarşı tərəf tutması sonunda oğlum iş yerində təhqir olunub, döyülüb. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Hətta Cinayət Məcəlləsində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına hüquqi qiymət verilib. Lakin mən AQTA-nın rəhbərliyinə dəfələrlə müraciət edib, günahkarların – Z.Fərzəliyevin və müdirin cəzalandırılmasını tələb etsəm də heç bir tədbir görülməyib, heç bir cəza tədbiri görülməyib! Bu hadisələrdən gəldiyim nəticə bu oldu: bəzi idarə rəhbərləri və vəzifəli şəxslər aşağı vəzifədə çalışan tbeliyindəki işçiləri təhqir etməkdən zövq alır, ləyaqətini qorumaq məqsədi ilə cavab qaytaran işçini isə “dikbaşlığına” görə hər vasitə ilə cəzalandırmaqdan çəkinmirlər!!! //Yenixeber.org//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|