TƏBİB sədrinin TALAMA METODU... - İTTİHAM VAR!
Tarix: 24-07-2023, 11:51 | Çap et
Ölkəmizdə Prezidentin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sərtləşdirildikcə, korrupsionerlər də tətbiq etdikləri rüşvət, mənimsəmə və talan mexanizmlərini təkmilləşdirirlər. Müşahidə olunmaqdadır ki, indi vəzifə alveri birbaşa nağd şəkildə əlbəəl alınan rüşvət yolu ilə deyil, bir az daha üstüörtülü, maskalanmış şəkildə həyata keçirilir. Məsələn, daha yuxarı mənsəb sahibi olanlar dövlətin müəyyən məbləğdə vəsait ayırdığı, icrasını da onlara tapşırdığı layihələrin xərcini çəkməyi özlərindən aşağı vəzifələrdə qərar tutan məmurlara “yükləyirlər”. Beləliklə, layihə üzrə işlər tədricən görülür, dövlət vəsaiti isə “təyinatı üzrə” silinərək “yuxarıdakı” tərəfindən “həzm-rabedən” keçirilir. Sonda isə xərc çəkən məmur qabaqcadan əldə olunmuş “centlmen sövdələşməsinə” uyğun olaraq göz dikdiyi nisbətən yuxarı, yaxud da daha gəlirli kürsüyə yiyələnir. RealMediaaz.space -a verilən məlumatlarda belə bir mexanizmin tam gücü ilə işlədiyi hökumət strukturlarından birinin də Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) olduğu bildirilir. Ötən ilin oktaybr ayının 1-də istifadəyə verilmiş Harut Ailə Sağlamlıq Mərkəzinin (ASM) də belə bir sövdələşmənin “övladı” olduğu deyilir. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə yaradılmış, 6 otaqdan ibarət, 12 nəfər həkim, orta və kiçik tibb işçisinin 6 min nəfər vətəndaşa xidmət edəcəyi nəzərdə tutulan, bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə, reonomobil ambulansla təmin edilən ASM Hadrut qəsəbəsində dövlət qurumlarında, təmir və tikinti şirkətlərində çalışan vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə ilkin səhiyyə xidməti göstərən Hadrut Ailə Sağlamlıq Mərkəzi Ağalı Ailə Sağlamlıq Mərkəzindən sonra işğaldan azad olunan ərazilərdə fəaliyyətə başlayan ikinci ilkin səhiyyə xidməti müəssisəsidir. Etibarlı mənbələrdən verilən məlumata görə, sən demə, Vüqar Qurbanov Hadrut Ailə Sağlamlıq Mərkəzini (ASM) tikintisi ilə bağlı bütün xərcləri bölgədə fəaliyyət göstərən mərkəzi rayon xəstəxanalarından birinin direktoruna ödətdirib. Bir sözlə, TƏBİB sədri Ailə Sağlamlıq Mərkəzini həmin o direktora tikdirib və bu barədə prezidentə düzgün məlumat verməyib, həqiqəti dövlət başçısından gizlədib. Bildirilir ki, TƏBİB sədri Vüqar Qurbanov həmin rayon xəstəxanasının direktoru ilə əvvəlcədən sövdələşib razılaşıblar ki, o, Hadrut Ailə Sağlamlıq Mərkəzini (ASM) tikdirib təhvil versə, onu daha yaxşı yerə (vəzifəyə) təyin edəcək. Qısası, Hadrut Ailə Sağlamlıq Mərkəzinin üzərində həm də bir vəzifə alveri aparılıb. İş orasındadır ki, məsələ bununlada yekunlaşmayıb. Məlumata görə, TƏBİB sədrinin bu yaxınlarda qızına etdiyi möhtəşəm və bahalı toy mərasiminin xərclərinin əhəmiyyətli hissəsini də həmin direktor çəkib. Yalnız bundan sonra Vüqar Qurbanov həmin direktora “yaşıl işıq” yandırıb və onu daha gəlirli yerə direktor təyin edib. Korrupsiyan sadəcə korrupsionerə qarşı mübarizə aparmaqla azaltmaq mümkün deyil. Bunun üçün korrupsiya şəraitinin aradan qaldırılması və korrupsiya doğuran vəziyyəti dəyişmək lazımdır. Yalnız bu halda korrupsiyanın azalmasına nail olmaq olar. Bunun isə bir neçə üsulu mövcuddur: Bunların biri kadrların yerləşdirilməsində dövlətə və millətə sədaqət prinsipinin rəhbər tutulmasıdır. İkincisi, tayfa şəklində yüksək vəzifələrdə təmsil olunmağın qadağan edilməsi ilə bağlıdır. Bu yöndə atılacaq üçüncü addım deklorasiya ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev vaxtiylə Bakıda tikilən villaların sahiblərinin kim olmasının araşdırılmasını tapşırmışdı. Ölkədə bu qədər bahalı maşın və villalar mövcuddur. Hamı bilir ki, Azərbaycanda heç kim halal yoll bu qədər bahalı villa ala və ya tikə bilməz. Hakimiyyət deklorasiya tələb etməli, məmurlardakı bu qədər vəsaitin mənbəyini soruşmalıdır. Deklarasiyanın tətbiqi, bahalı mülklərə sahib olan şəxslərin bu mülkləri necə, hansı yolla əldə etməsi, Vüqar Qurbanov kimi məmurlardan təmtəraqlı toy-nişan məclislərini necə təşkil etdikləri yoxlanılmalıdır. Əks təqdirdə, təkcə Səhiyyə Nazirliyinin öhdəsindən gələ biləcəyi işləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB kimi qurumlarla bölüşməyin nə əhəmiyyəti var? Azərbaycan mətbuatında məmurlarla bağlı yazılan məqalələrə ciddi reaksiya verilməlidir. Tibb müəssisələri rəhbərlərinin özbaşınalıqları ilə bağlı qəzet və saytlar dəfələrlə yazıb. Vətəndaşların bununla bağlı şikayətləri yer alıb. Hamı bilir ki, dövlət tibb müəssisələri rəhbərləri işçini pulla işə götürür, icbari tibbi sığorta ilə əhatə olunan dərman preparatları və ləvazimatlarının çoxunu xəstələrdən əsirgəyirlər. Lakin təəssüflər olsun ki, hüquq-mühafizə oranları bu kimi məlumatları işıqlandırdığı üçün ya jurnalisti cəzalandırır, ya da bu məlumatlara reaksiya vermir.
Ramin Məhəmmədoğlu RealMediaaz.space
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|