"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" .....                     Mövcud olmayan sensasiya .....                     Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib .....                     Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ .....                     Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? .....                     Sərkisyana sui-qəsdlə bağlı iki versiya: .....                     AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu .....                     Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır .....                     Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir .....                     1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... .....                     Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək .....                     Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK .....                     Burda doğru danışana TƏZYİQ EDİRLƏR... .....                     "Atam hələ xəstəxanadadır" .....                     Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu .....                     "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." .....                     Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq .....                     Bakıdan Pezeşkiana siqnal göndərildi .....                     Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək .....                     Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik .....                     “Təhsil deyil, biznesdir” .....                     Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? .....                     Gömrük generallarının pensiya QALMAQALI .....                     İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir .....                     "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək .....                     “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." .....                     "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" .....                     Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı .....                     Parlamentdə yeni TƏYİNAT .....                     İrəvandan açıqlama: .....                     "İmam Əli Mərkəzi" casus yuvasıdır .....                     Qızı vermədilər, oğurladılar .....                     Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                 

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR
Tarix: 30-04-2024, 12:10 | Çap et
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR
Ötən ilin oktyabrında Respublika Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tikinti layihələrində pozuntular aşkarlanması ilə bağlı məlumat yaydı. Məlumatda auditlə əhatə olunan dövrdə nazirlik və onun tabeliyində olan bir çox qurumlarda yol verilən qanunsuzluqlara toxunulub. Burada diqqət çəkən məqam dövlət satınalmaları ilə bağlıdır.

Məlumatda qeyd edilir ki, nazirliyin qurumlarında satınalma müqaviləsinin şərtlərinə, həmçinin öhdəliklərin icrasına düzgün əməl edilməyərək 2 obyekt üzrə 5 % miqdarında və ya 1 milyon 379,9 min manat məbləğində keyfiyyət zəmanəti vaxtından əvvəl podratçılara ödənilib, “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə, satınalma müqavilələrinin şərtlərinə və müvafiq satınalma prosedurlarına düzgün əməl olunmayıb, 1 halda bank təminatının müddətində uyğunsuzluq olan iddiaçı prosedurdan kənarlaşdırılmaq əvəzinə qalib elan edilib, 6 halda ehtimal olunan qiymətdən yüksək qiymət təklif edən iddiaçıların adı yekun protokolda qeyd edilməyib və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməyib, 7 halda satınalma müqaviləsi nümunəvi formaya uyğun tərtib edilməyib, 3 halda satınalma müqavilələrinə əlavə edilmiş dəyişikliklər üzrə artırılan dövr üçün müqavilənin icrasının bank təminatı və 1 halda müqavilə müddətindən sonrakı 30 bank günü üçün bank təminatı podratçılar tərəfindən təqdim edilməyib, 5 halda obyektin ehtimal olunan qiyməti satınalma müqaviləsi bağlandıqdan sonra (tərtib) müəyyən edilib, 1 halda müqavilənin müddətinin uzadılması ilə bağlı müqaviləyə əlavə razılaşma protokolu tərtib edilməyib, 7 halda satınalma müqavilələrinin nəticəsi barədə məlumatlar tender elanının verildiyi mətbuat orqanında və ya rəsmi internet saytında yerləşdirilməyib, 1 halda isə gecikmə ilə yerləşdirilib.

Bunlar Hesablama Palatasının Gənclər və İdman Nazirliyinin və onun tabeliyindəki bilavastə tikinti layihələrinə cavadeh olan qurumların auditi zamanı aşkarlanıb. Maraqlıdır, Gənclər və İdman Nazirliyinin regional idarələrində bu tip yoxlamalar aparılsa nə kimi qanunsuzluqlar ortaya çıxa bilər? Düzdü son dövrlər sözügedən nazirliyin regional idarələrinin bəzi rəhbərlərinin adı rüşvətxorluqda hallanıb və bununla bağlı qanun çərçivəsində lazımı tədbirlər həyata keçirilib. Amma Gənclər və İdman Nazirliyinin regional idarələrində dövlət vəsaitlərindən səmərəli istifadə olunmaması, korrupsiya əməllərinə yol verilməsi, iş fəaliyyətində kifayət qədər çatışmamazlıqlar, nöqsanlar, maliyyə və kadr saxtakarlıqları, vəzifədən sui- istifadə halları, vəzifəli şəxslərin özbaşınalığı kimi xoşagəlməz hallar hələ də mövcuddur. Necə ki, nazirliyin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində də bu kimi hallara yol verilir.

Rəsmi məlumatlrda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi Prezident İlham Əliyevin Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 10 dekabr 2022-ci il tarixli Sərəncamından sonra Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon gənclər və idman idarələrinin əsasında yaradıldığı bildirilir. Ötən ilin iyulunda Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə sözügedən idarə Nəcəf Novruzova həvalə edilib. Qeyd edək ki, Nəcəf Novruzov daha əvvəl Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

Nəcəf Novruzovun rəhbərliyi ilə şimal bölgəsinin rayonlarında gənclər və idman siyasəti hansı səviyyədə həyata keçirilir? Elektron mediada bölgədə təşkil olunan bir neçə turnirdən başqa məlumat yoxdu. Amma rəsmi mənbələrdə geniş məlumatlar var.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalmaların təşkili qanunla müəyyən olunmuş qaydada həyata keçirilməyib. Araşdırma zamanı müəyyən olundu ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası tərəfindən 31.10.2023-cü il tarixində dövlət satınalmalarının vahid internet portalında 2023-cü ilin alınması nəzərdə tutulan satınalma planları açıqlanmışdır. Satınalma planlarına 2 kotirovka sorğusu daxil edilmişdir.

Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalması – Kotirovka sorğusu (e-kotirovka), Oktyabr, 2 ay müddətində

Qusar rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalması – Kotirovka sorğusu (e-kotirovka), Oktyabr, 2 ay ərzində

Qeyd edək ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən 2023-cü ildə yuxarıda göstərilən kotirovka sorğularından dövlət satınalmalarının vahid internet portalında iddiaçılara yalnız 1 lot üzrə (e-kotirovka) elektron dəvət elanı vermişdir. Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması – 01.11.2023-cü il tarixdə. Kotirovka sorğusunun şərtlər toplusunda zərflərin açılış tarixi və vaxtı 17.11.2023-cü il tarixə müəyyən edilmişdir. Buna baxmayaraq sözügedən kotirovka sorğusunun nəticəsi barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirilməmişdir.

Amma Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası dövlət satınalmalarının vahid internet portalında 2023-cü ildə bir kotirovka sorğusunun nəticəsini açıqlamışdır. Qusar rayonu üzrə bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması – “KASKAD-DEN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 19.270 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 01.12.2023-cü il tarixdə açıqlanmışdır. Amma bu kotirovka sorğusu üzrə iddiaçılara heç bir elektron dəvət elanı verilməmişdir.

Buradan suallar yaranır: Qusar rayonu üzrə bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması üzrə iddiaçılara (e-kotirovka) elektron dəvət elanı verilməmişsə bu kotirovka sorğularının qalibi necə müəyyən edilib? Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması üzrə iddiaçılara (e-kotirovka) elektron dəvət elanı verilmişsə, müəyyən olunmuş vaxtda satınalması keçirilibsə, nəticələri barədə qanunla müəyyən edilmiş qaydada ictimaiyyətə nə üçün acıqlama verilməmiş, dövlət satınalmalarının vahid internet portalına nə üçün məlumatlar yerləşdirililməmişdir?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası 2023-cü ildə keçirilməsi nəzərdə tutulmuş kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara dəvət (e-kotirovka) elanı verməmiş, bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirməmişdir. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Xüsusilə bildirmək istərdik ki, Nəcəf Novruzov Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi olduğu dövrdə də satınalmaların təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, idman malları, əyani vəsait, hədiyyələr və s. xidmətlər üzrə keçirilmiş kotirovka sorğularının nəticələrini ictimaiyyətə açıqlamamışdır. İdarə tərəfindən 2022-ci ildə idman malları, əyani vəsait, hədiyyələr və s. xidmətlərin satınalması üzrə qalib seçilmiş “BONNET AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 49.550 manat məbləğində satınalma müqviləsi bağlanılmışdır. Adıçəkilən MMC bundan başqa heç bir satınalmada iştirkçı olmamış, hazırda isə riskli vergi ödəyicilərinin siyahısına daxil edilib və 6098.16 manat vaxtında ödənilməyən vergi borcu var. Bu da Nəcəf Novruzovun rəhbərliyi dövründə Nərimanov rayon Gənclər və İdman İdarəsinin şübhəli MMC ilə işbirliyində olduğunu deməyə əsaslar verir.

Qeyd edək ki, Nəcəf Novruzov deputat Siyavuş Novruzovun qardaşı oğludur. O, uzun müddət Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi olmaqla bərabər, həm də Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47
Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44
1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38
Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36
"Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24
"Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20
Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16
Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08
Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06
“Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37
"Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24
“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21
"Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15
Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12
Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11
İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07
"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06
Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru