DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                 

Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...
Tarix: 16-05-2024, 12:58 | Çap et
Ya nazir yalan danışır, ya da Eşqi Bağırov
Məktəblərdə rus bölməsi üzrə hazırda kifayət qədər yer və pedaqoq ehtiyatı var. Bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov deyib. O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. "Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, müəllim sayı imkan verərsə, ehtiyac olduqca rus bölməsi üzrə sinif sayı artırıla bilər", - deyə o əlavə edib.
Rus bölməsi üzrə “kifayət qədər yer və pedaqoq var”, anlaşılandı. Amma “ehtiyac olduqca rus bölməsi üzrə sinif sayı artırıla bilər”, heç cür anlaşılan deyil. Yəni, nə? Ölkədə rus mənşəli əhalinin, ailələrin sayımı artır? Yoxsa, rus dili sevdalılarının sayımı? Rusiyadan ölkəmizə rus mənşəli ailələrin deportasiyası, köçü, köçürülməsi olmadığından birinci mümkünsüz görünür. Məsəl var, “bayram deyil, seyran deyil” (müharibə də deyə bilərik), niyə artsın ki, rus ailələrin sayı. Qalır, ikinci ehtimal – rus dili sevdalılarının sayca artımı, bax bu, bizcə üzərində düşünülməli məsələdir; Niyə? Ölkədə qarışıq tipli ailələrin sayı da çox olmamalıdı. Ən azından 1990-cı ildən üzü bəri rus mənşəlilərlə ailə quranların sayında xeyli azalma oldu. İndi də belə hallar tək-tük yaşanır. Məsələni hansı tərəfə çəksək, yenə eyni nöqtəyə gəlirik. Deməli, rus dili sevdalıları azalmayıb. Daha doğrusu, başlarından bu sevda çıxmayıb. Valideynlər qarışıqsız azərbaycanlı olduğu halda övladın rus dili bölməsinə qoyulması üçün necə bir düşüncə tərzi, necə bir “kafa” olmalıdır, izah etmək çətindir. Bunu da deyək – rus bölməsində təhsil keyfiyyətlidir, deyənlərin arqumentlərini uzun illərdir repetitorluq fəaliyyəti ilə məşğul olan təcrübəli müəllimlər inkar edir. Bununla bağlı youtub kanalında istənilən qədər videolar yerləşdirilib. Müəllimlər izah edir mövcud durumu. Maraqlananlar baxa bilər. Azərbaycan dilli məktəblərdə yeniyetmələrin təlim-tərbiyəsi, yetişməsi baxımından hazırkı mürəkkəb dönəmdə müəllimə, böyüyə az-çox hörmət qalıb, uşaqlar nədənsə çəkinir, heç olmasa. Rus bölməsində isə... Oralara çox da müdaxilə etməyək. Bəziləri düzgün anlamayacaq, “diskriminasiya” hesab edəcəklər. Bu, ümumi yanaşmadır, sadəcə. İstisnalar, fərdiliklər həmişə olub, olacaq da. Sual budur ki, rus bölməsinin hansı özəlliyi var ki, valideyn övladını ora yönləndirir? Bir arqument də, bəzi iş yerlərində rus dili bilgisinin tələb edilməsi, vəzifələrə təyinatda rus dili bilənlərin önə çəkilməsidir. Bu arqumentin dırnaqarası durğu işarəsiylə yazılıb-yazılmayacağı da mütəxəssis rəyindən sonra məlum olacaq.

Siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, rus bölməsi ilə bağlı iddia olunan arqumentlərin heç biri əsaslı deyil:
- Birincisi, gəlin, bu məsələyə diqqət edək. Elm və təhsil naziri Emin Əmrullayev açıq mətnlə bəyan etmişdi ki, rus bölməsi üçün müəllim tapa bilmirlər. 100 vakansiya elan edirlər, cəmi 20 nəfər müraciət edir. İndi isə nazirliyin tabeliyində olan qurumun rəhbəri isə başqa söz deyir. Burada nəsə yerində deyil. İşlər tərs gedir, deyəsən. Ya nazir yalan danışır, ya da Eşqi Bağırov. Bunu aydınlaşdırsınlar. İkincisi, rus bölməsinin, ümumiyyətlə, siniflərinin artırılması, həcminin genişləndirilməsi Azərbaycanın strateji maraqlarına cavab vermir. Dövlət vəzifəsində olan şəxslər də bunu yaxşı bilməli və buna uyğun davranmalıdırlar. Hər bir məmur ağzından çıxan sözə diqqət etməlidir. Azərbaycan bəlli səbəblərdən rus bölmələrini qorumaq məcburiyyətindədir hələ. Amma bu o demək deyil ki, biz geriyə dönüb yenidən Rusiyanın qucağına atılmağa hazırlaşırıq. Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin belə bir strategiyası yoxdur. Azərbaycan müstəqil dövlətdir. Dövlət dili Azərbaycan dilidir. Və dövlət dilində təhsil pulsuzdur, hər kəs üçün icbaridir. Dövlət dilindən qeyri, başqa dillərdə təhsil niyə pulsuz olmalıdır ki? Bəli, Azərbaycan ərazisində yaşayan, bütün digər azsaylı xalqların bütün hüquqlarını tanıyır, o cümlədən də təhsil almaq hüququnu. Bu hüquq Azərbaycan Konstitusiyası ilə təsbit edilib və təmin edilir. Amma dövlət dilindən başqa, qeyri xarici dildə təhsil almaq istəyənlər, buyursun, pulunu ödəsin, təhsil alsın. Rus dili Azərbaycanda heç bir statusa malik deyil. Azərbaycan vətəndaşının ödədiyi vergilər hesabına rus siniflərinin sayını artırmaqdan kimsə danışmasın. Mənim rusların ata-babasına borcum yoxdur ki, burada mənim ödədiyim vergi ilə ruslar üçün havayı məktəb açılsın. Rusiya Azərbaycan dilinə hansı münasibəti bəsləyirsə, biz də o münasibəti bəsləyək, artığı lazım deyil. Rusiya öz ərazisində - azərbaycanlıların da kompakt yaşadığı Dağıstanda hətta Azərbaycan əlifbasının istifadəsinə icazə vermir. Bunu dəfələrlə demişəm. Dərbənddə “Dərbənd” adlı qəzet nəşr olunur. Rusiya qəzetin latın əlifbasıyla dərcinə icazə vermir. Məcbur edir kiril əlifbasıyla nəşr olunsun. Bunun qarşılığında bizim bir məmur çıxıb deyir, rus bölməsinin sayını artıra bilərik. Sən kimə xidmət edirsən, Azərbaycana, yoxsa Rusiyaya? Bu adamlar nə dediklərinin fərqinə varmır. Azərbaycan Prezidentinin strategiyası bu deyil. Ona görə də məsələnin üzərinə yenidən gedilməlidir, nazir açıqlama verməlidir. Və Azərbaycan dövlətinin siyasi kursuna zidd ifadələrə görə cavab verməlidir. Azərbaycanın heç kimin atasına borcu yoxdu ki, onun dilində burada məktəb açsın. Azərbaycanda ümumilikdə 120 min rus yaşayır. Amma orta məktəblərin, liseylərin rus bölməsində 160 minə yaxın uşaq təhsil alır. Rusların ümumi sayından çoxdur bu rəqəm. 120 min rus ailəsinin 20 min rus balası olar. O zaman bu 140 min şagird kimdir və dövlət niyə onları pulsuz təhsillə təmin etməlidir? Rusiya Azərbaycanın dövlət dilini küncə sıxışdırdığı halda biz niyə rus dilinə bu qədər könül veririk? Məmur deyir, zərurət olsa yeni siniflər açıla bilər. Xeyr, bazar deyil bura. Heç kim bu cür yanaşa bilməz bu məsələlərə.

A.Həsrət işə qəbul zamanı rus dili bilgisi tələbinin qoyulması arqumentini də izah etdi:
- Hansı işlərdir onlar? Mən deyim, hansı işlərdir və hansı rəhbər işçilərdir. Onlar “rus baş” rəhbərlərdir. Özləri zamanında rus dilində təhsil alıb, indi də ətraflarına rusdilliləri yığmağa çalışırlar. Elə bilməyin, bu, rus dilinə hörmətdən, ya, rus dilinə tələbatdan irəli gəlir. Belə adamlar sadəcə, Azərbaycan dilini, dövlət dilini bilmədiklərini ört-basdır etməyə çalışırlar. Rus dilinə dünyada tələbat yoxdur. Ötən əsrin ortaları deyil. Bütün dünyada tələbat olan dillər ingilis, alman, ispan, çin, yapon və sair dillərdir. Xarici dil öyrənmək üçün 6 ay vaxt lazımdır. Rus dilini bilmək üçün də rus sektorunda təhsil almaq vacib deyil. Mən özüm rus dilini gözəl bilirəm. Amma Azərbaycan dilində təhsil almışam. İngilis dilini də bilirəm, almanca da öyrənmişəm. Xarici dil blmək üstünlükdürsə, məni niyə işə dəvət etmirlər? Ali təhsilim də var. Bilirsiz, bunlar hamısı bəhanədir. Əsassız arqumentlərdir. Sadəcə, qafası rusca çalışanların ortaya atdıqları əsassız iddialardır. Bununla başqalarını da yanlış istiqamətə yönləndirirlər. Ölkəmizdə hazırda ən fəal ictimai təşkilat “Rus evi”dir. Tədbir keçirirlər, orada iştirak edən, deyək ki, 50 nəfərdən 10-u rus, qalanları azərbaycanlılar olur. Bu, Rusiyanın mədəni istilasının davamıdır. Məqsədli şəkildə davam etdirilir. Və təəssüf ki, bizim bəzi məmurlar da bu siyasətə, bilərəkdən, ya bilməzdən xidmət etmiş olurlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru