İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                     Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                     Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                 

Qarabağda düşmənə tarixi dərs verilir: - işğal xəritəsi dəyişir
Tarix: 30-09-2020, 09:01 | Çap et
Qarabağda düşmənə tarixi dərs verilir:
Ermənistan rəhbərliyinin vay-şivəni artıq başlayıb. İşğalçı birləşmələr Azərbaycan Ordusundan sarsıdıcı zərbələr aldıqca baş nazir Nikol Paşinyan başda olmaqla, İrəvan rəsmilərinin dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə ünvanlı yalvarışları da çoxalır. Artır ermənilərin əsas himayədarlarından sayılan Fransanın prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və... arqumentli cavabını da alıb.

Dünən isə Nikol Paşinyan Almaniya kansleri Angela Merkelə zəng vurub və Azərbaycanla yanaşı, yenə qardaş Türkiyədən də gileylənib. Daha doğrusu, Türkiyə xofunu dilə gətirib. Sanki işğalçı qüvvələrə qarşı indi Azərbaycan Ordusu yox, Türkiyə hərbi birləşmələri vuruşur. Təbii ki, bununla o, vəziyyəti qəsdən daha da dramatikləşdirməyə və konflikti beynəlmiləlləşdirməyə, ixtilafa daha çox ölkəni, öncəliklə də Rusiyanı cəlb eləməyə çalışır.

Gözlənildiyi kimi, az sonra Almaniya kansleri İlham Əliyevə telefon açıb. Azərbaycanın dövlət başçısı isə Nakronla söhbətdə olduğu kimi, Merkelə də Azərbaycan Ordusunun cəza əməliyyatlarını zəruri edən səbəblər, o sırada Ermənistan rəhbərliyinin son təxribatlarından danışıb. Vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət bu ölkənin siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, çünki Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparıldığı da bildirilir.

Diqqət edildisə, əgər Paşinyan dünya liderlərini axtarıb imdad diləyirsə, onlardan Azərbaycanı və nə qədər qəribə olsa da Türkiyəni durdurmağı xahiş edirsə, Azərbaycan prezidentinə həmin liderlərin özləri telefon açırlar. Bu da döyüş bölgəsində durumun düşmən tərəfin xeyrinə olmadığının ən bariz təsdiqi və etirafı sayıla bilər. Nədən ki, vəziyyət doğrudan da dəyişib. Uzun müddət “göylə gedən” ermənilər artıq yerə “enməyə” başlayıblar. Proses hələ təzəcə start götürüb və yəqin ki, gündən-günə intensivləşəcək və “məğlubedilməz” ordudan əsər-əlamət də qalmayacaq...

*****

“Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Azərbaycan prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.

Ölkəmizin ərazi bütövlüyü ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirən dövlət başçısı xüsusi vurğulayıb ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir və bu, qardaşlığın əsl nümayişidir. “Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm”, - deyə İlham Əliyev qeyd edib.

Döyüş əməliyyatlarını qaçılmaz edən səbəblərdən söz açan ölkə başçısı deyib: “Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük... İki il öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq”.

*****

Bu arada Dağlıq Qarabağdakı durumun BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcəyi haqda məlumat yayılıb. Təşəbbüslə Almaniya və digər Avropa ölkələri çıxış edib. Bu haqda ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

“Əslində BMT hazırda nüfuzunu itirməkdədir. Bugünkü toplantıdan da ciddi nəticə gözləmirəm. Amma istənilən halda Qarabağ probleminin yenidən BMT-də müzakirəsi məqbuldur. Çox böyük ehtimalla, tərəflərə döyüşləri dayandırmaq və masa arxasında danışıqlara başlamaq təklif olunacaq”, - deyə o qeyd edib .

Qubad İbadoğlu bildirib ki, Azərbaycan tərəfinin müzakirələrdə mövqeləri güclü olmalı və daha çox dəstək qazanmalıdır: “Amma onu da unutmayaq ki, müasir dünya da çox ədalətsiz və riyakar olub. Təklif edirəm ki, müzakirələrdə Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan 4 qətnaməsinə (822, 853, 874 və 884) istinad edilsin. İkincisi, hazırda döyüşlərin Qarabağda deyil, işğal altında olan rayonlarda getdiyi və həmin ərazilərdə terrorçuların məskunlaşdığı xüsusilə qeyd olunsun. Üçüncüsü, ermənilərin raket zərbələrindən həlak olmuş 8 dinc əhali barədə faktları təqdim olunsun. Dördüncüsü, oktyabr ayında açılacaq TAP-a münaqişənin yaratdığı təhlükə və risklərə dair dəlillər təqdim edilsin. Beşincisi, diqqət həmçinin Paşinyanın qəzəbli çıxışlarına və danışıqlardan imtinaya cəlb edilsin”.

Təşkilat rəhbəri onu da qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında müzakirələrdən ciddi gözləntilər olmasa da, onun qərarından daha çox məyus qalan ermənilər və onların havadarları olacaq: “Əsas odur ki, bu qərar Ermənistanda gözlənilən siyasi böhranı dərinləşdirə bilər. Eyni zamanda Azərbaycanın rəşadətli ordusunun igid əsgərləri sayəsində xəritədə qırmızı rəngdə (işğal altında) olan bəzi rayonlar üzrə rəng dəyişikliyi baş verəcək. Qırmızı rəngin tam dəyişəcəyi gün də gələcək, nəzərə alın ki, öncə strateji obyektlər, infrastruktur və hərbi texnika sıradan çıxarılır, sonra ərazilər yağılardan təmizlənir. Darıxmayın, o gün də gələcək”.

*****

Azərbaycan xalqı o günə zərrəcə şübhə etmir. Çünki ox artıq yaydan çıxıb. Döyüş meydanında düşmənə tarixi bir dərs verilməkdədir. İşğal xəritəsi dəyişir, kiçilir. Bir azdan, ümumiyyətlə, işğal olmayacaq...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru