Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                     Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                     Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                 

Ermənistan KTMT-ni münaqişəyə cəlb etməyin yolunu tapa bilmir - GƏLİŞMƏ
Tarix: 30-09-2020, 16:00 | Çap et
Ermənistan KTMT-ni münaqişəyə cəlb etməyin yolunu tapa bilmir
Bildiyimiz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Lakin Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başlayıb və ordumuzun əks hücum əməliyyatları davam edir. Hazırda isə Qarabağda aktiv döyüşlər gedir və Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir.

Proseslərin gedişində erməni tərəf növbəti təxribata əl atdı – Vardenis rayonundan Daşkəsəni atəşə tutdu. Təbii ki, buna qarşılıq olaraq Azərbaycan Ordusu da Vardenisə zərbə endirdi. Bundan sonra Yerevan hay-haray salmağa başladı ki, Azərbaycan hərbi əməliyyatları Ermənistan ərazisinə daşıyır.

Ehtimallar var ki, erməni tərəf bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək istəyir. Bəs, buna nail ola biləcəkmi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, siyasi elmlər doktoru Hikmət Babaoğlu AYNA-ya deyib ki, Azərbaycan Ordusunun güclü əks-hücumu nəticəsində Ermənistan ordusu və onu idarə edənlər, o cümlədən informasiya müharibəsində Azərbaycana qarşı vuruşanlar artıq əqli nəzarəti itiriblər: “Çünki ermənilər yaydıqları klassik dezinformasiya prosesində də öz dediklərini təkzib edirlər. Belə ki, bir tərəfdən Azərbaycan Ordusunun Ermənistanın Vardenis rayonu ərazisində mülki nəqliyyat vasitəsini vurduğunu, digər tərəfdən isə xəsarət alanların olmadığını deyirlər. Əslində, bunun dezinformasiya olduğu elə məlumatın öz məzmununda yer alıb. Çünki bu, məntiqlə izah olunan hadisə deyil”.

“Ermənistan bütün vasitələrlə regiona mütləq şəkildə başqa qüvvələri, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə çalışır. Ancaq bu, şübhəsiz ki, baş tutan deyil. Çünki Azərbaycan əsla və əsla heç vaxt nə mülki obyektləri, nə də sivil əhalini hədəf seçib. Həmişə Qarabağ müharibəsi ərzində belə olub. Azərbaycan öz prinsiplərinə, öz əxlaqına və hüquqi dəyərlərinə sadiq olduğu üçün belə bir addım atmayıb və bundan sonra da atmayacaq. Ona görə də bu iddia tamamilə yalandır”, - deputat bildirib.

Babaoğlu KTMT-nin münaqişəyə cəlb edilməsi məsələsini inandırıcı hesab etmir: “Bu vasitədən ermənilər özləri də əllərini üzüblər. Elə bu gün qondarma və separatçı rejimin liderlərindən biri Rusiya telekanallarından birinə açıqlamasında KTMT-nin regiona gələ bilməyəcəyini, çünki “müstəqil dövlət olaraq” sözügedən təşkilatın üzvü olmadıqlarını bildirib. Buna baxmayaraq, ənənəvi müttəfiqləri Rusiyadan kömək gözlədiklərini də dilə gətirib. Göründüyü kimi, bu çağırışın özündə də qeyri-müəyyənlik və separatçıların arzuları əks olunub. Ermənilər KTMT-ni regiona cəlb etmək istəsələr də, bunun nə hüquqi, nə də siyasi yolunu tapa bilirlər. Çünki haqsızdırlar. Azərbaycan isə beynəlxalq hüquqa əsaslanan hərəkətlər edir, öz torpaqlarından işğalçıları və terrorçuları təmizləyir. Buna görə də Ermənistana heç bir regional və beynəlxalq təşkilat dəstək verə bilməyəcək. Çünki onlar terroruçudurlar”.

Müsahibimiz 30 illik münaqişə tarixində Azərbaycanın ermənilərin hər cür hücumuna məruz qaldığını vurğulayıb: “Onlardan biri də informasiya təxribatıdır. Biz bu prosesdə əldə etdiymiz təcrübəyə əsaslanaraq deyə bilərik ki, ermənilər öz etdiklərini bizim adımıza yazmağa cəhd edirlər. Son Tovuz döyüşlərindən sonra da regiona, Dağlıq Qarabağa və işğal olunmuş bütün ərazilərə terrorçuları gətirdikləri halda, onu Azərbaycanın adına yazmağa çalışdılar ki, guya Azərbaycan Yaxın Şərqdən terrorçular gətirməyə başlayıb. İndi də Azərbaycanın mülki obyektlərini, sivil vətəndaşlarını atəşə tutmaqla, bunu azərbaycanlıların etdiyini dünyaya təqdim etməyə çalışırlar. Amma şübhəsiz ki, bu müddət ərzində əldə etdiyimiz təcrübə və aldığımız qabaqlayıcı tədbirlər erməni dezinformasiyasının əvvəlki qədər inandırıcı və geniş yayılmasının qarşısını alır”.

“Bu, həm də Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biridir. Ona görə də Ermənistan artıq informasiya müharibəsində də beynəlxalq ictimaiyyət qarşısında işfa olunub. Bütün həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb və ədalətli olan hər kəs başa düşür ki, Azərbaycanın davası haqq davasıdır. Çünki Azərbaycan işğala məruz qalan ölkədir, öz torpaqlarını azad etmək onun beynəlxalq hüquqla təsdiq edilmiş konstitusion vəzifəsidir və Azərbaycan da bunu edir”, - Milli Məclis üzvü fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru