“Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                     Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                     Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                 

“Naxçıvandakı ordumuz Ermənistanın Müdafiə Nazirliyini darmadağın edə bilər” - Düşmənə İSMARIC
Tarix: 14-10-2020, 13:17 | Çap et
“Naxçıvandakı ordumuz Ermənistanın Müdafiə Nazirliyini darmadağın edə bilər”
Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun Yenisabah.az-a müsahibəsi:

- Tofiq müəllim, gecə saat 01:00 radələrində Ermənistanın Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə ballistik raket kompleksi Azərbaycan Ordusu tərəfindən məhv edilib. Hadisələrin bundan sonrakı gedişatını necə qiymətləndirirsiniz?

- Bu, gözlənilən idi. Çünki işğal olunmuş ərazilərdə bizimlə döyüşlər aparan məhz Ermənistan ordusudur. Ermənistan ordusunun bir hissəsinin döyüşlərdə iştirak edib digər hissəsinin iştirak etməməsi mümkün olan şey deyil. Bu, həm məntiqə, həm də hərbin qanunlarına uyğun deyil. Bu baxımdan Ermənistanın Gəncədə törətdiyi hərbi cinayət cavabsız qalmamalıdır. Azərbaycan dövləti Konstitusiyaya uyğun olaraq ilk növbədə Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə bu hədəfləri məhv edib. Bu, beynəlxalq qanuna uyğundur, legitim adlandırılan bir hədəfdir. Hesab edirəm ki, artıq hərbi əməliyyatlar ikinci mərhələyə keçib və çoxdan proqnozlaşdırılmış ikinci mərhələ ondan ibarət olacaq ki, həm Ermənistanın, həm də Azərbaycanın ərazisi artıq müharibə zonası olacaq. Bunun hərbi baxımdan bizim xeyrimizə olduğunu düşünürəm. Çünki Ermənistanın hərbi potensialı bizdən azdır, buna görə də onun müdafiə sistemində fraqmentasiya prosesi gedəcək. Onlar istər-istəməz zərbələri fərqli yerlərdən ala bilərlər. Gəncəyə edilən raket hücumu ermənilər üçün ağır nəticələr doğuracaq. Çünki Azərbaycanın Naxçıvandakı hərbi bazalarımız onların paytaxtda olan və bu vəhşiliyin əmrini verən Müdafiə Nazirliyini çox asanlıqla hədəf seçib darmadağın edə bilər.

- Bu hadisə Dağlıq Qarabağ problemini regional münaqişəyə çevirə bilərmi? Çünki Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl açıqlama vermişdi ki, müharibə Ermənistan ərazisində getmir, ona görə proseslərə müdaxilə etmirlər.

- Biz Ermənistanın həm Rusiya, həm də digər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri ilə olan sənədlərinə baxsaq görərik ki, bu müqavilənin maddələri o zaman işə düşür ki, Ermənistan üçün hansısa təhlükə yaranır. Əslində, həmin müqavilənin mahiyyəti müdafiə xarakteri daşıyır. Bu sazişdə heç də göstərilmir ki, təşkilata üzv olan bir ölkə başqa bir ölkəyə hücum edəndə digər üzvlər köməyə gəlməlidir. Bu, mümkün olan şey deyil. Oradakı müvafiq maddələrində göstərilir ki, belə bir hadisə baş versə və Ermənistan digər üzvlərə müraciət etsə, müzakirələr ola bilər. Hesab edirəm ki, həmin müzakirələr də bizim xeyrimizə ola bilər. Məlumdur ki, Azərbaycan KTMT üzvü deyil, əvvəl üzvü olub, lakin sonradan üzvlüyünü dondurub. Lakin bizim digər təşkilatlarda həmin üzv ölkələrlə sıx əlaqələrimiz var. Bu baxımdan 2016-cı ildə baş verən hadisələri yada salmaq istəyirəm. Belə ki, həmin vaxt Ermənistanda hansısa tədbir keçirilirdi və biz gördük ki, KTMT üzvləri bu tədbirdə iştirakdan imtina etdilər. Hətta erməni tərəfi heç kim gəlmədiyi üçün incidi. Bu səbəblə indi baş tuta biləcək müzakirələrin bizim xeyrimizə olacağını ehtimal edirəm. Ermənistanın işğalçı siyasəti və bu siyasətin heç kim tərəfindən dəstəklənməməsi bir daha ortaya çıxacaq.

- Bildiyiniz kimi, Azərbaycan Minsk qrupunun Həmsədrlik İnstitutunda Türkiyənin də təmsil olunmasını istəyir. Lakin iki gün əvvəl Rusiyanın Xarici işlər naziri Sergey Lavrov həmkarı Zohrab Mnatsakanyanla təşkil etdiyi mətbuat konfransında belə bir şeyin mümkün olmayacağından söz açdı, yəni təklifi rədd etdi. Sizcə, Türkiyə masaya otura bilər? Əgər bu baş tutarsa, nə dəyişər?

- Minsk qrupunun vasitəçiliyi ATƏT çərçivəsində baş verir. Tarixən müxtəlif ölkələr bu vasitəçiliyi öz üzərlərinə götürüblər. İranın vasitəçiliyi olub, o cümlədən Rusiyanın vasitəçiliyi ilə atəşkəs rejimi bərqərar olunub. Minsk qrupu çərçivəsi heç də o demək deyil ki, Azərbaycan digər təşəbbüslərə müsbət baxmayacaq. Son vaxtlar biz görürük ki, Rusiyanın səlahiyyətli şəxslərinin Türkiyə həmkarları ilə sıx təmasları var. Məhz bu mövzunu onlar mütəmadi şəkildə müzakirə edirlər. Bu baxımdan mən istisna etmirəm ki, indiki mərhələdə Türkiyənin təklif etdiyi 2+2 formatı hansısa mərhələdə işlək mexanizm kimi istifadə olunmasın. Təəssüflər olsun ki, 30 il ərzində biz ATƏT-dən bir xeyir görmədik. Cənab Prezidentin də dediyi kimi, bir santimetr ərazi də azad olunmayıb.

- Hadrutun azad olunması diplomatik danışıqlarda Azərbaycan üçün hansı üstünlüklər yaradır?

- Hadrut və digər yaşayış yerlərinin azad olunması, ümumiyyətlə, yeni bir vəziyyət yaradır, təmas xətti və status-kvo dəyişib. Bu, mütləq nəzərə alınmalıdır. Çünki vaxtilə Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən deyirdi ki, biz reallıqları görməliyik. İndi biz də onlara göstərək ki, reallıq nədir?!

- Tofiq müəllim, Azərbaycanın Müdafiə Nazirliyi düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı görüntü paylaşdıqdan dərhal sonra Ermənistanın Müdafiə Nazirliyi təkzibedici bəyanatlarla çıxış edir və sosial şəbəkələrdən gördüyümüz qədəriylə cəmiyyətləri buna inanır. Ermənilər niyə məğlubiyyətlə barışmırlar?

- İstənilən səbəbi demək olar. Amma bunlar da zəifliklərinin nəticəsidir. Bu, onların həm siyasi, həm də hərbi zəiflikləridir. Arqumentləri yoxdur. Amma bu, təbliğat müharibəsinin bir elementidir. Başa düşməliyik ki, düşmənlə müharibə təkcə səngərdə yox, təbliğatda, iqtisadiyyatda və digər yerlərdə də baş verir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru