Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                 

“Dünyamin Xəlilov oğlumun adına 1 milyon manatlıq kredit götürdü, ödəmədi” - Şəhid Anası çətin durumda...
Tarix: 15-04-2021, 09:36 | Çap et
“Dünyamin Xəlilov oğlumun adına 1 milyon manatlıq kredit götürdü, ödəmədi”
“15 dəqiqənin içində bir neçə sənədə imza atdırıb, mənə 1 milyon manat kredit verdilər. Mühafizəçi işləyirdim, maaşım da cəmi 400 manat idi. Siz deyin, bu qədər maaşa 1 milyon pul düşürmü?”

Balakən sakini Abdulla Sarkayev Meydan TV-yə belə deyib.

O, 2012-ci ildə sabiq deputat Dünyamin Xəlilovun ofisində mühafizəçi kimi işə başlayıb. Ayda 400 manat maaş alırmış. İşindən razı imiş. Deyir, bir neçə il sonra Dünyamin Xəlilov onu yanına çağırıb deyib ki, Oğuzda Heydər Əliyev Mərkəzinin tikintisi onlara tapşırılıb. Bunun üçün kredit götürmək lazımdır. Krediti bir nəfərin adına vermirlər. Odur ki, bir neçə işçinin, eləcə də mənim adıma götürməlidir:

“Məndən vəsiqəmi istədi. Dedim, bu 1-2 manat deyil, 1 milyondan gedir söhbət. Sabah buna görə mənim başıma bir iş gəlməz ki? Məni əmin elədi ki, heç bir problem olmayacaq. Oğuzdakı mərkəz tikilən kimi mənim adımdan da o pul silinəcək. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev yaxın dostu idi. İndi aralarında nə danışıblar, necə sövdələşiblər, bilmirəm. Beləliklə, Dünyamin Xəlilovun şirkətində işləyən çayçı, mühafizəçi, süpürgəçi və s. insanların hər birinin adına külli miqdarda pullar götürüldü”.

Abdulla Sarkayev deyir ki, hətta Oğuzda mərkəz də tikilib, ancaq dəqiq bilmir, onu kim tikib. Adına pul götürüləndən bir müddət sonra isə ofisləri bağlanıb və Dünyamin Xəlilov həbs edilib:

“Bir müddət sonra Balakən Rayon Məhkəməsindən evimizə məktub gəldi ki, banka külli miqdarda borcum var. Ödənmədiyi üçün üstünə faiz də gəlib. Bir sözlə, 1 milyonluq borc şişib olub 1 milyon 521 min manat. Mən evimi, eşiyimi, hər şeyimi satsam, heç 21 min manat etməz. Mən haradan alım o qədər pulu?”

Abdulla Sarkayev deyir ki, məhkəmədə dəfələrlə başına gələnləri danışsa da, ona 400 manatla necə 1 milyon kreditin verildiyini araşdırılmasını tələb etsə də, səyləri boşa gedib. Hakim bugünə kimi həmin kreditin mühafizəçiyə belə asanlıqla necə verildiyini araşdırmayıb:

“Əksinə, indi də məni “Agro” Kredit Təşkilatı məhkəməyə verib. Anlamıram, bu, necə ola bilər. Çox pis durumdayam, ağır vəziyyətdəyəm, əsəbdən stresdən 5 ildir iynə-dərmanla yaşayıram. Gecələr yata bilmirəm. 3 övladımla çox çətin durumda, Bakıda kirayədə qalırıq. Mən övladlarıma, ailəmə güclə baxıram. Hardan alım o qədər pulu? Mən yatsam, o qədər pulu yuxuda görmərəm. İnanın onun bir qəpiyini də görməmişəm”.

Abdulla Sarkayevin valideynləri də bu haldan çox narahatdır. Ana Çinay Sarkayeva deyir ki, bu 5 ildə başlarına gəlməyən qalmayıb. İki oğul böyüdüb, biri İkinci Qarabağ Müharibəsində həyatını itirib, digəri isə şərlənib, həbs olunmaqla üz-üzədir:

“Kənd adamlarıyıq, əlacsız idik, oğlum işsiz idi. Oğlum həmin ofisə mühafizəçi kimi işə qəbul oldu. Ayda 400 manat alırdı. Biz də razı idik, onlar da oğlumdan razı idi. Hətta bir dəfə Novruz Bayramında Dünyamin Xəlilov bizə qonaq da gəlmişdi. Oğlumu o qədər çox sevirdi yəni. Oğlumu ona tapşırdım. Yalvardım, yaxadım, dedim, sizə əmanətdir. Oğlum orda 3 il işlədi. 3 il sonra Abdulla atasına dedi ki, bəs sizə bildirməmişdim, Dünyamin Xəlilov adıma kredit götürüb. Həbs ediləndən sonra həmin pulu ödəməyim tələb olunur. Deyib, Oğuzda mərkəz tikirik o pula. Tikilib qurtaran kimi həmin pullar üstündən silinəcək. Oğlum da nə etsin, çörək qazandığı yerdir, razılaşıb ”.

Ana deyir ki, illərdir ürək ağrısı ilə yaşayırlar. Dərdlərini dinləyən, kömək edən yoxdur:

“Biz illərdir ölüb-dirilirik. Yoldaşım açıq ürək əməliyyatı keçirdi, mən şəkər və təzyiq tapdım. Oğlumun ayaqları tutuldu stresdən. Həkim, pulsuzluq, kasıblıq, stress bir yandan, axırda da sentyabr döyüşlərində kiçik oğlumuzu itirdik. Dərdimiz çox az idi, ən ağırı da üstünə gəldi”.

Abdulla Sarkayevin atası Əli Sarkayev deyir ki, üzləşdikləri problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara yazıblar. İşin ədalətli araşdırılmasını tələb ediblər, ancaq bir xeyri yoxdur:

“Elə deyirlər ki, o pul sizin borcunuzdur, vəssəlam”.

Sarkayevlər ailəsi son çarəni Prezident İlham Əliyevə, Mehriban Əliyevaya müraciət etməkdə görür:

“Son çarəmiz budur. Əslində onlara məktub da yazmışıq. Görünür, oxumayıblar, əllərinə keçməyib. Odur ki, bir də media vasitəsilə müraciət edirik. Xahiş edirik, bizə kömək edin. Böyük bir ədalətsizliyin içindəyik, çətindir, çıxa bilmirik. Əlimizdən də heç nə gəlmir. Aidiyyatı qurumlar səsimizə səs vermir. Nolar, barı siz bizə kömək edin. Bizim 2 oğlumuz var idi. Biri şəhid oldu. Digərinin də 3 uşağı var və böyük bir ədalətsizliklə üzləşib. Nolar, kömək edin”.

Sonda Abdulla Sarkayev deyir ki, dəfələrlə Dünyamin Xəlilovla danışmaq üçün görüş alıb. Ancaq o, görüşü rədd edib:

“Dedi ki, ailəmdən başqa heç kimlə görüşmürəm. Bəs indi mən nə edim? Məhkəmə araşdırmır, Dünyamin Xəlilov məsuliyyəti üzərinə götürmür, məndə də o pulu ödəməyə imkan yoxdur”.

Dünyamin Xəlilov 2005-ci ildə ABB-nın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş Xəlilovun işlədiyi “General Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti Beynəlxalq Bankdan kredit alıb qaytarmayıb. Daha sonra Dünyamin Xəlilov həbs edilib.

2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanıb.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Dünən, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Dünən, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Dünən, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Dünən, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Dünən, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Dünən, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Dünən, 13:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru