Ərdəbilin imam-cüməsi bu dəfə Azərbaycanı təriflədi, İsrailin qarasınca deyindi - Həmişə bizi söyürdü
Tarix: 11-05-2014, 11:50 | Çap et
 DİA.AZ: - Xəbər verdiyimiz kimi, dünənə qədər Azərbaycan dövlətini, Azərbaycanın dövlət rəhbərliyini, Azərbaycan türkünü və onun dəyərlərini aşağılamaları ilə diqqətə gələn İran mediası və fars-molla rejimini ayrı-ayrı ayətullahları indi də eyni həvəs və şövqlə mövsümi xarakter daşıyan absurd İran-Azərbaycan döstluğunu vəsf etməkdədirlər.
DİA.AZ bildirir ki, buna görə də əleyhimizə danışan ənənəvi dillər də kəkəldəyə-kəkəldəyə olsa da qeyd olunan amluaya transfer alıblar. Azərbaycan türkünün əleyhinə çıxışlarından yaxşı tanıdığımız Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili da İranın xüsusi xidmət orqanlarının yeni təlimatına ayaq uydurmaqdadır və özünün son xütbəsində “dostluqdan” danışıb, həm də bu “dostluğu” pozmağa çalışan İsraili qınayıb.
DİA.AZ İran mediasında yer almış həmin məlumatı diqqətinizə təqdim edir:
““Sionist rejim İran və Azərbaycan xalqları arasındakı dost münasibətdən nigaran olaraq, bu münasibətləri korlamağa çalışır”. İRNA-nın məlumatına görə, höccətülislam Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində daha sonra vurğulayıb: İşğalçı İsrail rejimi İran İslam Respublikasının Qafqaz ölkələri ilə dost münasibətlərinə dözə bilmir və bu münasibətlərə zərbə vurmaq üçün heç bir fitnədən çəkinmir. O, Azərbaycan Respublikası prezidentinin Tehrana olan son səfərinə işarə edərək, deyib: Bu səfər iki ölkənin müsəlman, şiə və dost xalqı arasında münasibətlərin inkişafı ilə bağlı ümidlərin artmasına səbəb olub. Amma, aydın idi ki, işğalçı rejim bu məsələdən nigaran olub və pozuculuq törətmək istəyəcək. Ərdəbilin imam cüməsi əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşdə buyurduqları kimi, İsrail heç bir vəchlə İran və Azərbaycan xalqları arasında dost münasibətlərin olması ilə razılaşa bilmir. Höccətülislam Seyid Həsən Amili daha sonra deyib: Tehran səfərinin başa çatmasından sonra, hələ İlham Əliyev Bakıya çatmamış, İsrailin xarici işlər naziri Azərbaycan Respublikasına səfər etdi ki, bu səfərin mahiyyətindən xəbərdar və onun nəticələrinin gerçəkləşməsinə mane olsun. Ərdəbilin imam cüməsi əlavə edib: Tehran-Bakı arasında imzalanmış əməkdaşlıq sənədlərinin icrası yolunda mane yaratmaq və iki ölkə arasındakı münasibətlərdə pozuculuq törətməkdən başqa, İsraillilərin Azərbaycandakı iştirakının ikinci səbəbi İran İslam Respublikasına qarşı casusluqdur. Onun dediyinə görə, İranın nüvə alimlərini terror edənlər İsrail casusları ilə Azərbaycan ərazisində görüşüblər və bu sahədə lazım olan göstərişlər və təlimləri orada alıblar. Amili daha sonra deyib: Sionist rejimin Azərbaycan Respublikasındakı başqa missiyası bu ölkə islamçıları ilə mübarizədir. İsraillilər dəfələrlə xəbərdarlıq ediblər ki, Bəhreyn hadisələrinin Azərbaycanda təkrarlanmasına və islamçıların güclənməsinə icazə verməyəcəklər. Ərdəbilin imam cüməsi vəhhabilik təhlükəsinin Qafqaz məntəqəsidə genişlənməsinə işarə edərək, deyib: Bu məntəqə ölkələrinin rəsmiləri vəhhabilik təhlükəsinin böyüklüyünü dərk etdikdə, bu çirkin fenomenin kökünü məntəqədən kəsmək istədilər. Lakin, İsrail və Amerika buna mane oldular. Höccətülislam Amili deyib: Vəhhabilik, Əl-Qaidə, İŞİD, Ənnüsrə və digər terrorçu dəstələr ABŞ və İsrail tərəfindən yaradılıblar. Onlar bu terrorçu qruplar vasitəsilə dünyada İslama qarşı qorxu hissi yaratmağa çalışırlar. Ərdəbilin imam cüməsi Amerika, İsrail və Avropanın terrorçuları himayə etmələrinə toxunaraq deyib: Hazırda bizim region həssas bir mərhələni təcrübə edir. Onların regionla bağlı planları var və ayıq olmaq lazımdır. O təkid edib ki, münafiqlər, Pejak, PKK İsrail rejimi və Amerikanın buyruq qulu kimi bu xalqın pak övladlarının qanını axıtmaq, onları şəhid etmək üçün fərman gözləyirlər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Bu gün, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21 |
|
|
|
• Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19 |
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51 |
|
|
|
• “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47 |
|
|
|
• Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43 |
|
|
|
• Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38 |
|
|
|
• "Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34 |
|
|
|
• 5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28 |
|
|
|
• "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25 |
|
|
|
• Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00 |
|
|
|
• “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58 |
|
|
|
• "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42 |
|
|
|
• 2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40 |
|
|
|
• Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38 |
|
|
|
• Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34 |
|
|
|
• "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33 |
|
|
|
• "Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27 |
|
|
|
• Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22 |
|
|
|
• Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17 |
|
|
|
• ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13 |
|
|
|
• Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11 |
|
|
|
• İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38 |
|
|
|
• Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28 |
|
|
|
• 47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19 |
|
|
|
• Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04 |
|
|
|
|