OĞURLAYIRLAR - QORXMADAN VƏ ÇƏKİNMƏDƏN!..
Tarix: 20-09-2012, 08:37 | Çap et
TƏHSİLİMİZ ÜZƏRİNDƏ “PLAGİAT” KABUSU
Qarşımda Rusiyanın “Avanta+” nəşriyyatının 2003-cü ildə “Uşaqlar üçün ensiklopediya” seriyasından çap etdiyi bir kitab var: “Matematika” ensiklopediyası. Yüksək zövq və professionallıqla işlənmiş bir nəşrdir. Onu orta məktəb şagirdlərinin stolüstü kitabı da hesab etmək olar. Hər şeyi yerli-yerində, ən başlıcası isə ensklopediya tərtibi prinsiplərinə tam cavab verir. Görünən odur ki, nəşriyyat 688 səhifəlik iriformatlı bu kitabı ərsəyə gətirmək üçün böyük həcmdə maddi və elmi-pedaqoji resurslardan istifadə edib. Kitabın ərsəyə gəlməsi üçün işə yüzlərlə mütəxəssis cəlb olunub. Başqa cür düşünmək də olmaz, çünki belə kitablar bir-iki nəfərin yox, çoxlu sayda mütəxəssisin birgə əməyinin məhsulu kimi yaranıb ortaya çıxır... Budur, qarşımda başqa bir ensklopediya da var: Respublikamızın “Çaşıoğlu” nəşriyyatında 2011-ci ildə işıq üzü görmüş “Riyaziyyat ensiklopediyası”. “Məktəbli kitabxanası” seriyasından iki cilddə buraxılmış bu ensklopediyanın, Rusiya ensiklopediyasından fərqli olaraq, bəzi “özəllikləri” var. Belə ki, bunu böyük bir kollektiv yox, cəmi iki nəfər “ərsəyə” gətirib: fizika, riyaziyyat və informatika təmayüllü liseyin müəllimləri İlham Hüseynov və Məhəmməd Kərimov. Ərsəyə gətirib demək də düz çıxmır, daha doğrusu, bu adamlar rusların yuxarıda adıçəkilən ensklopediyasını dədə-baba malı kimi tamam-kamal (?!) tərcümə edərək öz adlarına çıxıblar. Dəhşətin dərəcəsinə baxın, onlar vicdanları ağrımadan, nə köçürdükləri mənbənin, nə “Avanta+” nəşriyyatının, nə də ki, kitabın içərisindəki məqalə müəlliflərinin adlarını öz “ensiklopediyalarının” bir yerində belə göstərməyiblər. Belə çıxır, bu “əsər” bütövlükdə onların əməyinin məhsuludur. Üzdəniraq “ensiklopediyaçıların” gözləri o dərəcədə qızışıb ki, hətta onlar mənbənin ikinci səhifəsindəki “oğurlayanlar hüquqi məsuliyyət daşıyır” xəbərdarlığını da “görməyiblər”. Faciənin digər, həm də ən dəhşətli tərəfi isə odur ki, bu oğurluq ensiklopediya, nə az, nə çox, düz 70 min nüsxə tirajla (iki cild birlikdə) od qiymətinə dövlət vəsaiti hesabına çap olunaraq məktəb kitabxanalarına paylanılıb. Deməli, Azərbaycan dövləti Təhsil Nazirliyinin simasında kitab oğurluğuna ortaq edilib. Yəqin ki, sabah “Avanta+” ölkəmizi məhkəməyə verib dəyən ziyanı asanlıqla ala biləcək. Nəyə və necə etiraz edəcəyik? Kor kor, gör gör, oğurluq ortadadır... İndi yəqin hörmətli oxucular gözləyir ki, mən hər iki kitabdan sitatlar gətirib tutuşdurmaqla müqayisələr aparacaq və bu oğurluğu əyani surətdə nümayiş etdirəcəm. Mənə elə gəlir buna ehtiyac yoxdur, məsələ sitatdan, səhifədən, fəsildən keçib: Demək olar, kitab “köklü-köməcli” yağmalanıb! Ona görə də söhbətimin istiqamətini bir az başqa səmtə yönəltmək istərdim. Diqqətli oxucuların yadından çıxmamış olar, bir neçə ay öncə “Azadlıq”da “Təhsilimizdə görünməmiş biabırçılıqlar” başlıqlı yazı ilə çıxış etmişdim. Yazıda qosqoca ali məktəblərimizdən birində çalışan professorun moskvalı alimin kitabını necə oğurlayıb öz adına çap etdirməsindən bəhs etmişdim. Bildirmişdim ki, nazir Mərdanov ondan əvvəl bu oğurluğun “izinə düşübmüş”. Daha doğrusu, professor Nurəddin Kazımovun təkidli tələblərindən sonra Mərdanov Müəllif Hüququları Agentliyinə (MHA) müraciət edərək əməkdaşının oğurluq eləyib-eləmədiyini araşdırmasıını istəyibmiş. Agentlik də rəsmi cavab veribmiş ki, “cənab nazir, kitab plagiatdır”. İşçisinin doğrudan da oğruluğuna rəsmən əmin olduqdan sonra gözünə döndüyüm Misir müəllim də bilirsinizmi nə “tədbir” qılıb? – Heç nə, həmin professora əməkdar elm xadimi adı verdirib... Başqa bir misal. Bu ilin iyununda “Yeni Müsavat”da “Təhsilimizdə “plagiat” xəstəliyi” başlıqlı başqa bir yazım dərc olundu. O da oğurluqdan bəhs edirdi. Amma budəfəki oğrulardan biri Misir müəllimin yaxın çevrəsində olan adam – nazirlikdə məsul vəzifə tutan xanım, digəri isə fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru idi. Əlqərəz, bu adamlar əlbir olub rus alimi M.Çelışkovanın “Teoriya i praktika konstruirovaniya pedaqoqiçeskix testov” kitabını yağmalayaraq öz adlarına çıxmışdılar. Ən qəribəsi də o idi ki, filoloq ixtisaslı xanımın oğurladığı kitab riyazi statistika və ehtimal nəzəriyyəsinə (?!) aid idi. Yəni şeytanın yatıb yuxusuna girmədiyi oğurluq! Elə bilirsiniz Misir müəllim oğruları çağırıb danladı? Bunu ağlınıza da gətirməyin, onlar nazirlərindən elə üz gördülər ki, hətta televiziya ekranına çıxıb heç bir mənəvi diskomfort keçirmədən dedilər: Doğrudur oğurluqdur, amma...
Amması budur ki, xanım müəllif kitabın oğurluq olduğunu etiraf etdi, amma bu işdə əli olmadığını bildirdi: “Adımın kitabın müəllifləri siyahısına düşməsini təsadüfi saymıram. 198 səhifəlik kitabın 3 səhifəlik giriş hissəsini və sonda 8 səhifəlik sahə terminləri lüğətini mən hazırlamışam. Bu işdə heç bir təmənnam olmasa da kitab çapa verilərkən həmkarım əməyimi qiymətləndirmək məqsədilə məni də müəllif kimi təqdim edib. Eyni zamanda, ədalət naminə (?!) onu da qeyd edim ki, kitabın plagiatlıqda ittiham olunan hissəsi, məhz riyazi düstur və təhlillər olan hissəsidir ki, o da o biri müəllif tərəfindən işlənilib”. (İnternetdə izlə: YouTube, “Plagiatlıq”) Dəyərli oxucular, diqqət yetirdinizmi bu xanım öz “müəllif” həmkarını bir saniyənin içərisində necə baqaja qoydu. Nə qədər ki, plagiatlıq üzə çıxmamışdı, yəqin ki, o, sinəsinə döyərək “mənim belə kitabım var” – deyirdi. Elə ki, iş bərkə düşdü, az qaldı deyə ki, adımı xəbərim olmadan kitaba yazıblar. Bu xanım deyir: “Kitabın 3 səhifəlik giriş hissəsini mən yazmışam”. Ayıbdır, vallah ayıbdır! Ondan soruşuram: Bir adam ki, kitabın içərisindən bir şey anlamaya o, necə ön söz yaza bilər? Hələ də ona əyan deyil ki, ön sözü kitabın məzmunundan az-çox başı çıxan adam yaza bilər! Onun “kitabın sonundakı 8 səhifəlik sahə terminləri lüğətini yazması” iddiası isə lap gülünc görünür. Belə ki, burada elə terminlərdən söhbət gedir ki, onlar ehtımal nəzəriyyəsi və riyazi statistikanın dar bir sahəsinə aid olmaqla, son zamanların terminləridir. Onları respublikamızda bir əlin barmaqlarının sayı qədər mütəxəssis bilə bilməyə, Allah bilir, o ki, qala hansısa filoloq. Maraqlı olacağını nəzərə alaraq həmin terminlərdən bir neçəsini oxucuların nəzərinə çatdırıram: çiy bal, stanayn, sten, T-göstərici, Z-göstərici, konstrukt validlik, proqnostik validlik, dixotomik korrelyasiya əmsalı, Spirmenin ranq korrelyasiyası, nöqtəvi-biserial korrelyasiya, Kronbax etibarlılıq əmsalı, Küder-Riçardson-20 düsturu, prosentil ekvivalenti, reprezentativlik, j-korrelyasiya əmsalı və s. Dəyərli oxucular, mətbuat vasitəsilə elan edirəm: Əgər həmin filoloq xanım bir ilə bu terminlərdən bircəciyini öyrənib izah edə bilsə, bundan sonra əlimə qələm almayacam! Mənə elə gəlir, onun səmimi şəkildə: “kitabın çapından xəbərim yoxdur” deməsi daha yaxşı idi, nəinki özündən ağ yalanlar uydurması... O biri müəllifinsə öz oğurluğuna münasibəti belə oldu: “Kitab Əlövsət Osmanlının iddia etdiyi kimi yüz faiz oğurluq deyil, yarımplagiatdır. Çünki kitabda mənim də müəyyən əməyim var. Hamı müxtəlif mənbələrdən köçürür, izi elə azdırırlar ki, bilən olmur. Mən sadəcə olaraq, burada nə var həmin ardıcıllıqla eləmişəm, çünki o adam (professor M.Çelışkovanı nəzərdə tutur – Ə.O.) orada yeni heç nə eləməyib”. (İnternetdə izlə: Yenə orada). Hətta çıxışının başqa bir yerində o, belə deyib: “Ağdamdakı müəllimin nə vecinədir, kitabın müəllifi kimdir, ona vəsait lazımdır, götürüb oxusun!” Fikir verirsinizmi, nə qədər rüsvayçı haldır. Üzdəniraq müəllifin deməyindən belə çıxır ki, oğru evdəki əşyaların bir qismini oğurlayıbsa, onun bu əməli “oğurluq” kimi yox, “yarımoğurluq” kimi qiymətləndirilməlidir. Digər tərəfdən, o, M.Çelışkovanın adıçəkilən kitabının da haradansa oğurlandığını iddia edir. Əvvəla, mənbəni göstərmədiyinə görə bu iddianın heç bir əsası yoxdur. İkincisi isə görünür, yağmaçı müəllif bu yolla öz oğurluğuna haqq qazandırmaq istəyir, bir el məsəlində deyildiyi kimi: “oğrudan oğruya halaldır”. Onun məntiqinin gülünclüyünə diqqət yetirin: müəllfin oğru olub-olmamasının müəllim üçün heç bir əhəmiyyəti yoxdur, əsas odur ki, oxumağa vəsait olsun!... Qurani-Kərimdə deyilir: “Etdikləri əməlin müqabilində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin!”. (Maidə surəsi, 38-ci ayə). El arasında isə belə bir deyim var: “Oğrunun yeri məhbəsdir”. Əlbəttə, mən oğru-plagiatların əllərinin kəsilməsinin və ya zindana atılmasının tərəfdarı deyiləm. Amma onu da qəbul edə bilmərəm ki, bu yağmaçılar Təhsil Nazirliyi kimi strateji əhəmiyyət daşıyan bir qurumun çatısı altına toplaşıb bildiklərini eləsinlər. Misir müəllim də ekspertlərin acığına desin: “Onların yeri mənim ətrafımdır. Siz tənqid etməyinizdə olun, mən də onları mükafatlandırmaqda”... Əziz oxucular, oğurlayırlar, özü də heç bir abır-həya hissi keçirmədən, qorxmadan və çəkinmədən oğurlayırlar! Kimdən qorxacaqlar, kimdən çəkinəcəklər?! Əllərinə vuran, dur deyənmi var?! Yəqin ki, eşitmisiniz, bir neçə gün öncə MHA plagiat əsərlərin statistikasını açıqladı: “Hesabat dövrü ərzində 30 nəşrin plagiat olması aşkarlanıb. Onlardan 6-sı elmi əsər, 5-i ədəbi əsər, 2-si lüğət, 1-i ensiklopediya, 1 fakt mətbuatla əlaqədardır. Qalanları isə ali və orta məktəb dərsliyi, dərs vəsaiti və metodik vəsaitdir. Ümumilikdə, plagiat dərsliklərin 95 faizini ali məktəb dərslikləri təşkil edir”. Bu, hələ haqqında agentliyə məlumat daxil olan və üzərində araşdırma aparılan nəşrlərdir... İndi biz ağzını açanda doğruluqdan, düzlükdən, halallıqdan danışan təhsil nazirindən, eləcə də onun dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdan soruşmalı deyilikmi ki, bu oğurluq dərsliklərə, dərs vəsaitlərinə necə qrif vermisiniz? Dövlətin sizə etibar elədiyi belə bir məsul işi niyə oyuncağa, Azərbaycan xalqının və dövlətinin oğrular siyahısına salınması üçün vasitəyə çevirmisiniz? Məqsədiniz nədir? Misir müəllim də, Şahbazlı da “dərsliklərimiz qüsurludur” deyən mütəxəssislərin ağzından vurur, “biz dərslik işinə qarışmırıq, müstəqil (?!) Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) var, bütün şikayətlərinizi ora bildirin” – deyirlər. Tutalım, doğrudan da belədir. Bəs onda MHA kimi ciddi dövlət qurumunun yaydığı məlumatda adıçəkilən ali məktəb dərslikləri necə? Onları ki, DQŞ yox, nazirliyin Elmi-Metodik Şurasının müvafiq bölmələri təsdiq edib. Həmin dərsliklərin müəlliflərini, rəyçilərini, redaktorlarını, naşirlərini niyə bir yerə yığıb bu biabırçılığa son qoymaq istəmirlər? Bunu ki, nazirlikdən “incik” ekspertlər demirlər?!
Sözardı...
Bəli, əziz oxucular! Gördüyünüz kimi, təhsilimizin başı üzərində bir kabus dolaşmaqdadır: “Plagiat” kabusu. Gəlin bu utancverici duruma qarşı elliklə təpki göstərək. Bəlkə ictimai qınaq yolu ilə “plagiat” bəlasından qurtula bildik!
Əlövsət Osmanlı, riyaziyyat üzrə fəlsəfə doktoru
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|