"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                 

Sertifikasiyada az bal toplayan müəllimlər bölgələrə göndərilir? - AKTUAL
Tarix: 23-03-2025, 12:43 | Çap et
Sertifikasiyada az bal toplayan müəllimlər bölgələrə göndərilir?
"Müəllimlərin işə qəbulu (MİQ) imtahanı Azərbaycanda artıq bir neçə ildir ki, təhsilin keyfiyyətinə təsir edən əsas mexanizmlərdən biri kimi tətbiq olunur. Bu sistemdə aşağı bal toplayan namizədlər adətən Bakı və iri şəhərlərdəki məktəblərə yox, daha çox ucqar rayon və kənd məktəblərinə yönləndirilir. Bu, müəyyən mənada “seçici yerləşdirmə” prinsipinə əsaslanır. Yəni yüksək bal toplayan müəllimlərin seçim imkanları geniş olur, az bal toplayanlar isə mövcud boşluqlarla kifayətlənirlər. Bu modelin əsas məqsədi regionlarda müəllim çatışmazlığının qarşısını almaqdır. Lakin bu yanaşma həm təhsilin keyfiyyəti, həm də bərabər təhsil imkanları baxımından suallar doğurur".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

Ekspertin fikrincı, sertifikasiya imtahanı mahiyyətcə fərqli bir mərhələdir:

"Bu imtahan artıq işləyən müəllimlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi daşıyır və əsasən iki nəticə doğurur -müəllimin maaşının artırılması və ya onun işdə qalmaq hüququnun qiymətləndirilməsi. 2023-cü ildə sertifikasiyada iştirak edən ibtidai sinif müəllimlərinin orta nəticəsi 54 bal olmuşdu, onların təqribən 80 faizi imtahanı müvəffəqiyyətlə keçmişdi. Lakin 20 faizdən çox müəllimin nəticəsi minimum keçid balından aşağı idi və bu müəllimlər ya müddətli müqavilə ilə işə davam etdilər, ya da müqavilələri uzadılmadı.

Bu yanaşma bir çox hallarda müəllimlərin iş yerlərini itirməsi ilə nəticələndi. Hazırda sertifikasiyada zəif nəticə göstərən müəllimlərin dərhal sistemdən çıxarılması təhsilin keyfiyyətini yüksəltmək məqsədi daşısa da, bu yanaşmanın sosial və praktiki baxımdan ciddi çatışmazlıqları mövcuddur. Bu müəllimlər uzun illər ərzində sistemdə fəaliyyət göstəriblər, bir çox hallarda dağ kəndlərində, resursları məhdud olan məktəblərdə çalışıblar.

Belə müəllimlərin tədris imkanları ilə şəhər məktəblərində işləyən müəllimlərin imkanlarını müqayisə etmək doğru deyil. Ədalətli yanaşma tələb edir ki, onların biliklərini artırmaq üçün dəstək proqramları, təlimlər və alternativ yerləşdirmə yolları təklif olunsun".

Ekspertin sözlərinə görə, dünya təcrübəsində bu sahədə fərqli yanaşmalar mövcuddur:

"Məsələn, Finlandiyada müəllimlərin qiymətləndirilməsi prosesində imtahan yox, davamlı müşahidə, həmkar qiymətləndirməsi və inkişaf planları əsas tutulur. ABŞ-də isə müəllimlərin performans dəyərləndirilməsi əsasən “value-added” modeli ilə aparılır və nəticədə zəif nəticə göstərən müəllimlər üçün professional inkişaf proqramları hazırlanır.

Onlara dərhal işdən çıxarılmaq əvəzinə, müəyyən müddət ərzində özlərini inkişaf etdirmələri üçün şans verilir. Sinqapur və Cənubi Koreya kimi ölkələrdə isə müəllimlərin rotasiyası daha sistemli aparılır, yəni həm yüksək, həm də zəif nəticə göstərən müəllimlər dövri olaraq fərqli məktəblərdə işləməyə göndərilir və bu şəkildə bilik və təcrübə paylaşımı artırılır".

Ekspert deyib ki, Azərbaycan təcrübəsində isə bu mexanizm hələ formalaşmayıb:

"MİQ imtahanında aşağı bal toplayan namizədlərin rayonlara göndərilməsi praktikası bəlli qədər məntiqəuyğun görünsə də, sertifikasiya imtahanında bu yanaşma tətbiq edilmir. Halbuki bu imtahandan da aşağı nəticə göstərən müəllimlərin birdən-birə sistemdən uzaqlaşdırılması əvəzinə, onların təhsilin daha çox ehtiyac duyulan rayonlarına yönləndirilməsi daha funksional bir model ola bilərdi.

Belə yanaşma həm regionlarda müəllim çatışmazlığını azaldar, həm də zəif nəticə göstərən müəllimlərə öz üzərində işləmək və təcrübə qazanmaq fürsəti verərdi. Lakin bu modelin mənfi cəhətləri də var. Əgər bu proses məcburi şəkildə həyata keçirilərsə, bu zaman müəllimlərin motivasiyası kəskin şəkildə azala bilər. Həmçinin ailəli, uzun illər bir bölgədə çalışan müəllimlərin başqa rayona göndərilməsi ciddi sosial narazılıq doğura bilər. Bu baxımdan, prosesin könüllülük əsasında həyata keçirilməsi, müəllimlərə alternativ təkliflərin verilməsi, maddi dəstəyin göstərilməsi zəruridir. Müsbət tərəfdən baxdıqda, bu model regionlar üçün bir fürsət ola bilər. Çünki hazırda Azərbaycanın bir çox kənd məktəblərində kadr çatışmazlığı mövcuddur və bəzən bu boşluqları heç kim doldurmur.

Əgər sertifikasiyadan zəif nəticə göstərmiş müəllimlər həmin yerlərə yönləndirilsə və onların ixtisasartırma prosesləri paralel aparılsa, həm onların özlərini inkişaf etdirməsi təmin olunar, həm də region şagirdləri təhsildən məhrum qalmaz. Sonda qeyd etmək lazımdır ki, müəllimlərin qiymətləndirilməsi və yerləşdirilməsi məsələsi yalnız rəqəmlərlə həll olunmamalıdır. Bu, sosial, pedaqoji və etik məsələdir. Əgər məqsədimiz təhsildə keyfiyyəti artırmaqdırsa, müəllimlərin bacarıqlarını artırmaq, onları dəstəkləmək və daha ədalətli bölgü mexanizmləri yaratmaqla bu məqsədə çatmaq mümkündür".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru