“Azəravtoyol” ASC-də nə baş verir? - İTTİHAM VAR
Tarix: 2-06-2016, 08:45 | Çap et
![“Azəravtoyol” ASC-də nə baş verir? “Azəravtoyol” ASC-də nə baş verir?](/uploads/posts/2016-06/thumbs/1464842747_0001.jpg) “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs edən bir neçə faktı diqqətinizə təqdim etmişdik. Bu xüsusda bizimdovr.az-a yeni daxil olan məlumatlarda bildirilir ki, müəssisənin rəisi Vasif Məmmədov, barəsində olunan tənqidi çıxışlara tam etinasızlıq sərgiləməkdə davam edir. Mənbələrin deməyinə görə, idarə rəisi “Azəravtoyol” ASC-nin sədr müavini-Avtomobil yollarının istismarı idarəsinin rəisi Əvəz Qocayevlə qohumluq əlaqələrinə güvənərək, Saleh Məmmədovun onu işdən çıxarmasını mümkünsüz hesab edir. Bu səbəbdən də, 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin işi çeşidli özbaşınalıqlarla müşayiət olunmaqda davam edir. Biz artıq ötən materiallarda da göstərmişdik ki, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir, Tovuz, Gədəbəy ərazisindən keçən hissəsinə xidmət göstərən bu idarənin fəaliyyəti son dərəcə qeyri-qənatbəxş qiymətləndirilir. Bu xüsusda aldığımız açıqlamalarda bildirilir ki, idarənin funksiyalarına ağacların əkilməsilə yanaşı budama, xəstəliklərə və ziyanvericilərə qarşı profilaktik tədbirlərin görülməsi və sairə vəzifələr aiddir. Bununla belə, rəis Vasif Məmmədovun tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları ucbatından, idarə hazırda bu vəzifələrinin öhdəsindən tələb olunan səviyyədə gələ bilmir. Mənbələrin iddiasına görə, hal-hazırda idarənin resurs və potensialından məqsədyönlü şəkildə, qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün deyil, daha çox şəxsi sifarişlərin icrası məqsədilə istifadə olunur. Məsələn, rəis idarənin su maşınlarını fərdi sifarişlər əsasında əlavə işə göndərir. İşçiləri onlara aid olmayan işlərdə çalışdıraraq, bunun müqabilində sifariş verən sahibkarlardan külli-miqdarda pul alır və həmin pulu da öz cibinə qoyur. İşlərini itirmək istəməyən fəhlələr isə, etiraz edə bilmir və Vasif Məmmədovun dediyini yerinə yetirmək məcburiyyətində qalırlar. Yuxarı instansiyaya təqdim olunan hesabatlarda isə, yerinə yetirilmiş kimi göstərilən işlərin həcmini ifadə edən rəqəmlər süni şəkildə “şişirdilir”. Həmçinin biz aldığımız açıqlamalara əsaslanaraq vurğulamışdıq ki, 8 saylı Yol Yaşıllaşdırma İdarəsində müxtəlif maxinasiyaların həyata keçirilməsində rəis Vasif Məmmədovla yanaşı idarənin mühasibi Şirməmməd müəllim də həlledici rol oynayır. Mənbənin deməyinə görə, idarənin ştatında olan 100 nəfərdən artıq işçinin yarısından çoxu günlərlə işə çıxmır. Maraqlanan olanda, rəhbərlik tərəfindən belə məlumat verilir ki, guya həmin işçilər sahələrə ezam olunublar. Əslində isə, bu ştatlardan artıq çoxdan köhnəlmiş, lakin bu gün də işləkliyini saxlamış mənimsəmə maxinasiyaları üçün istifadə olunur. Yəni həmin ştatlarda “ölü canlar” saxlanılır. Onlara məxsus maaş kartları isə, məhz Şirməmməd müəllimdə saxlanılır. Həmçinin bizimdovr.az-a daxil olan məlumatlarda 8 saylı Yol Yaşıllaşdırma İdarəsində işə qəbul məsələlərində də ciddi qanun pozuntularına yol verildiyi vurğulanır. İddia olunur ki, Vasif Məmmədov idarədəki iş yerlərini sözün əsil mənasında satışa çıxarıb. Belə ki, o, mütəmadi olaraq idarənin işçilərini heç bir ciddi səbəb olmadan, əsassız bəhanələrlə işdən çıxarır və onların yerinə 300-500 manat rüşvət alaraq, yenilərini təyin edir. Təbii ki, bu zaman, Şirməmməd müəllimin xüsusi nəzarətində olan “ölü canlar”a heç kim toxunmur.
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|