![Putin 100 yaşlı erməni qadını mükafatlandırdı Putin 100 yaşlı erməni qadını mükafatlandırdı](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739005419_0001.jpg)
Krasnodar meri Yevgeni Naumov və Krasnodar şəhər Dumasının sədri Vera Qaluşko Hitler faşizmi üzərində qələbənin 80 illiyi münasibətilə 100 yaşlı veteran Yevdokiya Yesayana medal təqdim ediblər.
Moderator.az xəbər verir ki, tert.am-ın yazdığında görə, bu barədə Rusiya Erməniləri Birliyi məlumat yayıb .
Yevdokiya Fedorovna Yesayan Rusiya Federasiyasının Prezidenti V.Putin tərəfindən “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” medalı ilə təltif edilən ilk Krasnodar veteranıdır.
Yevdokiya Yesayan Uralda anadan olub. 15 yaşından Çelyabinsk Traktor Zavodunda işləyib, bütün müharibə boyu orada çalışıb, cəbhə üçün tanklar yığıb.
1947-ci ildə valideynləri ilə birlikdə Krasnodara köçüb. O, 40 ildən artıq “Oktyabr” zavodunda çalışıb, bunun 13 ili “Arxa işçi” və “Qələbə günü” yubiley medalları ilə təltif edilib.
“Hörmətli Yevdokiya Fedorovna, biz şərəfli missiyanı yerinə yetiririk və sizə Rusiya Prezidentinin “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” medalını təqdim edirik" -deyən Yevgeni Naumov qeyd edib ki, “Siz birincilərdənsiniz, lakin bütün Krasnodar veteranları belə bir medal alacaqlar”.