Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

"Azər Süleymanov nəyə xidmət edir: dövlətə, xalqa, yoxsa cibinə???" - nazirə şok şikayət
Tarix: 18-06-2016, 10:22 | Çap et
"Azər Süleymanov nəyə xidmət edir: dövlətə, xalqa, yoxsa cibinə???"
Bu sözlər neçə gün əvvəl redaksiyamıza zəng edərək dərdini bizə danışan ağcabədili fermer V.Axundovun şikayət məktubundandır… V.Axundov əməkdaşımızla söhbətində olduqca maraqlı məsələlərə toxunub. Sən demə, 2 milyondan çox əhalisi olan qonaqlı-qaralı Bakıda ət və ət məhsullarının bahalığının bir səbəbi həm də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyinin fəaliyyətindəki uyğunsuzluqdur…

«Niyə rayonlarda kq-ı 5-6 manata olan ət Bakı bazarlarında 8-9, bəzən isə 10 manata satılır???»

Şikayətçi fermerin kənd təsərrüfatı naziri Heydər Əsədova ünvanlı şikayətini ixtisarla təqdim edirik (Daha geniş yazı qəzetin 21 iyun tarixli sayında dərc ediləcək):
-Cənab nazir! Əvvəlcə ondan başlayım ki, 20 ildən çoxdur maldarlıq və qoyunçuluq təsərrüfatı yaradaraq fəaliyyət göstərirəm. Dövlətdən bir manat da pul almadan… Qoy bu müraciətimi cənab kənd təsərrüfatı nazirimiz kimi Siz Heydər Əsədov oxuyasınız və agah olsun ki, ölkəmizdə bəzi sahələrdə bahalığın, məhsul qıtlığının bir səbəbi də fermerlərə lazımi köməkliyin olmamasıdır. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamları ilə hər il taxılçılara maliyyə yardımı edilir. Mənim qonşu təsərrüfatımda çalışanların güzəranından görürəm ki, bunların çoxu yerlərdə nəzəri xarakter alır, mahiyyətinə gələndə fermerin adına yardım var, özü demək olar yoxdur. Azsaylı adamlara verirlər, amma çoxlarının adına yazılır və… Bunu da qoyuram bir kənara, amma qoyunçuluq və maldarlıq təsərrüfatı yaradanlara isə heç bir kömək yoxdur. Halbuki Azərbaycanlı süfrəsinin bir tərəfində çörək durursa, digərində ət məhsulları dayanır. Biz fermerlərin yem bazası yaratması üçün də kömək lazımdır. Suyu pulla alırıq, yerlərdəki baytarlıq xidmətinin hansı səviyyədə olması da bəllidir… Baytarlar yalnız bazara halal ətimizi aparanda Forma-arayış deyilən bir sənədi verəndə yada düşürlər. Daha doğrusu, onda bizi yad edirlər.
Cənab nazir! Özüm ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. Mənim şikayətim konkret olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun komandasının zəif fəaliyyətindən, biz fermerlərin qarşısına süni səd çəkməsindəndir. Əvvəlki rəis Sialə xanımın dövrünü xatırlayıram. Belə deyildi… Televiziyadan gördüm və sonra mətbuatdan izlədim ki, bu ilin iyunun 11-də Kənd Təsərrüfatı Nazirliyində baytarlıq xidmətinin yarıtmazlığına həsr olunmuş iclas keçirilib. İclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanov və onun işçiləri də var idi. Yadımdadır ki, Siz, cənab nazir, iclası açıb dövlətin aqrar sektora göstərdiyi diqqət və qayğıdan danışdınız. Hətta respublikada ərzaq bolluğunun yaradılmasında Baytarlıq Nəzarəti Xidmətinin müstəsna rolu olduğunu dediniz. Amma Sizin bu iclasınızda 5-3 tanınmış fermer də iştirak etsəydi, məlum olacaqdı ki, əksinə, ölkədə ərzaq qıtlığının, bahalığın yaradılmasında Baytarlıq Nəzarəti Xidmətinin rolu az deyil… Bunu bilmək üçün Siz nümayəndələrinizi, amma inandığınız, güvəndiyiniz adamları gecə saatlarında Bakıdakı kolxoz bazarlarına göndərin. Ət və ət məhsullarını paytaxt bazarlarına gətirən biz fermerlərin və ya nümayəndələrimizin başına açılan oyunu, pul alış-verişini, sizin laboratoriya müdirlərinin, baytar həkimlərin hansı hoqqadan çıxdığını, hər bazara aylıq haqqın necə qoyulmasını və s. görəndə, biləcəksiniz ki, Prezident cənab İlham Əliyevin və Sizin bir nazir kimi çəkdiyiniz əziyyətləri necə heçə endirirlər. Məni səmimi qəbul edin, olduğu kimi söyləməyə məcburam, bu yaxınlarda Mikrorayon bazarına ət aparmışdıq, halallıqla kəsilmiş, yetişdirilmiş heyvanlarım idi, uşağıma toy etdirirdim, dedim, niyə qazancı alverçilərin olsun, öz heyvanlarımın ətini özüm satdıracağam. Onsuz da bazarların hər birinin öz ət alverçisi var və biz də onlara təhvil veririk. Amma rayonlardakı mal-qoyun alverçiləri bizdən su qiymətinə alıb Bakıda üzərinə 25-30 faiz pul qoyub satırlar. Bu insafsızlıqdır… Və mən bazarda sizin laboratoriya müdirinin, baytar həkimin sənəd istəməsi bəhanəsi ilə əlimizdəki əti onların adamları olan alverçilərə yarı qiymətinə satdırmaq istəyini görəndə dəhşətə gəldim. Bu barədə eşitmişdim, amma öz gözlərimlə gördüm. Təsəvvür edin, bizdən tələb edirlər ki, bazara keyfiyyətsiz ət gətirilməsin, xəstəlik var və s. Deyirlər ki, arayış gətirin. Axı yerlərdəki baytar oturur başqa yerdə, mən fermer sabah iki mal satıramsa, onu hara dəvət edim, bəlkə mal-heyvanlarımızı onun idarəsinə aparmalıyıq? Hər gün Bakıya minlərlə mal, on minlərlə qoyun-quzu kəsilib daşınır. Mövcud şərait isə diqtə edir ki, hamı aparıb pulunu verib arayışını alsın. Heyvan xəstədir-sağlamdır, kim görür ki. Sonra Bakıdakı bazarların baytar həkimləri də bu tərəfdən. Əgər biz təkrarən bazarlardakıların «bığının altından keçəcəyiksə», daha o forma-arayışlar kimə lazımdır??? 8 km bazarında da eyni mənzərəni görmüşük, tanıdığım fermerlərin bildirdiyinə görə «Yaşıl Bazarda» və «Bakı Mərkəzi Bazar»da, Nəsimi bazarında da elə… Yaxşı biz dərdimizi kimə və necə deyək? Bazar işçiləri də etiraf edirlər ki, hər bazarın öz haqqı var. Hətta guya rəis Azər Süleymanov reyd keçirdir, at əti tutur və s. Bunlar onun rəis təyin edilməsinə hesablanmış görüntülərdir.
Cənab nazir! Şikayətimin əsassız olub-olmamasını araşdırmaq üçün tamamilə inandığınız bir adamı bazarlara gecələr göndərin və bundan sonra Sizə məlum olacaq ki, niyə Bakıda ət od qiymətinədir... Söylədiklərimə bir sübut: yuxarıda qeyd etdiyim iclasda, hansı ki, Siz sədrlik edirdiniz, bazarlardakı baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının fəaliyyəti barədə çıxışlar oldu, narazılıqlar dilə gətirildi. Elə həmin iclasda elan olunub ki, işdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova, 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilmişdir. Bundan başqa, 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilmiş, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilmişdir. Halbuki birinci şiddətli töhmət rəis əvəzi Azər Süleymanovun özünə verilməli idi… Onun bazarlardakı işçilərinin dilindən deyilənləri eşidəndə təəssüflənməli olmuşam. Bütün bunları yoxlamaq üçün bir fermeri pilot layihəyə cəlb edin, Bakıya ət gətirsin. Görün onun başına nə oyun açılacaq, baytar həkimlər nə hoqqadan çıxacaq…
Cənab nazir, inanıram ki, biz fermerlərin il boyu çəkdiyi əziyyəti yüksək qiymətləndirirsiniz. Amma istəyirik ki, zəhmətimiz hədər getməsin, Baş Baytarlıq Xidmətinin rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini
Azər İdris oğlu Süleymanovun yaratdığı mövcud durum dəyişsin, onda Bakı bazarlarında qiymətlər 20-30 faiz aşağı düşəcək, bizlərin də gəlirləri çox olacaq.
***
Qeyd edək ki, Azər Süleymanov birdən-birə 12.06.2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini təyin edilib, bundan 3 ay sonra (07.09.2015) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis vəzifəsini icra edən (rəis müavini) vəzifəsinə təyinat alıb. Halbuki ona qədər bu Baş İdarədə (Xidmətdə) çoxsaylı daha təcrübəli işçilər var idi, niyə onlar kənarda qalıb??? Bu tələm-tələsik təyinat nədən qaynaqlanır???
Məsələyə dair rəis əvəzi A.Süleymanovun da mövqeyini öyrənməyə çalışdıq… Təəssüflər olsun ki, onun 562-76-13 iş telefonu zənglərimizə cavab vermədi… Bununla belə, şikayətçinin xahişi ilə Bakının üç bazarında gecə saatlarında baş verənləri canlı görmək üçün reyd keçirdik, araşdırma apardıq… Daha ətraflı yazı təqdim olunacaq və foto və videokadrlar çapa hazırlanır…
(Davamı var)
«Pravdainfo.org»un Araşdırması










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru