Səhiyyə Nazirliyinin 200 milyon ötürdüyü offşor şirkətlər ortaya çıxdı - ARAŞDIRMA
Tarix: 24-06-2016, 11:05 | Çap et
AzToday.az portalı olaraq Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tenderlərlə bağlı araşdırma aparanda, doğrusu hər daşın altından çıxan məmur tayfası ilə burada da "qarşılaşacağımızı” proqnozlaşdırmırdıq, sadəcə diqqətimizi tenderlərin miqyası cəlb eləmişdi. Amma indi məlum olur ki, bahalı müsabiqələri dolayısıyla yüksək çinli məmurlara məxsus şirkətlər "ələ keçirir”. Yeri gəlmişkən, Azərbaycanda bu gün korrupsiyalaşma səviyyəsinə görə satınalma prosesləri yalnız özəlləşdirmə ilə "rəqabət” apara bilər və hər ikisi də məmurların əlindədir.
57 milyonluq tenderi qazananın nə satdığı bilinmir
"Farm-Qafur” MMC də əvvəlki yazıda adını çəkdiyimiz "AvroMed Company”, "Arash Medical Company” (və ya "Araş Medikal”) və "Güllübulag” MMC-lərdən satınalma sayına görə geridə qalmır. Şirkət İnnovasiya və Təchizat Mərkəzinin xəttilə cəmi üç ildə ümumi dəyəri 45 829 891,98 manat olan sifariş alıb. Hər halda rəsmi rəqəmlər bu qədərdir, daxili müqavilə ilə əlavə satınalmaların ola biləcəyi də istisna edilmir. 2010-cu ildə İnnovasiya Mərkəzindən 5 992 712,69 manat, digər səhiyyə müəssisələrindən də 652 731,85 manatlıq sifariş alıb. 2011-ci ildə ümumi sifarişlərin dəyəri 31 870 959,74 manat təşkil edib. Bunun 31 265 805,62 manatı yenə mərkəzin, qalanı da digər səhiyyə qurumlarının payına düşür. Həmin il bir müqavilə ilə 12,2 milyon manatlıq dərman vasitələrinə dair satınalma var, başqa bir müqavilə üzrə eyni məqsədlə 6,7 milyon manatlıq sifariş olub. Daha dörd müqavilənin dəyəri də ayrılıqda 2-4 milyon manat arasındadır. 2012-ci ildə qazanılan tenderlərin məbləği 18 757 384,77 manat təşkil edib. Bunun 8 571 373,68 manatı mərkəz, 10 186 011,09 manatı da fərqli səhiyyə qurumlarından sifariş alınıb. Amma 2013-cü ildən bu şirkətlə əməkdaşlıq edilməyib, sanki qadağa qoyulmuş kimi heç bir səhiyyə qurumundan rəsmi olaraq tender almayıb. Ən azından reyestr məlumat bazasından belə görünür. "Farm-Qafur” MMC üç ildə nazirlik üzrə 57 273 789,04 manatlıq 51 sifariş götürüb. Bunun elə 45 829 891,99 manatı İnnovasiya Mərkəzindəndir. Bütün nüfuzlu şirkətlərdən fərqli nə web-saytı var, nə də sosial şəbəkələrdə səhifəsi. Medportalda Y.Sәfәrov küçəsi 17 ünvanda, Mәrkәzi Neftçilәr Xәstәxanasının strukturunda göstərilir, müxtəlif saytlarda adı çəkilir, ismi satınalmalarda keçir, amma dediyimiz kimi nə satdığı, neçəyə satdığı internet resurslarındakı axtarışlarımızda bəlli olmadı.
Türk şirkətinin bazara girməklə 13,6 milyonluq iş götürməsi bir olub
"Osteosintez-Bakı” ETİB-dən 10 114 311,88 manat, "Albatros Healthkeyr” ("Albatros Health Care”) MMC-dən də 4 485 668,2 manatlıq alış-veriş edilib. Bu şirkətlərin də adları bir sıra saytlarda çıxır. Mövcud olmağına mövcuddurlar. Kataloqda adres, elektron adres, telefonları var, amma web-resurslarda özlərinin saytı olduğuna rast gəlinmir.
2013-cü ildə bazara adından da bəlli olduğu kimi Türkiyədə yaradılmış "MTC Medikal Ürünleri Sanayi ve Ticaret Anonim Şirketi” daxil olub. Mtcmedikal.com/tr saytında yazılır ki, "2005-ci ildə Türkiyədə qurulan MTC Medikal Azərbaycanda bir çox xüsusi xəstəxana, müxtəlif dövlət səhiyyə təşkilatları ilə əməkdaşlıq edir. Şirkətin əsas fəaliyyəti tibbi cihaz və məhsulların ixracatı, satış sonrası texniki xidmət təmin etmək üzərinədir”. Niyə təkcə Azərbaycan? Bu, şirkətin sadəcə Azərbaycandakı tenderləri qazanmaq üçün yaradıldığı rəyi formalaşdırır. Bizim bazara yeni girib, amma "quşu da gözündən vurub”, üç ildə şirkətə cəmi 4 tenderdə 13 599 781,25 manatlıq sifariş verilib. Bir müqavilə ilə satın alınan tibbi təyinatlı vasitələr 6 051 999,1 manat olub. Qalan tenderlər də 2-3 milyon arasındadır. Sifarişlərin hamısını mərkəzdən aldığını yazmağa ehtiyac qalırmı?
İnnovasiya Mərkəzinin 2014-cü ildən əməkdaşlığa başladığı "Labservis” LTD iki ildə 4 188 574,16 manat dəyərində sifariş alıb. Hər sifarişin məbləği yarim-bir milyon arasındadır. Bundan əvvəlki illərdə Səhiyyə Nazirliyi və bəzi qurumların satınalmalarını qazanıb. Şirkətlərin siyahısında adı var, avadanlıq gətirdiyi deyilir. Bihe.az-da haqqında bir qədər məlumat oxuduq, o da sərgidə iştirak etdiyi üçündür. Yazılır ki, "Labservis” LTD 1991-ci ildən laboratoriya avadanlıqlarının təchizatı üzrə fəaliyyət göstərir. Bir də facebook səhifəsi var. Tarixi uzun deyil, paylaşma da yox dərəcəsindədir. Və buradan firmanın səhifəsinə çıxa bildik – labservis.com. saytı ingiliscədir. Qazandığı layihələr göstərilmir ki, bağladığı müqavilələrin dəyərini öyrənək. Məhsulları barədə də məlumat tapılmadı.
Gah "itən” gah "bitən” firma milyonları sözün həqiqi mənasında "udub”
"Frezenius İNC”. Bu, Səhiyyə Nazirliyinin əməkdaşlıq etdiyi ən maraqlı şirkətlərdən biridir. 2011-2012-ci illərdə 15,7 milyon manat dəyərində sifariş alıb. Sonundakı "İNC” (Incorporation (business)) yazısından bəllidir ki, xaricdə yaradılıb. Bir müqavilənin dəyəri 8 142 375,7 manat, başqa birininki 5 532 914,37 manat olub. Sonrakı illərdə şirkət "itir”, yerində müvəqqəti olaraq (yenə iki illik) "Fresenews Limited” adında bir firma "bitir”. Eyniadlı şirkətdir, sadəcə birinin adı ingilis, o birininki bizim dildə yazılıb. Bir müqaviləsinin dəyəri yenə 8 868 630,067 manat olub. Sonrakı ildə də təkcə bir tenderdə 11 168 159,9 manatlıq iş alıb. Amma növbəti ildə bu şirkət təzədən "yoxa çıxıb”, iki oxşar adla "peyda olub”. "Fresenius General Trading LLC” bir müqavilə ilə 12 905 518,23 manatlıq hemodializdə istifadə olunan tibbi vasitələr üzrə satınalmanı götürüb, "Freseeneral Trading LLC” (bəlkə də operator səhv yığlb) də 206 427,74 manatlıq periton dializdə istifadə olunan dərman və tibbi təyinatlı vasitələr satıb. Bu şirkətlərin mənşəyi bəlli deyil, amma "götürdükləri” tenderlərin hər birinin dəyəri 8-12 milyon arasındadır. Ümumi tender məbləği 50 011 504,34 manat təşkil edib.
"151 milyonluq podratçı”nın web-resurslarda izi-tozu yoxdur
Gələk nazirliyin böyük pullar ötürdüyü "Pharmex Healthcare Porducts” LTD şirkətinə. AzToday.az portalına bəlli olub ki, bu firma ilə Səhiyyə Nazirliyinin ən az beş illik işbirliyi var. Şirkətə İnnovasiya Mərkəzi tərəfindən 151 390 758,19 manatlıq sifariş verilib. Elə 5 ildə əməkdaşlığı da sadəcə bu qurumla olub, mərkəzdən başqa onu tanıyan yoxdur. Bağlanan müqavilələrin dəyəri yüksəkdir. 2012-ci ildə şirkətlə imzalanan bir müqavilə 10,8 milyon manat, daha iki müqavilənin hər biri 6 milyon, qalanlar da iki-üç milyon dəyərindədir. 2013-cü ildə bir müqavilənin qiyməti 12 949 054,23 manat olub, yerdə qalanlar əsasən üç-altı milyon civarındadır. 2014-cü ildə də tender qiymətləri bu həddə dəyişir. Keçən il ən yüksək dəyərdə tender alan (45,1 milyon-red.) şirkətin müqavilələri yenə milyonların üzərində olub. Yalnız bahalı sifarişlər qəbul edən "Pharmex Healthcare Products LTD”-nin Britaniya şirkəti olduğu yazılır. Həqiqətən də axtarışlarda Britaniyada belə bir şirkət 11 ildir mövcuddur. 2004-cü ilin oktyabrında təsis olunub. İlk adresi The Courtyard 30 Worthing Road Horsham RH12 1TU, son adresi The Courtyard 30 Worthing Road Horsham West Sussex RH12 1SL göstərilir. Vəssalam. Nə telefonu var, nə də tibbi vasitələr satdığına bir işarə. Web-saytı da yoxdur. Fəaliyyətinə dair yazılanlara inansaq tibbdən başqa nə ilə desəniz məşğuldur – kənd təsərrüfatından tutmuş moda agentinə qədər (http://www.firstreport.co.uk/Company/05253169/PHARMEX-HEALTHCARE-PRODUCTS-LIMITED). Amma bu adda şirkətlə Səhiyyə Nazirliyi arasında 2011-2015-ci illər üzrə ümumilikdə 150 926 456,17 manat dəyərində imzalanan 64 müqavilə müsabiqə reyestrlərində əksini tapıb. 2011-ci ildə keçirilən 4 tenderdə sifariş məbləği ümumilikdə 6 900 576,75 manatdır. Tenderin 3-ü 2 milyonun üzərindədir. Həmin pullara kimyəvi maddələr, dezinfeksiya və deratizasiya vasitələri, vərəmlə mübarizə üzrə tədbirlər proqramına uyğun nəzərdə tutulmuş dərman preparatları, qanın, qan komponentlərinin , donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramına uyğun nəzərdə tutulmuş tibbi təyinatlı vasitələr alındığı qeyd olunur. Yeri gəlmişkən, Britaniya da offşor şirkətlərin "vətənidir”.
Müqayisə üçün deyək ki, "Pharmex Healthcare Pte LTD” adında bir şirkət Sinqapurdadır, amma bu şirkətin medicalsupplies.com.sg adında saytı da var, feysbuk səhifəsi də. Satdığı tibbi məhsullar və tibbi vasitələri səhifəsində nümayiş etdirir, rekvizitləri ilə birlikdə. Məhsulların da qiyməti üstündə. Görünür digərini açanda bu şirkətin adına oxşatmağa çalışıblar. Bütün bunlar o qənaət yaradır ki, 151 milyonluq sifariş verilən şirkətin mənşəyinin Britaniya olduğu deyilsə də, bəlli ki, yalnız Azərbaycandan aldığı sifarişlərə görə mövcuddur. Xaricdə yaradılan bu tip şirkətlərin müsabiqələrdə necə iştirak etdikləri, hansı üstünlüklərinə görə seçildikləri də maraqlıdır. Görəsən fərqli nə satırlar? Heç nə. Yerli şirkətlər də həmin preparatları gətirirlər. Korrupsiyadırsa, qoy onu elə məlum şirkətlərlə eləsinlər ki, pul da ölkədə qalsın, sonra ölkədə pul qıtlığı yaranmasın…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|