Gədəbəy: Orda bir köy var uzaqda... - Prezidentə şikayət olundu
Tarix: 28-06-2016, 08:26 | Çap et
Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsinin kəndlərinin qazlaşdırılması problemi “Azəriqaz” rəhbərliyinin bu bölgəyə qarşı ayrı-seçkiliyi və anlaşılmaz münasibəti üzündən problemə çevrilib. Bölgənin cəmi 3-4 kəndinə qaz verilsə də, 20-yə yaxın kənd qazsızdır. Meşələr qırılıb tükənmək üzrədir, əhali yanacaq problem üzündən evlərini tərk edir. Mətbuatda yazılır ki, ötənlərdə “Azəriqaz” rəhbəri Əkbər Hacıyev keçirdiyi mətbuat konfransıda elan edib ki, Şınıx bölgəsinin qalan kəndləri qazlaşdırılmayacaq və əhali onlardan qaz gözləməsin. Ə.Hacıyev bunu “bölgənin kəndlərinin keçilməz olması və texnikanın işləməsinin çətinliyi” ilə izah edib. Hərçənd ki, bu arqumentin tamamilə əsassız olduğunu bölgənin coğrafi şəraitinə bələd olanlar yaxşı bilir. Əkbər Hacıyevə sual olunur bu zaman, məsləhətiniz nədir, rayondakı bütün yaşıllıqlar məhv edilsin, sonra da rayon tamamilə boşaldılsın eləmi?! Necə olur ki, bu kəndin camaatı erməni güllələrinin altında bütün çətinliklərə dözərək bir ovuc torpağını verməyib, indi bura qaz çəkilməsi üçün bölgənin kəndlərinin keçilməz olmasını və texnikanın işləməsinin çətinliyini bəhanə edirsiz. Heç bir çətinlik təbiətə ziyan vurmağa, yaşıllıqların məhv olunmasına, bir kəndin boşalmasına haqq qazandıra bilməz. O vaxt Əkbər Hacıyevin bu bəyanatı Gədəbəy rayon rəhbərliyində də narahatlıq yaratmışdı və SOCAR prezidenti Rövnəq Abdullayevə rəsmi məktub göndərilərək məsələyə izahat verilməsi istənilmişdi. İzahat isə, hələ də gözlənilməkdədir… Gədəbəy rayonunun Ermənistanla sərhəd Şınıx bölgəsindən qaz problemi ilə bağlı redaksiyamıza məktub daxil olub. gedebeyQeyd edək ki, bölgənin 28 kəndindən bir neçəsinin sakinləri tərəfindən yazılmış məktub prezident İlham Əliyevə ünvanlanıb. Sakinlər məktubun bir nüsxəsini də mətbuata göndəriblər Məktubda deyilir ki, Ermənistanla sərhəddə, cəbhə bölgəsində yerləşən Şınıx kəndləri fəlakətli vəziyyətlə üz-üzədir. Vaxtilə erməni işğalçılarının hücumlarına davam gətirən, bir qarış da olsun torpağının işğal olunmasına imkan verməyən Şınıx əhalisi indi yanacaq problemi üzündən evlərini tərk etmək məcburiyyəti ilə üz-üzədir. Məmurlar vəziyyətin tezliklə həll ediləcəyini bildirsələr də, hələ ki, vəziyyət bərbad olaraq qalır. Rayonda çox az adamın yaşadığını bəhanə gətirən aidiyyatı orqan nümayəndələrinə isə kənd camaatının cavabı budur: Gəlin, ailənizlə, uşaqlarınızla yaşayın burada, amma yay fəslində deyil, qışın çovğununda. İnsanlar düşmənə vermədiyi torpağından niyə könüllü uzaqlaşırlar ki? Məyər burada yaşayan camaatın hüquqları, sizinkindən azdır?! Məyər Digər rayon camaatından fərqli olaraq burada yaşayan insanlar sağlam yaşamaq hüququndan məhrumdur?! Axı Öndərimiz Heydər Əliyev «Hərəyə bir ağac əkək»- deyib, biz isə hərəyə min ağac kəsmək məcburiyyətindəyik, çünki bunu da etməsək soyuqdan ölərik. Sakinlər bildirir ki, ölkəmizin bu qədər inkişaf etdiyi, hətta xaricə qaz istehsal etdiyi dövrdə, niyə belə saf havası, dözümlü, vətəpərvər insanları olan bir kənd mavi yanacaq üzünə həsrət qalsın, verilən yalan vədlərə nə qədər inanmaq olar axı. İş başlansa bir neçə günə həll edilər. Məyər ölkəmizin buna gücü çatmırmı. Əgər bu kənddə şərait düzəlsə, şəhərə axışan insanlar rayona qayıdacaq və o köhnə səs-küylü kənd yenidən canlanacaq. imagesƏhali narahatdır ki, Uzun illərdir yeganə yanacaq mənbəyi kimi odundan istifadə olunması nəticəsində bölgənin meşə ehtiyatları, demək olar ki, tükənib, təbiətə zərər dəyib. Azərbaycan prezidentinə və onun siyasətinə dəstək ifadə edən Şınıx sakinləri yazır ki, İlham Əliyevin tapşırığı ilə 2009-cu ildən bölgəyə tarixi boyu ilk dəfə qaz çəkilişinin başlaması onlarda böyük ümid yaradıb. Lakin qazlaşdırma prosesi 2010-cu ildə bölgənin cəmi bir kəndində — Düzrəsulluda 26 evə qaz verilməsi ilə yekunlaşıb. Buna baxmayaraq ölkə rəhbərliyinə bölgənin tamamilə qazlaşdırıldığı haqda həqiqətə uyğun olmayan məlumat çatdırılıb. “Bu il avqustun 7-də AzTV-nin saat 17:00 xəbərlər bülletenində Şınıx bölgəsinin tamamilə qazlaşdırıldığı haqda xəbər efirə verildi. Biz bu xəbəri eşidib mat qaldıq” — deyə məktubda bildirilir. Bölgə sakinləri ölkə prezidentindən xahiş edirlər ki, Şınıx bölgəsində qaz çəkilişinin həyata keçirilməsinə dair aidiyyəti strukturlara göstəriş versin. Kənd camaatı aidiyyatı orqanlardan, eləcə də kəndin səlahiyyətlisi deputat Məmmədhəsənov Rafiq Musa oğlundan narazılıq edir, onlarn yaşayış şəraitiylə deputatın maraqlanmadığını deyirlər. Məsələ ilə bağlı deputat Rafiq Musa oğlu ilə əlaqə saxladıq. O, bildirdi ki, bu kənd üçün bacardığı qədər iş görüb. Gədəbəy, Qaravəllər yolundakı Saratovka Körpüsü (körpüsü 70 m uzunluğunda, 10 m enində), Şınıxda çəkilən asfalt yolun məhz onun təşəbbüsü və müraciəti əsasında gerçəkləşdiyini bildirərək, mavi qazla da təmin olunması üçün əlindən gələni etdiyini dedi: Rövnəq Abdullayevlə şəxsən danışmışam, O mənə söz verib ki, məsələ öz həllini tapacaq. Amma nə vaxt, bunu dəqiq deyə bilmərəm. Axı ölkəmiz çox inkişaf edib, indi indi hamı rahat yaşamq istəyir, lüks şəraitli ev, kreslo arxasında iş istəməsələr də, doğma kəndlərində mavi yanacaq (azından məhv olan oksigenimiz- yaşıllığımız naminə), iş yerləri, normal səhiyyə və təhsil istəyirlər. Biz işğal altında olan ərazilərin qaytarılması üçün şəhidlər veririk, bəs əlimizdə olanlara nə vaxt dəyər verəcəyik. Uğrunda canlarını verməyə hazır olan kənd sakinləri nə vaxt özlərini vətəndaş kimi hiss edəcəklər?! PS: Düşünəndə ki bu gözəllikdə kənd, adi mavi yanacaq üzündən yaşıllıq üzünə həsrət qalacaq, insan dəhşətə gəlir. Bizim Socar, Azəriqaz, qərar verənə qədər, görün nələr yaşanacaq… Gədəbəyin dərdi dərmansız dərd deyil axı, dərmanı xaricdə də deyil, öz əlimizdədir… Yaxşı olar ki, bir az tez qərar verilsin, axı biz hər şeyin qədrini yalnız itirdikdən sonra bilirik…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|