Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Yenə sələm qalmaqalı.... - Baş prokurora və nazirə şikayət olundu
Tarix: 23-08-2016, 08:43 | Çap et
Yenə sələm qalmaqalı....
Azərbaycan Respublikası Baş Prokuroru
cənab Zakir Qaralova

Surəti: Bakı Şəhər Prokuroru
cənab Əziz Seyidova

Surəti: Azərbaycan Respublikası Daxili İşlər Naziri
cənab Ramil Usubova

Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 27, mənzil 20-də yaşayan
Hüseynova Nəzakət İmran qızı tərəfindən

ŞİKAYƏT


Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 14 saylı yataqxananın sakinləri Cabbarova Dostxanım Rafiq qızı, Rüstəmova Sara Məmməd qızı, Mirzəyeva Atlas Adil qızı, Yusifova Aynur Oruc qızı Guya tərəfimdən ona qarşı dələduzluq edilməsi ilə bağlı Yasamal RPİ-yə müraciət etmişdir. Həmin şikayətlə bağlı müstəntiq Asif Əliyev dəfələrlə məni polis idarəsinə çağırmış və izahatım alınmışdır.

Müstəntiq Asif Əliyevin 28.11.2015-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.

Cabbarova Dostxanım Rafiq qızı, Rüstəmova Sara Məmməd qızı, Mirzəyeva Atlas Adil qızı, Yusifova Aynur Oruc qızının çoxsaylı şikayətlərindən sonra Yasamal rayon prokuroru cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv eləmişdir.

12.02.2016-ci il tarixdə sonuncu dəfə Yasamal RPİ-nin İŞ-nə dəvət olunmuşam və izahatım alınmış, sonra məni idarənin müvəqqəti saxlama məntəqəsində saxlamışlar, qeyd edilən şikayətçilər ilə üzləşdirmişlər, sonrada AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edərək həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparmışlar.

Yasamal rayon məhkəməsinin 13.02.2015-ci il tarixli qərarı ilə barəmdə həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur.

Məhkəmənin qərtarında da qeyd olunmuşdur ki, hazırki məsələ mülki mübahisədir.

Yenidən araşdırma aparılmış Müstəntiq Asif Əliyevin 19.07.2016-ci il tarixli qərarı ilə əməlimdə cinayət tərkibi olmadığında barəmdə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanılmış 160090080 saylı cinayət işinə xitam verilmişdir.

Bildirmək istəyirəm ki, mən şikayət vermiş şəxslərdən Dostxanımı tanıyıram, digər şəxsləri isə tanımıram, onlardan pul almamışam.

Belə ki, evimə yaxın yerləşən, qohumum Tahirənin işlədiyi və tez tez getdiyim “Qadın qaleriyası” adlı salonda işləyən Mətanət, Şəfayət, Sevinc və Aygün adlı xanımlar məndən borca pul verən tanışımın olub – olmamasını soruşmuşlar, mən də onlara

Dostxanım və Elza adlı faizə pul verən tanışımın olmasını bildirmişdim. Sonradan Dostxanımdan aylıq 10 faiz olmaqla faizə pul alıb Mətanət, Şəfayət, Sevinc və Aygün adlı xanımlara vermişəm. Həmin xanımlar da özləri şəxsən Dostxanıma pulu aybaay qaytarmışlar və bir hissəsini də mənim vasitəm ilə qaytarmışlar.

Aparılmış araşdırma zamanı Hüseynova Nəzakət İmran qızının Cabbarova Dostxanım Rafıq qızını aldadaraq pullarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsi faktı heç bir sübut növü ilə təqsdiq edilməmişdir. Eyni zamanda tam sübuta yetirilmişdir ki, Hüseynova Nəzakət İmran qızı Cabbarova Dostxanım Rafik qızından qeyd olunan pulları 10 faiz xeyir qaytarmaqla almış, həmin pulları da Mətanət, Şəfayət, Sevinc və Aygün adlı qadınlara vermiş və həmin qadınlar da ondan aldığı pulları faizi ilə Nəzakət Hüseynovaya və Nazakət Hüseynova da həmin pullan Dostxanım Cabbarovaya vermişdir.

Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Hüseynova Nəzakət İmran qızının Cababrova Dostxanım Rafık qızını və qeyrilərini aldadaraq pullarını dələduzluqla ələ keçirməsi halları olmamış, onun hərəkətlərində dələduzluq cinayət əməlinin tərkibi yoxdur, tərəflər arasında mülki xarakterli mübahisələr olmuş və ona görə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir, prokuror tərəfindən yenidən iş təzələnmiş və təkrar araşdırmadan sonra işə xitam verilmişdir.

Qeyd etmək istəyirəm ki, barəmdə cinayət işi başlanaraq məndən külli miqdarda pul alınması üçün Dostxanım süni ittiham sübutlarının yaradılması üçün qonşuları olan digər şəxslərlə şikayət yazmışlar.

İstintaq tərəfindən ilkin olaraq işə düzgün qiymət verilərək barəmdə cinayət işinin başlanılması rədd edilmiş, sonradan isə barəmdə haqsız olaraq cinayət işi başlanılmışdır və yenidən xitam verilmişdir.

Hazırda Dostxanım öz cinayətkar əməlindən əl çəkmir, o, özü kimi faizə pul verən digər xanım, mənim keçmiş qonşum olmuş, Qəhrəmanova Elza Məmmədağa qızını tapmış, hazırda o, da ərizə verərək zərərçəkmiş kimi işə qoşulımuşdur.

Bildirmək istəyirəm ki, Elzadan mən pul almamışam, ona bir dəfə Şəfayət adlı xanımı calamışam, o, Şəfayətin tanışı olan Turan adlı xanıma faizə pul vermişdir.

Cənab Prokuror:

Maraqlısı budur ki, şikayətçilərin hamsı qeyd edirlər ki, guya mən onlardan borc pul almışam və qaytara bilmədiyim təqdirdə onlara qaçqınkomda işləyən hansısa qohumum vasitəsilə onlara ev alıb verəcəm. Elzada qeyd etmişdir ki, guya mənə 8000 borc vermiş, mən də qaytara bilməmişəm, o, buna baxmayaraq qızının təhsil haqqını ödəmək üçün yenidən mənə 3000 manat vermiş mən də gedib ödəməmişəm.

Bildirirəm ki, mənim qaçqınkomda hər hansı bir tanışım yoxdur, Elzanın qızının harda oxumasından da xəbərim yoxdur.

Bu iftiralar sadəcə faizə pulı verən Dostxanım, Aynur və Elzanın uydurmasıdır ki, mənim əməlimdə cinayət tərkibi yaratmaqçun ortaya atılıb.

Eyni zamanda bildirirəm ki, Cabbarova Dostxanım Rafiq qızı, Rüstəmova Sara Məmməd qızı, Mirzəyeva Atlas Adil qızı, Yusifova Aynur Oruc qızı şikayət ərizəsi ilə Yasamal rayon Polis İdarəsinə müraciət edərək Zamanova Şükufə İbadulla qızının onlara qarşı dələduzluq etməsini bildirmişlər.

Bu barədə müstəntiq Yelmar Vahabovun icraatında cinayət işi vardır.

Həmin işddən də məlum olur ki, onlar Aynur tərəfindən Şükufəyə faizə borc pul verilib, o, həmin pulu artıqlaması ilə qaytarmasına baxmayaraq onlar artıq pul qoparmaq üçün guya Şükufənin onlara qarşı dələduzluq etməsi barədə şikayət ediblər.

Həmin iş üzrə də çoxsaylı şahid ifadələri ilə məlum olmuşdur ki, Yusifova Aynur Oruc qızı sələmə pul veririr və pulu qaytarmayan şəxslərdən pulunu Polis vasitəsilə alır.

Cənab prokuror:

Göründüyü kimi, ümumiyyətlə hazırki münasibətlər əvvəla mülki, yəni borc münasibətləridir.

Cabbarova Dostxanım Rafiq qızı, Rüstəmova Sara Məmməd qızı, Mirzəyeva Atlas Adil qızı, Yusifova Aynur Oruc qızı və Qəhrəmanova Elza Məmmədağa qızı qanunsuz olaraq Sələmçiliklə məşqul olmaqla yanaşı süni ittiham sübutlarının yaradılması üçün bir mütəşəkkil dəstə formasında fəaliyyət göstərirlər, istədikləri şəxs barəsində cinayət işi qaldırmaq üçün bilə-bilə yalan ifadə verməklə yanaşı hətta müstəntiqlərə də təsir göstərirlər.

Belə ki, Dostxanım, Aynur və Elza hazırki iş üzrə üzləşmələr zamanı dəfələrlə mənə bildirmişlər ki, onların Daxili İşlər Nazirliyində tanışları var, hətta müstəntiq onların xeyrinə işi aparmasa belə onlar müstəntiqdən şikayət edərək onu işdən çıxaracaqlar. Onların sözünü hətta Daxili Işlər Naziri cənab Ramil Usubova da çatdıran adamları var.

Sonuncu dəfə Dostxanım mənə müstəntiqin yanında bildirdi ki, onların adamı onları cənab nazir Ramil Usubovun yanına qəbula istənilən an sala bilər və əgər onlar qəbula girsələr müstəntiqi işdən çıxaracaqlar və məni də göstəriş verilməklə tutacaqlar.

Mən bildirdim ki, cənab nazir araşdırma aparandan sonra sizin əməllərinizə hüquqi qiymət veriləcək, lakin dostxanım mənə bildirdi ki, nazir araşdırma aparmır.

Göründüyü kimi, şikayətçilər çoxdandı sələmə pul verməklə məşquldurlar, onlar dəfələrlə sələmlərini qaytara bilməyən və ya gecikdirən şəxslər barəsində müxtəlif orqanlara şikayət etməklə cinayət işi qaldırmışlar, onlar bizim hüquq sistemin necə işləməsindən xəbərdardırlar. Onlar yaxşı bilirlər ki, bir adam barəsində bir neçə şəxs şikayət edərsə onun barəsində cinayət işi açdırmaq asan olur. Hətta polis idarəsindən belə bizə bildirdi ki, problem ondadır ki, sizin barədə şikayət edən şəxslər çox olduğuna görə onlar dəstə ilə şikayətlərə gedirlər və şikayətçilərin çox olmasına görə sizin haqlı və ya haqsız olmağınıza baxan yoxdur.

Bu səbəbdən Sizdən xahiş edirəm.

Cabbarova Dostxanım Rafiq qızı, Rüstəmova Sara Məmməd qızı, Mirzəyeva Atlas Adil qızı, Yusifova Aynur Oruc qızı və Qəhrəmanova Elza Məmmədağa qızının barəsində AR CM-nin 296.2-ci (süni ittiham sübutlarının yaradılması) və 297.1-ci (bilə bilə yalan ifadə vermə) maddəsi ilə cinayət işi başlanılması barədə;

Yasamal Rayon Polis İdarəsinin İŞ-dən mənim və Zamanova Şükufə İbadulla qızının barəsində başlanmış cinayət işlərini götürərək istintaqını hazırki şikayətimlə birlikdə Prokurorluqda aparılması barədə;

Cabbarova Dostxanım Rafiq qızı, Rüstəmova Sara Məmməd qızı, Mirzəyeva Atlas Adil qızı, Yusifova Aynur Oruc qızı və Qəhrəmanova Elza Məmmədağa qızının digər şəxslər barəsində eyni məzmunlu şikayətlərin olmasını müəyyən etmək üçün müvafiq tədbirlərin görülməsi barədə göstəriş verəsiniz.

Hörmətlə;
İmza: Hüseynova Nəzakət İmran qızı. 15.08.2016


DİA.AZ olaraq bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru