Eldar Həsənova qarşı yeni iddialar... - İTTİHAM VAR
Tarix: 14-09-2016, 08:43 | Çap et
Keçmiş baş prokuror, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun qanunsuz, müəmmalı əməlləri haqqında yeni məlumatlar əldə edilib. Antikorrupsiya layihəsinə göndərilən sənədlərdə onun dövlətin pullarını mənimsəmək məqsədilə “Qara dəniz Xəzər dəniz əməkdaşlıq fondu” adlı ofis ünvanları saxta olan təşkilatı yaratmaq üçün hansı maxinasiyalardan istifadə etməsi barədə maraqlı məlumatlar yer alır.
Sənədlərdə göstərilir ki, E.Həsənov pul oğurluğunu pərdələmək və fonda etibarlılıq görüntüsü vermək məqsədilə Azərbaycan prezidenti İlham Əliyevin və Rumıniyanın o zamankı prezidenti Trayan Baseskunun bu təşkilatın fəxri prezidentləri olmasına çalışıb. Lakin Prezident Administrasiyasından ona rədd cavabı verildiyinə görə bu niyyəti baş tutmayıb.
Belə olduqda E.Həsənov artıq çoxlarının pul qazanmaq məqsədilə istifadə etdiyi “erməni kartı”ndan istifadə etmək qərarına gəlib. Bu məqsədlə o, əslində özünün yaratdığı fonda guya erməni əsilli şəxslərin daxil olmasının qarşısını alması haqda administrasiyaya yalan məlumat da verib. Məhz ermənilərlə mübarizə aparmaq adı altında o, Azərbaycan hökumətindən guya fondun fəaliyyətinə sərf etmək üçün külli miqdarda vəsait alıb. Maraqlı burasıdır ki, bir müddət sonra mətbuatda məhz Eldar Həsənovun yaratdığı fondun rəhbərliyində Andranik soyadlı erməni əsilli bir şəxsin təmsil olunması barədə iddia yayılıb.
Bundan başqa digər sual doğuran məsələ Eldar Həsənovun Serbiyaya səfir təyin edildikdən sonra nə Qara dənizə, nə də Xəzər dənizinə heç bir aidiyyəti olmayan bu ölkənin də fondun üzvü kimi elan edilməsidir. Onun Belqradda ofisi olaraq göstərilən ünvanda isə ümumiyyətlə belə bir fondun adına rast gəlinmir. Fondun təsis sənədində onun yerləşdiyi ofis olaraq Rumıniyanın paytaxtı Buxarest şəhərindəki George Enescu 128 ünvanı yazılıb. Lakin Buxarest ofisinin saytında isə fondun ünvanı Nicolae Balcescu 32-34 kimi qeyd edilir. Məhz bu sonuncu ünvanın Balkanlarda və digər Şərqi Avropa ölkələrində korrupsiya araşdırmaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (OCCRP) araşdırmaları nəticəsində Eldar Həsənov tərəfindən yaradılan və Rumıniya hakimiyyət orqanları tərəfindən çirkli pulların yuyulması və maliyyə fırıldaqları ittiham edilmiş digər bir qurum - Rumıniya-Azərbaycan Ticarət palatasının ofisi kimi qələmə verildiyi müəyyənləşdirilib. Daha sonra məlum olub ki, bu ünvan həm də Rumın - Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Gənclər Assosiasiyası kimi yalnız kağız üzərində mövcud olan saxta təşkilatların da yerləşdiyi yer kimi göstərilib.
OCCRP-nin araşdırmasında Rumıniya-Azərbaycan Ticarət palatasının əvvəlki ünvanının George Draqomir adlı rumın generalının evi olduğu bildirilir. Araşdırmalar ortaya çıxarıb ki, maliyyə fırldaqlarında şübhəli bilinərək istintaqa cəlb olunan bu qurumla bağlı moldovalı şəxslər həmin vaxt Azərbaycanın Rumıniyadakı səfiri olan Eldar Həsənov və səfirliyin digər əməkdaşları ilə görüşüblər. Rumın general isə OCCRP-nin jurnalistinə 2007-ci ildə evini palatanın ofisi kimi istifadə edən Azərbaycan səfirliyindən oranı boşaltmağı tələb etdiyini deyib.
Verilən məlumatlara görə o zaman Eldar Həsənovun rəhbərliyi altında Azərbaycanın Rumıniyadakı səfirliyinin diplomatlarının Anar Əcəmov, Seyran Mirzəyev, Fuad Əzizli və Eldar Həsənovun qohumu olduğu bildirilən Elsevər adlı şəxslər olduğu deyilir.
Xatırladaq ki, mətbuatda Eldar Həsənovun Azərbaycan Milli Bankının Avstriya firmasına pul banknotlarının çap edilməsi sifarişində ortaya çıxan korrupsiya qalmaqalı ilə bağlılığı haqqında məlumat yayılmışdı. Bildirilir ki, məsələnin araşdırılması üçün Vyanada keçirilən məhkəmədə müttəhim və eyni zamanda şahid kimi çıxış edən rumıniyalı vəkilin ifadəsində azərbaycanlı diplomatların Rumıniyadan külli miqdarda pulu plastik çantalarda çıxardıqları göstərilir. Məhz adları şəkilən diplomatların bu “puldaşıma” işini yerinə yetirə biləcəkləri ehtimal edilir. Hökumətə yaxın mənbənin iddiasına əsasən bu şəxslər hazırda Eldar Həsənovun səfir olduğu Serbiya, Çernoqoriya və Bosniyadakı diplomatik nümayəndəliklərə “transfer” olunublar.
Beləliklə, məlum olur ki, səfir kimi Azərbaycanın maraqlarını xarici ölkələrdə qorumaq, nüfuzunu yüksəltmək vəzifələri tapşırılmış Eldar Həsənov özünə qruplaşma yaradaraq başına topladığı bu şəxslərlə uzun illərdir ki, natəmiz, dolaşıq və şübhəli işlərlə məşğuldur.
Qeyd edək ki, Eldar Həsənovun və başına topladığı dəstəsinin Rumıniyada və Serbiyadakı qaranlıq əməlləri barədə sənədlər daxil olmaqdadır və bu haqda ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir. Antikorrupsiya LayihəsiDİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|