Biləsuvar gömrüyündə nələr baş verir? - ŞİKAYƏT VAR
Tarix: 6-10-2016, 08:26 | Çap et
![Biləsuvar gömrüyündə nələr baş verir? Biləsuvar gömrüyündə nələr baş verir?](/uploads/posts/2016-10/thumbs/1475728047_990.png) Son illər ölkənin gömrük sistemilə bağlı ciddi islahatlara imza atılsa da, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində yaşanan neqativ olaylar bu sahədə əldə olunan uğurlara kölgə salır. Belə ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində özbaşınalığın ən yüksək həddə çatdığını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, baş inspektor İlham Ağamalı oğlunun yol verdiyi kobud nöqsanlar səbəbindən adıçəkilən gömrük-keçid məntəqəsindən İrana keçib-qayıdan vətəndaşlar ciddi narazılıq edirlər. Xırda ticarətlə məşğul olan Biləsuvar, Cəlilabad və ətraf rayon, həmçinin paytaxt sakinlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun tətbiq etdiyi «qayda»ların qurbanına çevrildiklərini qeyd edən mənbənin sözlərinə görə, onun əməlləri heç bir qanuna və məntiqə sığmır: «Deyilənlərə görə, baş inspektoru İlham Ağamalı oğlu Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində elə bir qeyri-müəyyən ab-hava yaradıb ki, sanki bura onun və ətrafındakı bir neçə şəxsin özəl obyektidir. Belə ki, o, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsini müvafiq qanunlarla yox, məhz özünün müəyyənləşdirdiyi «qayda»larla idarə etməyə çalışır. Bu səbəbdən də Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində özbaşınalıq baş alıb gedir. Deyilənlərə görə, hazırda adıçəkilən gömrük keçid məntəqəsində gömrük işinin normal təşkil olunmaması səbəbindən insanlar saatlarla, hətta bəzən günlərlə vaxtlarını boş yerə itirirlər. Lakin buna baxmayaraq, heç kim Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğluna irad tutmur, onun əməllərinə hüquqi qiymətin verilməsini təmin etmir. Elə buna görə də o, öz bildiyini edir, nə yolla olursa-olsun maraqlarını həyata keçirməyə çalışır. Arada evinə ərzaq gətirmək üçün Biləsuvar gömrüyündən keçərək yaxınlıqdakı Xiyaban deyilən yerdəki dükanlardan alış-veriş edən vətəndaşlar normadan artıq heç nə gətirməsələr də İran gömrüyündən sərbəst keçirdikləri halda Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində gömrükçülər mallarını əllərindən alırlar. Deyilənlərə görə, bu kimi əməllər məhz Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun başının altından çıxır. Yəni gömrükçülər onun göstərişilə bu cür addımlara əl atırlar. Nəticədə vətəndaşlarla gömrükçülər arasında mübahisə yaranır. Bir sözlə, hazırda Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində vətəndaşlar incidilir, onlara zülm verir, əlavə problemlərlə üz-üzə qoyurlar. Deyilənlərə görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlu açıq-aşkar, bəzən də üstüötrülü şəkildə vətəndaşlardan «təşəkkür» usur. Nə gətirirsən, deyirlər bu olmaz. Alma olmaz, düyü olmaz, ayna olmaz, kişmiş olmaz». Gundelik-Baku.com olaraq əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun qardaşı Aydın Ağamalı oğlu məhz qardaşının yardımları ilə İrana yüklü miqdarda mal aparır: «Deyilənlərə görə, Aydın Ağamalı oğlunun qonşu ölkə ilə ticarəti zamanı bir sıra müəmmalı, qaranlıq məqamlar cərəyan edir. Bildirilir ki, o, bir müddət öncə elə bu səbəbdən sərhəddə tutulmuşdu. Qeyd olunur ki, həmin vaxt ona məxsus yük avtomobili sərhəddə saxlanılmışdı. Deyilənlərə görə, həmin avtomobildə nəsə müəmmalı maddələr olub. Lakin sonradan müəmmalı şəkildə sərbəst buraxılıb. Onu da qeyd edim ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun digər qardaşı mərhum Xanağa Ağamalı oğlu pis vərdişlərin aludçəsisi olub. İlham Ağamalı oğlunun bacısı Rəfiqə isə falçıdır. Deyilənlərə görə, baş inspektor dara düşən kimi falçı bacısının yardımlarına baş vurur. Belə ki, falçı Rəfiqənin bəzi yüksək çinli məmurlarla, eləcə də onların həyat yoldaşları ilə yaxın münasibətləri olduğu bildirilir. Bundan yararlanan İlham Ağamalı oğlu təhlükə hiss etdiyi an dərhal falçı bacısından həmin məmurlara ağız açmasını istəyir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|