Nazir bu iddialara da üzünü çevirirsə... - Bir rayonda təhsilin dizi necə yerə gəlir
Tarix: 12-10-2016, 08:53 | Çap et
Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz dəfələrlə qeyd etmişik ki, məhz təhsil sahəsində baş verən neqativ hallar digər salərlə müqayisədə daha tez ictimai rezonansa səbəb olur. Nəticə olaraq, hər aşkar olunan belə haldan sonra, vətəndaşların şikayət dolu ərizə və məktubları müxtəlif instansiyalara ünvanlanır. Rüşvətxorluğa əlləri vərdiş etmiş məmurlar isə, bu kimi əməllərindən heç cür əl çəkə bilmirlər. Daha doğrusu əl çəkmək istəmirlər.
O cümlədən artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda İmişli Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Ramiz Əmirovun öz işində yol verdiyi ciddi qanun pozuntularına dair bir sıra ittihamlar öz əksini tapmaqdadır. Xatırladaq ki, bir müddət bundan əvvəl qəzetimizin səhifələrində dərc olunmuş tənqidi materiallardan birində Ramiz Əmirovun bəzi maliyyə maxinasiyalarını necə həyata keçirməsinə dair məlumatlar da təqdim olunmuşdu. Həmin yazıda, yerli mənbələrdən aldığımız açıqlamalara istinadən qeyd olunmuşdu ki, RTŞ müdiri rayon məktəblərinə yeni invertarlrın alnması adı altında küllü miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaradır. Hətta rayon məktəblərinə catması vacib olan dizel yanacağının alınması üçün ayrlan vəsait belə mənimsənilir. Mənbənin sözlərinə görə, heç bir şeydən çəkinməyən Təhsil şöbəsinin müdiri hətta rayon məktəblərinə ayrılan dərslikləri belə rayon bazarına çıxarıb satdırır. Rayondakı əksər mənbələr israrla bildirirlər ki, Ramiz Əmirov rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir.
İmişli RTŞ-nin bərbad fəaliyyətinə dair aldığımız digər bir məlumatda isə göstərilir ki, bu gün rayon üzrə şagirdlərin dərslərə davamiyyəti də xeyli aşağıdır. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərsələrə belə gəlmirlər. Direktorlar həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Şöbə müdiri isə, bütün bunlardan təbii ki, xəbərdardır və bu məsələlərdə marağı olduğu üçün heç kimi cəzalandırmır. Bu xüsusda müxtəlif kütləvi informasiya vasitələrində ölkənin Təhsil naziri Mikayıl Cabbarova müraciət edən İmişli sakinləri Ramiz Əmirovun rayon təhsilinə vurduğu ziyanın ölçüyəgəlməz olduğunu vurğulayaraq qeyd edirlər ki, faktiki olaraq, bu gün İmişli məktəblərində savadsız uşaqlar yetişir: “Ramiz Əmirov uzun illərdir təhsil sahəsində çalışır. Bu illər ərzində orta məktəblərə yardımçı olmaq əvəzinə, təhsilin səviyyəsinin daha da aşağı düşməsinə səbəb olub. Belə davam edərsə, yaxın bir-iki ildə İmişlidə savadlı, hətta adını yaza bilən uşaqlar tapmaq mümkün olmayacaq. Ona görə də, cənab nazir, sizdən artıq dərəcədə xahiş edirik ki, bizi Ramiz Əmirovun zülmündən xilas edəsiniz...” Lakin bütün bu müraciətlərə, eləcə də mətbuatda gedən çoxsaylı tənqidi çıxışlara baxmayaraq, Ramiz Əmirov öz dağıdıcı fəaliyyətini bu gün də davam etdirməkdədir. Heç təəccüblü deyil ki, bir müddət əvvəl Hesablama Palatası tərəfindən İmişli RTŞ-də aparılan audit yoxlamasının nəticəsində də bir çox nöqsanlar aşkar olunmuşdur. Belə ki, həmin auditin hesabatında yer almış bəzi müddəalara belə nəzər yetirmək kifayət edər ki, İmişlidə təhsilin həqiqətən bərbad durumda olması faktı öz təsdiqini tapsın. İlk növbədə yoxlama nəticəsində müəyyən edilib ki, Auditin əhatə etdiyi son tam dərs ilində rayonun ümumtəhsil müəssisələrini 1229 şagird bitirib, onlardan 1133 nəfəri buraxılış imtahanında iştirak edib, rayon məzunlarının buraxılış imtahanında topladıqları orta bal respublika üzrə orta göstəricidən aşağı olub. Həmçinin əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq, informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əməkhaqqı ödənilib.
Auditin nəticələri mətbuatda ətraflı dərc olunduğuna görə, aşkar olunmuş bütün nöqsanları təkrar xatırlatmağa ehtiyac duymuruq. Bununla belə, qeyd etmək istəyirik ki, Ramiz Əmirovun İmişli RTŞ-yə rəhbərliyi davam etdikcə, bütün bu neqativ halların aradan qaldırılması mümkün olmayacaq.
Qarşı tərəfin də münasibətini öyrənə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|