Bakı Beynəlxalq Dəniz Ticarət Limanında talanan milyonlar - İTTİHAM VAR
Tarix: 16-12-2016, 08:07 | Çap et
Hökümət Taleh Ziyadovun “güzəşt” biznesinin qarşısını alsaydı və həmin vəsaitləri Taleh Ziyadovun, Gülənçi şəbəkənin və ayrı-ayrı şirkət rəhbərlərinin cibinə deyil, dövlət büdcəsinə daxil olmasını təmin etsəydi, büdcəni doldurmaq üçün onsuzda biçarə vəziyyətdə olan sadə vətəndaşların cibinə də girməyə ehtiyac qalmazdı. Faktiki olaraq Azərbaycan dövlətinin büdcəsi kiçildiyi halda, Gülənçi şəbəkənin və Taleh Ziyadovun şəxsi büdcəsi böyüyür. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə, bir müddət əvvəl Limanda vergi yoxlamalarının aparldığı zaman baş direktor Taleh Ziyadov bir qanunsuzluqları ört-basdır edə bilmək üçün köhnə tarixlə bir neçə daxili əmrin hazırlanmasına göstəriş verib. Vergi işçiləri həmin qanunsuzluğu aşkarlasalar da, bu qanunsuzluğu və saxtakarlığı ört-basdır etməyə qərar veriblər. Faktiki olaraq ört-basdır edilən qanunsuzluqların nəticəsində isə Limanda fəaliyyət göstərən Gülənçi şəbəkə milyonlarla dollar dövlət vəsaitini mənimsəyiblər. Bu barədə yayılan məlumatlarda bildirilir ki, artıq iki ilə yaxındır bu qanunsuz mənimsəmələr davam etdirilir və dövlət büdcəsinə daxil olacaq milyonlarla dollar mənimsənilir. Şəbəkənin qurduğu sistem isə çox sadədir. Güya ki, Limana daxil olan gəmilərin və yüklərin miqdarını artırmaq məqsədi ilə dəniz daşımalarında liman xərcləri bəzi şirkətlər üçün 50 faiz azaldılıb. Əslində isə həmin şirkətlərlə əlbir olan Liman rəhbərliyi “güzəşt” olunan məbləği şirkətlərin rəhbərləri ilə bölüşür. Və nəticədə büdcəyə daxil olacaq olan milyonlarla dollar vəsait şəxsi ciblərə daxil olur. Bu şirkətlərin bəzisinin adlarına diqqət edək: 1. “Karvan Logistics” şirkəti: 2 il ərzində bu şirkətin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılan yüklərindən 1.5 milyon dollara yaxın qanunsuz gəlir əldə edilib. Yəni faktiki olaraq “Karvan Logistics” şirkətinə olunan “güzəştlərə” görə dövlət büdcəsi 1.5 milyon dollar ziyana düşüb. “Karvan Logistics” şirkətinin Limana daxil olan hər bir gəmisindən 15000 dollar alınacağı halda, sadəcə 5000 dollar dövlət büdcəsinə ödənilir. “Güzəştə” görə Taleh Ziyadov “Karvan Logistics” şirkətinin Limana daxil olan hər bir gəmisinə görə 5000 dollar, paralel olaraq şirkət rəhbəliyi də 5000 dollar qazanıb. 2. “İP Altynyoda” şirkəti: Türkmənistan şirkətidir. Bu şirkət hər gəminin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına girişinə görə 12000 ABŞ dolları ödəməli olduğu halda, 6000 ABŞ dolları ödəyir. 3. “Magic Trans FZE” şirkəti: Türkmənistan şirkətidir. Hər gəmi girişinə 12000 ABŞ dolları ödəməli olduğu halda, 6000 ABŞ dolları ödəyir. 4. “Socar Logistics DMCC” şirkəti: 15000 ABŞ dolları ödəməli olduğu halda , 5000 ABŞ dolları ödəyir. 5. “Cronus Energy AZ” şirkəti: hər gəminin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına girişinə görə 15000 ABŞ dolları ödəməli olduğu halda , 5000 ABŞ dolları ödəyir. Bu şirkətlərin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına illik gəmi girişləri yüzlərlə sayda olub və dövlət büdcəsinə hər il milyonlarla dollar ziyan vurulub. Bütün bu işləri isə Taleh Ziyadovun müşavirləri Xudayar Həsənli və Şahin Yusifov həyata keçirir. Taleh Ziyadovun bu iki müşaviri bir qayda olaraq şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə görüşür və onlara “güzəştlərlə” bağlı təklif verilir. Yemək süfrəsi arxasında əldə olunan razılaşma isə sonradan müqafilə ilə rəsmiləşdirilir. Əslində isə bu şirkətlərə hansısa güzəştlərin edilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Çünki bu şirkətlərin bir qayd olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanından istifadə edirlər və Rusiyanın Xəzərdəki limanlarında yükaşırma qiymətləri daha bahalıdır. Digər tərəfdən vaxt və məsafə baxımından yüklərin Rusiya limanlarından aşırılması həmin şirkətlərə iqtisadi baxımdan sərf eləmir. Buna baxmayaraq Taleh Ziyadov Azərbaycan büdcəsinin hesabına bu şirkətlərə 70 faizdən artıq “güzəşt” edir. Yəni faktiki olaraq Azərbaycan dövlətinin büdcəsi kiçildiyi halda, Güdənçi şəbəkənin və Taleh Ziyadovun şəxsi büdcəsi böyüyür. Bundan başqa cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda yer alan məlumatlarda o da bildirilib ki, Taleh Ziyadovun “güzəşt” biznesi yuxarıda adı keçən şirkətlərlə məhdudlaşmır. Bu şirkətlərin sayı həddindən artıq çoxdur və əlaqədar dövlət qurumları yoxlamalar aparasa, bu şirkətləri müəyyən etmək heç də çətin olmayacaq. O zaman Taleh Ziyadovun Azərbaycan büdcəsinə vurduğu əsil ziyan bəlli olacaq. Redaksiyadan: Büdcə gəlirlərini artırmaq və büdcəyə əlavə 300 milyon manat gətirmək üçün hökümət elektrik enerjisinin və qazın qiymətini qaldırdı. Halbuki hökümət Taleh Ziyadovun “güzəşt” biznesinin qarşısını alsaydı və həmin vəsaitləri Taleh Ziyadovun, Gülənçi şəbəkənin və ayrı-ayrı şirkət rəhbərlərinin cibinə deyil, dövlət büdcəsinə daxil olmasını təmin etsəydi, büdcəni doldurmaq üçün onsuzda biçarə vəziyyətdə olan sadə vətəndaşların cibinə də girməyə ehtiyac qalmazdı…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|