5 kəndin sakinləri Vasif Talıbova niyə müraciət etdi? - ŞİKAYƏT
Tarix: 27-02-2017, 08:31 | Çap et
![5 kəndin sakinləri Vasif Talıbova niyə müraciət etdi? 5 kəndin sakinləri Vasif Talıbova niyə müraciət etdi?](/uploads/posts/2017-02/thumbs/1488169899_0001.jpg) Naxçıvanda içməli suların ekoloji çirklənməyə məruz qalması haqqında Hurriyyet.org bir neçə dəfə yazı dərc edib. Mütəxəxsislərin və aidiyyəti qurumun bu məsələ ilə bağlı mövqeyi, problemi aradan qaldırmaq üçün hansı tədbirlər görülə biləcəyi haqqında məlumatlar verilib. Mütəxəssis rəyi əsasında Babək rayonunun Cəhri, Kəngərli rayonunun Xok, Şahtaxtı və Qıvraq kəndlərindəki kəhrizlərdə çirklənmələr getdiyini və bu suların içilməsinin təhlükəli olduğunu yazmışdıq. Bundan sonra adı çəkilən rayonların icra hakimiyyətlərinin iştirakı ilə su mənbələrinə baxış keçirilməsi,AMEA Naxçıvan bölməsinin Təbii Ehtiyatlar Hidrogeologiya və mineral sular laboratoriyasına bir sıra mənbələrdən su nümunələrinin götürülməsi haqqında da məlumatlar vermişdik. AMEA Naxçıvan bölməsindən Hurriyyet.org-a bildirilmişdi ki, Babək rayonunun ərazisində yerləşən bir sıra mənbələrdən su nümunələri gətirilib. Bura Qaraçuq çeşməsi, Cəhri çeşməsi I və II, Tumbul çeşməsi I və II, Sirab mineral su yatağının 9 və 12 saylı quyusu, Sirab su anbarı, Bulqan kanal suyu, Zeynəddin, Kültəpə, Məmməd Rza-Dizə artezian suları, Vayxır su anbarından götürülən su nümunələri daxildir. Redaksiyamıza bu günlərdə verilən məlumata görə, Babək rayonu Cəhri kəndi Məşədi Abbas kəhrizinin ilkin mənbəyindən su nümunəsi götürülüb və aparılan analizin nəticəsi bu olub ki, bu kəhrizin suyu müalicəvi süfrə suyudur. Əvvəlki yazılarımızda bu mövzu ilə əlaqədar Hurriyyet.org-a danışan Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri Əli Həsənov demişdi ki, Babək rayonunun Payız və Cəhri kəndlərindən keçən Cəhri çayına hər iki kəndin çirkab suları axıdılır. Məşədi Abbas və Çimən kəhrizləri isə həmin çayaltı yatağa vurulmuş kəhrizlər olduğuna görə, onlarda çirklənmələr gedir. Mütəxəssi demişdi ki, belə kəhrizlərin mühafizəsinə mütləq ehtiyac var. Kənd sakinləri isə Məşədi Abbas bulağının gözündən yox, evlərə paylanan hissəsindən su nümunələrinin götürülməsini arzulayırlar. Əli Həsənovla təkrar söhbətimizdə də alim kənd sakinlərini bu istəkdə haqlı saydı: “Məşədi Abbas kəhrizi təmiz sudu, çınqıldan, qumdan süzülür, 1960-65-ci bu illərdə xəndəklər qazılıb bu kəhrizin ətrafı da örtülüb. Doğrudur, bir hissəsi vaxtilə açıq idi, biz məsələ qaldırdıq, o hissə də örtüldü. O suyun qorxusu yoxdur, yüngül sudur, içməlidir, təmizdir, minerallaşması aşağıdır”. Mütəxəssis dedi ki, o kəhrizdən ki, evlərə su xətləri çəkilir, orada turba qırıla bilər, möhkəm bərkidilməz, su çəkiləndə oğurluq çəkilər, tam qaynaq olunmaz və sair bu halda içməli sulara kənardan çirkli sular qarışar: “Ona görə də su nümunəsi lap axırdan götürülməlidir. Əlbəttə Naxçıvanda bütün sular çıxdığı mənbədə təmizdi və içmək üçün yararlıdır. Amma bir az axdıqdan sonra ekoloji problem oradan yaranır. Suyun mənbə hissəsində heç bir problem olmaz. Məsələn, biz deyirik kür çayı Gürcüstan, Araz Ermənistan tərəfindən çirkləndirilir. Bəs Türkiyə niyə deyilmir? Çünki mənbəyi Türkiyə olan bu sular tərtəmiz olur, çirkləndirlilmir. Çay mənbədə yox, mənsəbə girəndə çirklənməyə məruz qalır. Ona görə də hesab edirəm ki, Məşədi Abbas kəhrizinin hansı hissəsində ekoloji çirklənməyə məruz qalır, o hissədən nümunə götürülüb, analiz olunmalı və müvafiq tədbir görülməlidir, eləcə də adı çəkilən, ekoloji çirklənmə gedən digər su mənbələrində bu prosedur aparılmalıdır”. Məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinə, MR-nın Səhiyyə Nazirliyinə, Sanitar Epidemiologiya Mərkəzinə müraciət etmək istədik. Lakin təəssüf ki, blokada şəraitində yaşayan Muxtar Respublika həm də informasiya blokadasındadır. İnternet üzərindən araşdırmamızdan məlum oldu ki, MR-nın dövlət qurumlarının saytlarında telefon əlaqələri üçün nömrələr yazılmayıb, yalnız elektron müraciət üçün yer qoyulub. Elektron müraciətlərə isə cavab verilmir. Odur ki, biz yuxarıda adı çəkilən, ekoloji çirklənməyə məruz qalan su mənbələri ilə əlaqədar sakinlərin müraciətini “Hürriyyət” qəzeti və Hurriyyet.org vasitəsilə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova ünvanlayırıq: “Cənab Vasif Talıbov, suyumuza çirkab qarışır, bizi suyla zəhərləyirlər, dadımıza çatın, amanımıza yetişin”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|